Şahmat festivalının qalibləri müəyyən olunub

Abu-Dabidə başa çatan “24rd Abu Dhabi Int. Chess Festival Open Tournament” şahmat festivalının qalibləri müəyyən olunub.Azərtac xəbər verir ki, festivalda Azərbaycan nümayəndələri də iştirak ediblər.Festivalın əsas turniri - “Masters” turniri 33 ölkədən 124 iştirakçını, o cümlədən FIDE adlarının sahibi olan 88 nəfəri şahmat taxtası arxasında bir araya gətirib. Turnirdə Misir şahmatçısı Amin Bassem qalib gəlib. O, 9 mümkün xaldan 7,5 xal toplayıb. Azərbaycan qrossmeysteri Rauf Məmmədov 6,5 xalla 3-9-cu yerləri bölüşüb.“Open” turnirdə 34 ölkədən 211 şahmatçı, o cümlədən FIDE adlarının sahibi olan 19 nəfər iştirak edib. Yuniorlar arasında keçirilən sayca 24-cü turnirdə 9 mümkün xaldan 8 xal toplayan Azərbaycan şahmatçısı Elşad Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yarışda üçüncü yeri Azərbaycanın daha bir nümayəndəsi Xəzər Babazadə tutub.Xəzər Babazadə 18 ölkədən 146 şahmatçının (onlardan 8-i FIDE adlarının sahibidir) iştirakı ilə keçirilən “Juniors” turnirinin də qalibi olub. O, 9 mümkün xaldan 8 xal toplayıb.Qulam Manafov və onun oğlu Vüqar Manafov isə “24rd Abu Dhabi Int. Chess Festival Open Tournament” şahmat festivalının ailə turnirində bürünc medal qazanıblar.İsveçrə sistemi üzrə 9 turda keçirilən turnirdə vaxta nəzarət 90 dəqiqə + hər gediş üçün əlavə 30 saniyə olub.xeber100.com

Avqust 25, 2017 2:00

“La Gazzetta dello Sport” qəzeti yazır…

Ağdamın “Qarabağ” futbol klubunun Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması İtaliya mətbuatında böyük əks-səda doğurub. Ölkənin nüfuzlu “La Repubblica”, “La Stampa”, “La Gazzetta dello Sport” qəzetləri də daxil olmaqla, bir çox mətbuat orqanlarında bununla bağlı çoxsaylı məqalələr və xəbərlər dərc olunub.Məqalələrdə “Qarabağ”ın möhtəşəm zəfəri ilə yanaşı, klubun tarixi barədə də məlumatlar verilir. Xüsusilə də Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Ağdam şəhərini işğal etməsindən sonra klubun öz doğma şəhərini tərk etmək məcburiyyətində qalması və bundan sonra keçdiyi yol barədə danışılır.“La Stampa” qəzetində dərc olunmuş “20 ildən artıq evində oynaya bilməyən Qarabağ klubu Çempionlar Liqasının yeni iştirakçısıdır” adlı məqalədə qeyd olunur ki, Avropanın yeni möcüzəsi olan və tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və dağıdılmış Ağdam şəhərinin klubudur. Ermənistanın hərbi təcavüzü səbəbindən klub 1993-cü ildə Ağdam şəhərini tərk etmiş və 20 ildən artıq evində oynaya bilməyən yeganə klubdur. Yazıda Ermənistanın təcavüzünün nəticəsi olaraq bu gün Ağdamın dağıntılara məruz qaldığı, azərbaycanlıların didərgin salındığı, klubun stadionunun dağıdıldığı bildirilir.xeber100.com

Avqust 25, 2017 1:54

Boks üzrə dünya çempionatının püşkü atılıb

Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Yetmiş beş ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.Azərtac xəbər verir ki, millimizin heyətində 1 boksçu 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.Avqustun 26-da dünya çempionumuz Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) 1/16 final mərhələsi çərçivəsində hindistanlı Kumar Satiş ilə qarşılaşacaq. Bir gün sonra1/8 finaldan mübarizəyə qoşulacaq Lorenzo Sotomayor (64 kq) Eslam Muhamed (Misir)-Nurlan Kobaşev (Qırğızıstan), Kamran Şahsuvarlı (75 kq) isə Maks Van der Pas (Hollandiya)-Lester Martines (Qvatemala) cütünün qalibi ilə üz-üzə gələcəklər. Avqustun 28-də Pərviz Bağırov (69 kq) 1/8 final mərhələsi çərçivəsində Damian Kivior (Polşa)-Tuvşinbat Byamba (Monqolustan) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.xeber100.com

Avqust 25, 2017 1:48