Pauerliftinq üzrə dünya çempionatında…

Moskvada pauerliftinq üzrə dünya çempionatında mübarizə aparan və favorit hesab olunan Azərbaycan millisi uğurla çıxış edib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunan polis idmançılardan Samux Rayon Polis Şöbəsinin inspektoru Rüfət Ağayev çiyində ştanqla oturub qalxma hərəkətində 470 kiloqram, ştanqı qurşağadək dartmaqda 340 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kiloqramın öhdəsindən gələrək çəkisi 125 kiloqramadək olan, xüsusi təchizatla yarışan atletlər arasında, ümumilikdə, 1090 kiloqram nəticə ilə qızıl medal qazanıb, səkkizinci dəfə dünya çempionu adına sahib olub.Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Razim Hüseynov çəkisi 125 kiloqramadək olan təchizatsız yarışan idmançıların sırasında çiyində ştanqla oturub qalxma hərəkətində 345 kiloqram, ştanqı qurşağadək dartmaqda 330 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 250 kiloqramın öhdəsindən gəlməklə, ümumilikdə, 925 kiloqram nəticə ilə millimizin medal mücrüsünə daha bir qızıl medal əlavə edib və dünya çempionu adını qazanıb.İsmayıllı Rayon Polis Şöbəsinin polis baş serjantı Kamil Qafarov çempionatda “bench press” - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kiloqramadək olan idmançıların mübarizəsində o, 240 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyub, altıncı dəfə dünya çempionu adını qazanıb.“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı Roman Əhmədov isə “deadlift”- ştanqı qurşağadək dartma hərəkətində yarışaraq, çəkisi 82 kiloqramadək olan idmançılar arasında 225 kiloqramı qaldırmaqla ikinci yeri tutub.xeber100.com

Noyabr 9, 2017 11:46

Şahmat Federasiyasının məlumatı əsasında…

Komandamız yarışa uğursuz başlasa da, şahmatçılarımız Avropa çempionu olmağı qarşılarına məqsəd qoymuşdular.Azərtac xəbər verir ki, bu sözləri Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında qalib gəlmiş idmançıların qarşılanma mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.O bildirib ki, “Qarabağ”ın səfərdə “Atletiko Madrid” klubu ilə uğurlu oyunu komandamızda böyük ruh yüksəkliyi yaratdı. Bu ruh yüksəkliyinin nəticəsidir ki şahmatçılarımız iki gün sonra Ermənistan komandasına qalib gəldilər. Bizim komanda çox güclü idi və inanırdıq ki, qalib gələcəyik.Sevinc hisslərini bölüşən şahmatçı Şəhriyar Məmmədyarov deyib: 2013-cü ildə olduğu kimi, çempionata yenə uğursuz başladıq. İlk turda xal itkisi oldu. Nəhayət oyunda geri dönüş yarada bildik. Komandamızın üzvləri çox güclüdür və heç vaxt ruhdan düşmür, sonadək mübarizə aparırlar. Komandada iki nəfərin qalib gəlməyi kifayət edirdi ki, hesabda yaxşı nəticə göstərək. Rusiya və Macarıstan yığması əsas rəqiblərimiz idi. Onlara qalib gəlmək çox çətin olsa da, biz istədiyimiz nəticəni əldə etdik. Hədəfimiz Olimpiya çempionu olmaqdır.Digər şahmatçımız Rauf Məmmədov isə Ermənistan komandası ilə qarşılaşmanın ən gərgin oyun kimi yadda qaldığını vurğulayıb: “Biz onlara qalib gəlməsəydik, özümüzü heç vaxt çempion saymayacaqdıq”. Avropa çempionu bildirib ki, bu qələbə həm də Vüqar Həşimovun qalibiyyətidir. Çünki Vüqar daim qəlbimizdə yaşayacaq.xeber100.com

Noyabr 8, 2017 1:28