“Qəbələ” komandası “Səbail”i qəbul edib

Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turuna start verilib.Azərtac xəbər verir ki, turun açılış oyununda “Qəbələ” komandası doğma meydanda “Səbail”i qəbul edib.Baş hakim Rauf Cabbarovun idarə etdiyi matçın 15-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesabı açıb. On üç dəqiqə sonra Baqali Dabo ikinci topu rəqib qapısından keçirib.Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 83-cü dəqiqəsində Baqali Dabo dublunu rəsmiləşdirib. Dörd dəqiqə sonra “Səbail”in futbolçusu Eltun Yaqublu hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.“Səbail” üzərində qələbə qazanan “Qəbələ” hesabındakı xalların sayını 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik olan və bir oyun az keçirən “Qarabağ” birinci pillədə qərarlaşıb. “Zirə” isə 21 xalla üçüncü pillədə yer alıb.xeber100.com

Noyabr 4, 2017 6:45