07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər

Ağdamın “Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər. Ağdam təmsilçisi Belçikanın “Beveren” klubunun yarımmüdafiəçisi Lukas Ribeyrunu transfer etmək istəyir. “Qarabağ”ın braziliyalı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib. Rusiyanın iki klubunun da Ribeyru ilə maraqlandığı, ancaq oyunçunu Ağdam təmsilçisinin təklifinin cəlb etdiyi vurğulanıb. Qeyd edək ki, son Azərbaycan çempionunun fransalı vinger Aama Diakabi ilə yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.xeber100.com

Yanvar 10, 2023 1:49

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb. Bu barədə “L'Equipe” nəşri məlumat yayıb. Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. O vaxtadək portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.xeber100.com

Yanvar 9, 2023 11:04

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bundesliqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan yarımmüdafiəçi Pyer Kundeni icarəyə götürüb. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Kamerun yığmasının da üzvü olan futbolçu satınalma şərti ilə heyətə cəlb olunub. Kunde 2021-ci ildən “Olimpiakos”da forma geyinirdi. İyirmi yeddi yaşlı futbolçu Yunanıstan təmsilçisində 39 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Kamerun yığmasında 34 oyuna 1 qol vurub.xeber100.com

Yanvar 9, 2023 10:54

Azərbaycan Voleybol Federasiyasının məlumatı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında bürünc medal qazanıblar. Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, idmançıların formasını geyindiyi “Şenzen Jonqsay” Çin Liqasında üçüncü yeri tutub. Komanda üçüncülük uğrunda görüşdə “Fujian”la qarşılaşıb. İkioyunluq mübarizədə 3:2 və 3:1 hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu yarışın bürünc medalına sahib çıxıb.xeber100.com

Yanvar 9, 2023 10:49

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması…

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşı baş məşqçisini açıqlayıb. Bu ada futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni layiq görülüb. Mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk üçlüyü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk üçlükdə yer alıb. Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.xeber100.com

Yanvar 9, 2023 10:46

Azərbaycan Şahmat Federasiyasının məlumatı

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə Yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb. Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub. Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.xeber100.com

Yanvar 8, 2023 11:21

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb. XVIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib. “Ülkər” stadionunda oynanılan yeni ilin ilk derbi görüşündə qonaq komanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Baş hakim Halil Umut Melerin idarə etdiyi qarşılaşmada “sarı-qırmızılılar”ın heyətində Serjio Oliveira (32), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər. Bu oyundan sonra “Qalatasaray” 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Əzəli rəqibindən dörd xal az toplayan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 31 xalla üçüncü sırada yer alıb.xeber100.com

Yanvar 8, 2023 11:19

“Səbail” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində

Bakının “Səbail” futbol klubu bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Paytaxt təmsilçisi Polşanın "Legiya" (Varşava) komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. "Səbail"in qollarını Qustavo və Mirabdulla Abbasov vurublar. Qeyd edək ki, "Səbail" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.xeber100.com

Yanvar 8, 2023 11:15

Azərbaycan Basketbol Liqasında12-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura yekun vurulub. Azərbaycan Basketbol Federasiyasından bildiriblər ki, turun sonuncu matçı Astara Olimpiya İdman Kompleksində keçirilib. “Zirvə Astara” komandası doğma meydanda “Olimpik Şəki” basketbolçularını qəbul edib. Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçuları “Zirvə Astara”dan Ruşard Kruikşenk (30 xal, 9 ribaund), “Olimpik Şəki”dən isə Ceyson Brauer (23 xal, 6 ribaund) olublar. Qeyd edək ki, ABL-də 13-cü turun oyunları yanvarın 11-də və 14-15-də keçiriləcək.xeber100.com

Yanvar 8, 2023 11:08

Avstraliya Tennis Federasiyası yeni qərar qəbul edib

Avstraliya Tennis Federasiyası Rusiya və Belarusdan olan idmançıların bu il açıq Avstraliya çempionatında iştirak etməsi barədə qərar qəbul edib. Rusiyalı və belaruslu tennisçilərin ancaq fərdi yarışlarda iştirakına icazə verilib. 2022-ci ildə “Uimbldon” turnirinin təşkilatçıları Rusiya və Belarus tennisçilərinin turnirdə iştirakına icazə verməmişdi. Buna görə ATP (Peşəkar Tennisçilər Assosiasiyası) təşkilatçıları 1 milyon ABŞ dolları cərimələmişdi. Qeyd edək ki, açıq çempionat yanvarın 16-dan 29-dək keçiriləcək. Turnirin sonuncu qalibi 2022-ci ildə finalda rusiyalı tennisçi Daniil Medvedevi məğlub edən ispaniyalı Rafael Nadaldır.xeber100.com

Yanvar 5, 2023 3:07
    Page 58 of 831« First«...102030...5657585960...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az