Döyüş növləri üzrə V Asiya Oyunlarının məşəli alovlandırılıb

Türkmənistanın Marı vilayətində, “Qalkınış” adlanan supernəhəng qaz yatağında Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının məşəli alovlandırılıb.Azərtac xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabaddan telekörpü vasitəsilə mərasim iştirakçılarına xeyir-dua verib.Bayram tədbirinin keçirildiyi yatağın ərazisində ənənəvi türkmən çadırları qurulub. Mərkəzdə yerləşən çadırda türkmən adətlərinə uyğun olaraq ocaq yaradılıb.Gənc oğlan yayı üzüyuxarı çəkib, günəşin şüalarından “alovlanan” oxu buraxır. Ox çadırın baş ucundakı deşikdən ocağa düşərək onu yandırır. Oyunların məşəli də elə bu ocaqdan alışdırılır. Məşəl atlılar marafonunun müşayiəti ilə Aşqabada, Olimpiya stadionunda Asiadanın açılış mərasiminə aparılacaq.Türkmənlərdə ailə ocağının odu müqəddəs sayılır. Rəmzi haldır ki, Asiya Oyunlarının məşəli qədim Marquş torpağında yandırılıb. Minilliklər əvvəl dünya sivilizasiyasının mərkəzlərindən biri məhz burada yaranıb. İndi isə bu məkanda supernəhəng “Qalkınış” qaz yatağı yerləşir.Mürəkkəb “supernəhəng” sözü indiki halda sadəcə epitet deyildir, təsnifat əlamətidir. Hazırda planetimizdə tək-tük belə yataq var və quruda onların ən böyüyü “Qalkınış” yatağıdır.V Asiya Oyunlarının məşəlini aparan dəstə artıq yola düşüb.xeber100.com

Sentyabr 8, 2017 12:18

“Formula-1” üzrə Fransa Qran-prisinin təqdimatı olub

2018-ci il iyunun 24-də Formula-1 üzrə Fransa qran-prisinin keçirilməsi nəzərdə tutulur. Çərşənbə günü, sentyabrın 6-da Pol-Rikarda bu yürüşün təqdimatı olub. Təşkilatçılar trasın konfiqurasiyasını təqdim edib, biletlərin qiymətlərini elan ediblər.F1News.ru saytı xəbər verir ki, marşrutun uzunluğu 5,8 kilometrdir. Pilotlar Mistral xəttində sürəti saatda 350 kilometrə çatdıra biləcəklər. Döngələrin çoxunun eni artırılacaq, belə yerlərdə müxtəlif trayektoriyalardan istifadə etməklə rəqibləri ötüb keçmək mümkün olacaq.Layihənin reallaşdırılması üçün 14 milyon avro vəsait ayrılıb, yürüşün keçirilməsi isə 30 milyon avroya başa gələcək. İki gün davam edəcək yarışlara biletin qiyməti 150 avroya çatır. Təşkilatçılar 65.000 tamaşaçı cəlb etmək niyyətindədirlər.Qran-prinin təşkili ilə məşğul olan təşəbbüs qrupunun prezidenti Kristian Estrozi deyib: “Biletlərin orta qiyməti digər Avropa mərhələlərində, məsələn Montsada və ya Spada olduğu kimidir. Ümidvarlıq ki, bu yürüşlərə tamaşa etmək üçün gələn azarkeşlər bir neçə gün regionda qalacaqlar. Məhz bu səbəbdən çox yaxşıdır ki, Qran-pri yay mövsümünün qızğın çağında deyil, daha əvvəl – iyunun axırında keçiriləcək”.Qran-prinin keçirilməsi mehmanxana və restoran sahiblərinin pul qazanmaları üçün əla imkandır – onların gəlirlərinin həcmi 65 milyon avroya çata bilər. Bundan əlavə, regionda turizm və kommersiya sahələrində 500 iş yeri yaradılacaq.xeber100.com

Sentyabr 7, 2017 11:03