04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasının V turuna start veriləcək

Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Portu”nu qəbul edəcək. Şenol Günəşin yetirmələrini növbəti mərhələyə adlamaq üçün heç-heçə də qane edir. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq.Gün ərzində qruplarda aşağıdakı qarşılaşmalar keçiriləcək: “E” qrupu “Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə) “Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) “F” qrupu “Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) “Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) “G” qrupu “Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya) “Monako” (Fransa) – “Leyptsiq” (Almaniya) “H” qrupu APOEL (Kipr) – “Real Madrid” (İspaniya) “Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə). Qitənin ən nüfuzlu klub turnirinin “C” qrupunda mübarizə aparan “Qarabağ” komandası noyabrın 22-də Londonun “Çelsi” klubunu qəbul edəcək.xeber100.com  

Noyabr 21, 2017 12:00

ANSA agentliyinin məlumatı

“Mövsümün sonunda “Yuventus”la UEFA Çempionlar Liqasının baş mükafatını əldə etməyincə, çətin ki, karyeramı bitirim.İtaliyanın ANSA agentliyi xəbər verir ki, bu sözləri Çempionlar Liqasında Barselona ilə oyun ərəfəsində “Yuventus”un qapıçısı Canluici Buffon söyləyib.İtaliyanın Dünya Çempionatının təsnifat mərhələsini keçə bilməməsindən təəssüfləndiyini bildirən qapıçı deyib: “Mən rahatam, təqaüdə çıxmaqdan qorxmuram. Mənim üçün həyat maraqlıdır və futbolu buraxmaq qorxum yoxdur”.Canluici Buffon baş məşqçi və ya hər hansı icraçı vəzifə tutmaq barəsində düşünmür. Mükəmməl karyerası olduğunu deyən idmançı müxtəlif futbolçuların – Zenqa, Takkoni, Peruççi, Toldo, Palyuka, Markedcani kimi qapıçıların məktəbinin davamçısı olduğunu bildirib.xeber100.com

Noyabr 21, 2017 11:58

Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə yeniyetmələr arasında idman dırmanması (boldrinq) üzrə Şəki turniri keçirilib.FAIREX-dən Azərtac-a bildiriblər ki, Şəki “AMA” və Qax "Ekstremal" klublarının yeniyetmə idmançılarının iştirak etdikləri turnirdə gərgin idman mübarizəsi aparılıb.Turnirin birinci günündə təsnifat mərhələləri üzrə yarışlar keçirilib. Bu mərhələlərdən müvəffəqiyyətlə keçən idmançılar yarımfinala vəsiqə qazanıblar. Yarışın ikinci günündə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda güclərini sınayıblar.Boldrinq üzrə açıq respublika çempionatının seçmə mərhələsinin yekununda 25 idmançı növbəti mərhələyə yüksəlib. Nəticədə ən güclü səkkiz idmançı finala vəsiqə qazanıb.Çempionatda Yunus Abdurahmanov (AMA) və Əli Osmanlı (Qax Ekstremal) birinci, Elvin Hüseynov (AMA) ikinci, Tural Məhərrəmov (AMA) üçüncü yerə layiq görülüblər.Qaliblər medal və sertifikatlarla təltif olunublar.xeber100.com

Noyabr 21, 2017 11:12

“RAGB-ın superkuboku” turniri keçirilib

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan Tələbə Klubunun təşkilatçılığı ilə futbol üzrə “RAGB-ın superkuboku” turniri keçirilib.RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev Azərtac-a bildirib ki, turnirdə 2010-cu ildən bəri “Heydər Əliyev Kuboku”nda qalib olmuş və mükafatçı komandalar – Moskva Dövlət Humanitar-İqtisad Universiteti, Moskva şəhər Pedaqoji Universiteti, Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman Universiteti, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ), Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin, həmçinin Ümumrusiya Azərbaycanlıları Konqresinin və RAGB-ın komandaları iştirak ediblər.Turnirin yekunlarına görə, üçüncü yeri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, ikinci yeri Ümumrusiya Azərbaycanlıları Konqresinin komandası tutub. “RAGB-ın superkuboku”nu Rusiya Azərbaycanlı Gənclər Birliyinin komandası qazanıb.xeber100.com

Noyabr 21, 2017 10:55

U-23 dünya çempionatı keçiriləcək

Noyabrın 21-dən 26-dək Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək. İlk dəfə baş tutacaq çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaq.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüblər.Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar.Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında güləşçilərimizdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) da mübarizəyə qoşulacaqlar.Çempionatda hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.xeber100.com

Noyabr 20, 2017 11:25

“Sanderlend” klubu yeni müqavilə imzalayıb

Futbol üzrə Uels millisinin keçmiş baş məşqçisi Kris Koulmen İngiltərənin “Sanderlend” klubunu çalışdıracaq.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis cari ilin oktyabrında baş məşqçi postundan ayrılan Saymon Qreysonu əvəzləyib.Qeyd edək ki, klub rəhbərliyi Kris Koulmen ilə 2,5 ilik müqavilə imzalayıb.xeber100.com

Noyabr 20, 2017 11:21

“Azəryol” klubu növbəti görüşünü keçirib

Bakının qadın həndbolçulardan ibarət “Azəryol” klubu “Çağırış Kuboku” uğrunda yarışlarda Lüksemburqun “HB Düdelanj” komandası ilə növbəti görüşünü keçirib.Azərtac xəbər verir ki, “Dudelanj” arenasında nominal ev sahibi kimi çıxış edən təmsilçimiz Lüksemburq təmsilçinə bu dəfə də qalib gəlib – 32:16. Beləliklə, ümumi nəticədə rəqibindən 68:31 hesabı ilə üstün olan “Azəryol” həndbolçuları növbəti mərhələyə yüksəliblər.Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşmada həndbolçularımız lüksemburqlu rəqiblərini 36:15 hesabı ilə məğlub ediblər.xeber100.com

Noyabr 20, 2017 11:14

2017-2018-ci il mövsümünün V turuna start veriləcək

Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.“G” qrupunda yer alan və növbəti mərhələyə vəsiqəni təmin edən Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Porto”nu qəbul edəcək. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq.Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır: “E” qrupu “Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə) “Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) “F” qrupu “Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) “Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) “G” qrupu “Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya) “Monako” (Fransa) – “Leyptsiq” (Almaniya) “H” qrupu APOEL (Kipr) – “Real Madrid” (İspaniya) “Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə).xeber100.com

Noyabr 20, 2017 11:11

FIFA İcraedici Futbol Sammiti keçiriləcək

Noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin ali quruma üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər.Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.xeber100.com  

Noyabr 20, 2017 11:05

Güləş Federasiyasının məlumatına görə…

Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə “Alans” beynəlxalq turniri keçirilib. Baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, 97 kiloqram çəkidə yarışan Olimpiya çempionumuz Şərif Şərifov finaladək bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.Turnirdə 57 kiloqram çəkidə yarışan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.Hakim kimi görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib. I-S kateqoriyalı hakim Hicran Şərifov isə Dünya Güləş Birliyinin qərarına əsasən, hakim-instruktor kimi turnirin gedişinə nəzarət edib.xeber100.com

Noyabr 20, 2017 10:58
    Page 603 of 830« First«...102030...601602603604605...610620630...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az