Güləş üzrə 32-ci dünya çempionatında

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edəcəklər.Azərtac xəbər verir ki, komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcək.Yunan-Roma güləşçilərinin mübarizəsində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) ölkəmizi təmsil edəcəklər.Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparacaqlar.Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, mayor Taleh İsrafilov hazırlayırlar.Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılacaq.Dünya çempionatının görüşlərində hakimlik etmək məqsədilə komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də Litvaya yola düşəcəklər.Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın heyətində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar yer alır.xeber100.com

Sentyabr 14, 2017 12:08

Basketbol üzrə 40-cı Avropa çempionatında

Sentyabrın 13-də basketbol üzrə 40-cı Avropa çempionatının sonuncu iki yarımfinalçısının adları məlum olub.Azərtac xəbər verir ki, İstanbuldakı Sinan Erdem arenasında keçirilən dörddəbir final mərhələsinin sonuncu iki görüşündə Yunanıstan və Rusiya, İtaliya və Serbiya milli komandaları üz-üzə gəliblər.Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Rusiya millisi birinci periodda hesabda geri düşsə də, əzmkar oyun nümayiş etdirərək matçı qələbə ilə başa vura bilib - 74:69. Rusiya millisinin heyətində Aleksey Şved 26 xalla gecənin ən məhsuldar oyunçusu olub. Yunanıstan yığmasının heyətində isə Nik Kalates 25 xal və 5 ribaundla yadda qalıb.Çempionatın yarımfinal mərhələsinə sonuncu vəsiqənin sahibi İtaliya yığmasını 83:67 hesabı ilə məğlub edən Serbiya millisi olub. Serbiya yığmasının heyətində Boqdanoviç 22 xal, İtaliya millisində isə Belinelli 18 xalla ən məhsuldar oyunçu kimi yadda qalıblar.Beləliklə, İspaniya və Sloveniyadan sonra, Rusiya və Serbiya milliləri də yarımfinala vəsiqə qazanıblar. Yarımfinal qarşılaşmaları sentyabrın 14-də və 15-də keçiriləcək. İlk matçda İspaniya və Sloveniya, bir gün sonra isə Rusiya və Serbiya yığma komandaları finala vəsiqə uğrunda güclərini sınayacaqlar.Qitə birinciliyində üçüncü yer uğrunda görüş və final matçı sentyabrın 17-də keçiriləcək.Xatırladaq ki, dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.xeber100.com

Sentyabr 14, 2017 11:51