08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Peterburq yayı” adlı şahmat festivalı açılıb

Rusiyanın Şimal paytaxtında “Peterburq yayı” adlanan böyük şahmat festivalı açılıb. Festivalın proqramına “Rusiya Kuboku-2017”nin mərhələ yarışı - Viktor Korçnoyun xatirəsinə həsr olunmuş turnir (16-24 avqust), Rusiya Uşaq Kuboku turnirinin mərhələləri (16-24 avqust), məsələlərin həlli müsabiqəsi, blits və Fişer şahmatı üzrə turnirlər (25 avqust), Rusiya Rapid Qran-Prisinin mərhələ yarışı (26-27 avqust) daxildir.Rusiya Kuboku mərhələsinin reytinq favoriti amerikalı qrossmeyster Qata Kamskidir. Turnirdə 259 şahmatçı, o cümlədən 21 ölkədən 34 qrossmeyster iştirak edir.Rusiya Uşaq Kuboku turnirinin mərhələ yarışları 4 yaş qrupunda (9, 11, 13 və 15 yaşınadək) keçiriləcək. 11 yaşınadək şahmatçılar arasında turnirin iştirakçıları arasında Azərbaycan nümayəndəsi Aqil İsrailov da var.Sürətli şahmat üzrə turnir ən güclü heyət toplayıb.Əlavə edək ki, festivalın ümumi mükafat fondu 1 200 000 rubldur.Sankt-Peterburqda kişi şahmatçılar arasında Viktor Korçnoyun xatirəsinə həsr olunmuş ilk turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışın qalibləri avqustun 27-də müəyyənləşəcək.xeber100.com

Avqust 22, 2017 11:37

“Qəbələ” klubu “Dinamo” komandasını məğlub edib

“Qəbələ” və “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.Azərtac xəbər verir ki, “Qırmızı-qaralar”ın U-13 və U-15 komandaları Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. On üç yaşadək futbolçuların oyununda məhsuldar nəticə qeydə alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov fərqləniblər. U-15 komandalarının matçında isə bir qol vurulub. Bu qarşılaşmada qonaqlar üstün olublar. İki gündən sonra U-13 və U-15 komandaları yenidən üz-üzə gələcəklər.Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçiləri Qəbələdə hazırlıq keçib, yoxlama oyunlarında qüvvələrini sınayacaqlar. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandaları Tbilisiyə səfər edəcək.xeber100.com

Avqust 22, 2017 11:34

“Səbail” ev oyunlarını AFFA Futbol Mərkəzində keçirəcək

“Səbail” futbol klubunun Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır.Azərtac kluba istinadla xəbər verir ki, təmir prosesi yekunlaşana və Bayıl stadionu Premyer Liqa oyunlarının keçirilməsinə hazır olanadək “Səbail” ev oyunlarını Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirəcək.xeber100.com

Avqust 22, 2017 11:31

“The Guardian” qəzeti ən yaxşı futbolçuların adlarını açıqlayıb

İngiltərənin “The Guardian” qəzeti ötən ilin 100 ən yaxşı futbolçusunun adlarını açıqlayıb.Azərtac xəbər verir ki, siyahının ilk beşliyində ardıcıl olaraq Kriştianu Ronaldo (“Real Madrid”), Lionel Messi (“Barselona”), Luis Suarez (“Barselona”) , Antuan Qrizman (“Atletiko Madrid”) və Neymar (“Barselona”) qərarlaşıblar. Türk əsilli futbolçulardan ikisi siyahıda yer ala bilib. Onlar Məsud Özil (“Arsenal”, 23-cü yer) və İlkay Gündoğandır (“Mançester Siti”, 85-ci yer). Siyahıda sonuncu yerdə Almaniyanın “Borussiya Dortmund” komandasının fransalı hücumçusu Usman Dembeledir.Xatırladaq ki, siyahıda futbolçular ötən il çıxış etdikləri klubların oyunçusu kimi göstərilib.xeber100.com

Avqust 22, 2017 11:22

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında

Ağdamın “Qarabağ” futbol klubu Bakı-Kopenhagen reysi ilə Danimarkaya yollanıb.Azərtac xəbər verir ki, Komandamız 5 saatlıq uçuşdan sonra Kopenhagenə çatıb.“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 23-də səfərdə “Kopenhagen”in qonağı olacaq.Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Avqust 22, 2017 11:18

