Krit adasında (Yunanıstan) Avropa komanda çempionatı davam edir. Çərşənbə günü beşinci turun oyunları keçirilib. Azərtac xəbər verir ki, beşinci tur Azərbaycan şahmatçıları üçün çox uğurlu olub: ölkəmizin kişilərdən ibarət yığması Çexiya komandasına3:1 hesabı ilə, qadınlardan ibarət yığmamız isə israilli rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəlib.Kişilərin turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov qalib gəlib, Teymur Rəcəbov və Arkadi Naydiç isə xalları rəqibləri ilə bölüşüblər.Çempionatın başa çatmasına 4 tur qalmış aktivində 9 xal olan Xorvatiya komandası turnir cədvəlində birinci yeri tutur. Dörd yığmanın hərəsinin aktivində 8 xal var. Azərbaycan komandasının topladığı 7 xal isə onun yeddinci yerdə qərarlaşmasına imkan verib.Beşinci turda Azərbaycanın qadınlardan ibarət komandasında Zeynəb Məmmədyarova rəqibinə qalib gəlib, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Xanım Balacayeva bu turda heç-heçə oynayıblar.Rusiyanın qadınlardan ibarət yığması yüz faiz nəticə göstərib – 10 xal. Növbəti yerləri hərəsi 8 xal toplamış Gürcüstan, Ukrayna, Polşa və Türkiyə komandaları tutur. Aktivində 6 xal olan Azərbaycan yığması 11-ci yerdədir.Bu gün turnirdə istirahət günüdür. Altıncı turun matçları cümə günü, noyabrın 3-də keçiriləcək. Həmin turda liderlər qrupunda kişilərin turnirində Macarıstan-Xorvatiya, Polşa-Rusiya, Ermənistan-Azərbaycan yığmaları, qadınların turnirində isə Polşa-Rusiya, Gürcüstan-Ukrayna, İtaliya-Türkiyə, Azərbaycan-Rumıniya komandaları qarşılaşacaq.Xatırladaq ki, Avropa komanda çempionatında kişilərdən ibarət 40 komanda və qadınlardan ibarət 32 komanda çıxış edir. İsveçrə sistemi üzrə təşkil olunmuş yarışlar doqquz turdan ibarət olacaq.xeber100.com