07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Gəncənin "Kəpəz" klubu heyətinə yeni futbolçu cəlb edib.Gəncə təmsilçisi belaruslu futbolçu Yeqor Xvalko ilə birillik müqavilə imzalayıb.İyirmi beş yaşlı oyunçu mərkəz müdafiəçisi mövqeyində çıxış edir.Onun son klubu vətənində "Arsenal" (Zerjinsk) olub.xeber100.com

Avqust 4, 2022 3:02

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) oyununda birinci hissə başa çatıb."Bakcell Arena"da oynanılan görüşün birinci hissəsi Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 1:0. Oyunun 44-cü dəqiqəsində "Neftçi"nin israilli yarımmüdafiəçisi Ataa Caber baxımlı qola imza atıb.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com

Avqust 4, 2022 2:56

“Arsenal” klubunun futbolçusu “Fulhem”ə keçib

“Arsenal”ın futbolçusu Bernd Leno “Fulhem”ə keçib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Otuz yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. “Fulhem” transferin məbləğini açıqlamayıb.Qeyd edək ki, Leno 2018-ci ildən “Arsenal”da oynayıb.xeber100.com

Avqust 3, 2022 1:10

Voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub

Avropa çempionatının (“Avro-2023”) təsnifat mərhələsində və V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub.Baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandanın heyətində Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyev yer alıblar.Qeyd edək ki, bu heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək İslamiadada da təmsil edəcək. Avqustun 8-15-də baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.xeber100.com

Avqust 3, 2022 1:07

Şahmat üzrə respublika olimpiadası keçiriləcək

Avqustun 21-31-də Zaqatalada şahmat üzrə respublika olimpiadası keçiriləcək.Yarış 16 yaşadək yeniyetmələr arasında Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq. İsveçrə sistemi üzrə təşkil ediləcək turnir 11 turdan ibarət olacaq.xeber100.com

Avqust 3, 2022 12:16

“Qarabağ” futbol klubu növbəti oyununu keçirəcək

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Andreas Ekberq, hakimlər Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç), VAR hakimləri isə Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland) olacaq.Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər. Rəqiblərdən isə Henri Vinqo zədəsinə görə oyunu buraxacaq.Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.xeber100.com

Avqust 3, 2022 12:14

“Paris Sen-Jermen” futbol klubu Fransa Superkubokunu qazanıb

"Paris Sen-Jermen" futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.Xarici KİV-lər xəbər verir ki, görüş Təl-Əvivdə yerləşən "Blumfild" stadionunda keçirilib.Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.Bununla da "PSJ" Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.

Avqust 1, 2022 11:03

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya üçüncüsü olub. ABŞ 190 xalla birinci, Hindistan isə 126 xalla ikinci yeri tutub.Beləliklə, millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Toplanan 122 xal isə U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur.Xatırladaq ki, millimizin üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.xeber100.com

Avqust 1, 2022 10:47

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2758 xal) 2, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyiblər. Ş.Məmmədyarov hazırda dünya reytinqində 10-cu, T.Rəcəbov 15-ci yeri tuturlar.Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov isə (2656 xal) 93-cü pillədə qərarlaşıblar.Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədirlər.Qadınların reytinq cədvəlində isə şahmatçılarımızdan Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə yer alıblar.Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.xeber100.com

Avqust 1, 2022 10:45

44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.III turda şahmatçılarımız Argentina yığması ilə mübarizə aparırlar. Artıq komandamız növbəti qələbəsini qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz rəqiblərilə qarşılaşmanı qələbə ilə başa vurublar. Nicat Abasov isə rəqibi ilə heç-heçə edib. Bununla da komandamız aktivinə 2,5 xal yazdırmaqla qələbəni təmin edib. Qədir Hüseynovun oyunu isə hələ davam edir.xeber100.com

İyul 31, 2022 1:21
    Page 90 of 831« First«...102030...8889909192...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az