Cüdo üzrə dünya çempionatı keçiriləcək

Xəbər verildiyi kimi, avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan milli komandası bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunacaq.Azərbaycan Cüdo Federasiyasında (ACF) dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaq cüdoçular və məşqçilərlə görüş keçirilib. Görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımızın məşqçiləri mötəbər çempionatla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı məlumat veriblər.Cüdoçularımız yaradılan şəraitə görə, ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən bu etimadı dünya çempionatında da doğruldacaqlarına inandıqlarını qeyd ediblər.ACF-nin vitse-prezidenti Sadıq Sadıqov milli komandamızın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlığa görə öz minnətdarlığını bildirib və bu uğurların davamı üçün federasiya tərəfindən daim qayğı göstəriləcəyini idmançıların diqqətinə çatdırıb.xeber100.com

Avqust 22, 2017 11:11

Güləş üzrə dünya çempionatı davam edir

Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə 59, 66, 80 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.Bu gün xalça üzərinə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) çıxacaqlar.Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparır.1/16 finalda Taleh Məmmədov belaruslu Maksim Kazarski, Kamran Məmmədov koreyalı Hansu Ryu, Elvin Mürsəliyev rusiyalı Roman Vlasov, Sabah Şəriəti isə 1/8 finalda M.Kuçmu (Ukrayna)-M.Knistautsa (Litva) qarşılaşmasının qalibi ilə görüşəcəklər.xeber100.com

Avqust 22, 2017 11:09

“Qəbələ”-“Sumqayıt” görüşü başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti günü “Qəbələ”-“Sumqayıt” görüşü ilə başa çatıb.Azərtac xəbər verir ki, Qəbələdə keçirilən matç meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 1:0. Matçda yeganə qolu “Qəbələ”nin futbolçusu Tellur Mütəllimov vurub. Bununla da “Qəbələ” ikinci oyununda ikinci qələbəsini qazanıb. Xallarının sayını 6-ya çatdıran “Qəbələ” “Qarabağ” və “Zirə” ilə birlikdə turnir cədvəlinin zirvəsində yer alır.xeber100.com

Avqust 21, 2017 12:22

“Antalyaspor” – “Mançester Siti”nin futbolçusunu transfer edib

Türkiyənin “Antalyaspor” klubu İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Samir Nəsrini transfer edib.Türkiyə mətbuatı xəbər verir ki, artıq Antalyaya gələn Fransa yığmasının üzvü ilə iki illik razılıq əldə olunub. Son mövsümü icarə əsasında “Sevilya”da keçirən otuz yaşlı yarımmüdafiəçi Türkiyə Super Liqası klubunda ilinə dörd milyon avro maaş alacaq. Təcrübəli futbolçunun transferi üçün İngiltərə klubuna təxminən 14-15 milyon avro ödənəcəyi gözlənilir.Türkiyə klubu yeni transferini ictimaiyyətə bu gün təqdim edəcək.Qeyd edək ki, Fransanın “Marsel” komandasında karyerasına başlayan futbolçunu sonralar İngiltərənin “Arsenal” komandası heyətinə cəlb edib. Yarımmüdafiəçi ötən ildən “Sevilya” klubunun heyətində oynayır və meydana çıxdığı 23 qarşılaşmada iki qol vurub. O, 2007-ci ildən oynadığı Fransa millisinin heyətində 41 matçda 5 dəfə fərqlənib.xeber100.com

Avqust 21, 2017 12:19

“Tottenhem” klubu “Çelsi”ni qəbul edib

İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi matçında “Tottenhem” klubu öz meydanında son çempion “Çelsi”ni qəbul edib.Azərtac xəbər verir ki, “Uembli” sadionunda baş tutan London derbisi qonaq komandanın 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Matçda hər üç qolu qonaq komandanın futbolçuları vurublar. Belə ki, Markos Alonso 24 və 88-ci dəqiqələrdə dubl etdiyi halda, Miçi Batşuayi 82-ci dəqiqədə avtoqola imza atıb.“Çelsi” iki turdan sonra aktivinə 3 xal yazdıra bilib. “Totenhem” isə ötən turda qazandığı qələbədən sonra meydanı bu dəfə xalsız tərk edib.xeber100.com

Avqust 21, 2017 12:15
    Page 651 of 831« First«...102030...649650651652653...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az