04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qəbələ” futbol klubu yoldaşlıq oyunu keçirəcək

“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək.Azərtac xəbər verir ki, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq.Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.xeber100.com

Avqust 19, 2017 8:49

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna “Səbail” -“Neftçi” oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “Dalğa Arena”da Ramil Diniyevin idarə etdiyi matın ilk hissəsində hesab açılmayıb.Görüşün ikinci hissəsinin sonunda hesab açılıb. "Səbail" futbol klubunun oyunçusu Elman Taqayev görüşün 90-cı dəqiqəsində komandasının qələbə topunu vurub.xeber100.com

Avqust 19, 2017 8:36

Qılıncoynatma Federasiyasının məlumatı

Avqustun 17-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövrdə görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.Federasiyadan Azərtac-a bildiriblər ki, konfransda AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, icraiyyə komitəsinin yeni tərkibi təsdiqlənib. Federasiyanın prezidenti Nazim İbrahimov konfrans iştirakçılarının yekdil səsi ilə yenidən bu vəzifəyə seçilib.Sonra federasiyanın vitse-prezidenti, baş katibi və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.Federasiya rəhbəri yeni seçilmiş heyətə Azərbaycan Qılıncoynatma Federasiyasının qarşıdakı dövr üçün fəaliyyət planının, idmanın bu növü üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.Hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, “Neftçi” İdman-Sağlamlıq Klubunun və digər idman qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.xeber100.com

Avqust 18, 2017 12:15

Həndbol üzrə ikinci Azərbaycan çempionatına start veriləcək

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına start veriləcək.Azərtac xəbər verir ki, çempionatın açılış oyunu saat 09:30-da qadın komandalar arasında keçiriləcək. “İdman Akademiyası” komandası “Azəryol-2” klubunu sınağa çəkəcək. Qadınlar arasında matçlar bitdikdən sonra saat 17:45-də yarışın açılış mərasimi, daha sonra isə kişi həndbolçular arasında oyunlar keçiriləcək. Kişilərin çempionatında turun ilk qarşılaşması “Məhsul” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri arasında oynanılacaq.Avqustun 20-dək davam edəcək yarışın ilk iki günü qadın həndbolçulardan ibarət hər klub meydana iki dəfə, kişi komandalar isə bir dəfə çıxacaqlar. Bu gün səkkiz, növbəti üç gün ərzində isə, ümumilikdə, 21 qarşılaşma keçiriləcək.xeber100.com

Avqust 18, 2017 12:10

Küveyt Futbol Assosiasiyasının müraciəti

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.xeber100.com

Avqust 18, 2017 12:05

Kikboksinq üzrə beynəlxalq turnir keçiriləcək

Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kikboksinq idman növünün K-1 versiyası üzrə peşəkarlararası beynəlxalq turnir təşkil ediləcək.Bu barədə avqustun 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.Mətbuat konfransında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, məşqçilər və digərləri bildiriblər ki, turnir avqustun 19-da saat 19:00-da Sumqayıt şəhərindəki dənizkənarı bulvar ərazisində “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı ilə keçiriləcək.Yarışla bağlı danışan federasiyanın rəhbərliyi qeyd edib ki, turnirdə ölkəmizin 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı olmaqla, ümumilikdə, 20 peşəkar idmançı iştirak edəcək. Kikboksinqçilər 7 çəki dərəcəsində və beynəlxalq kikboksinq qaydalarına uyğun olaraq qələbə üçün yarışacaqlar. Turnirdə, həmçinin K-1 stili üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və WAKO K-1 stili üzrə İntercontinental kəməri uğrunda üç döyüş keçiriləcək. Turnirin keçirilməsində məqsəd kikboksinq idman növünün təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir.xeber100.com

Avqust 18, 2017 11:54

Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, siyahıda "Neftçi İdman Klubu"nun yetirmələri da yer alıblar.Ötən ayla müqayisədə mövqeyini yaxşılaşdıran Ruslan Lunyov həm 10 metr, həm də 25 metr məsafəyə atəşaçmada bir pillə irəliləyib. O, müvafiq olaraq, 28-ci və 10-cu pillələrə yüksəlib.Klubun digər atıcısı Nigar Nəsirova isə mövqeyini qoruyub. Xanım idmançımız 10 metr məsafəyə atəşaçmada yenə də 58-ci yerdədir.xeber100.com

Avqust 18, 2017 11:50

2017-2018-ci illər mövsümündə oyun cədvəli müəyyənləşib

Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümündə ikinci turun oyun cədvəli müəyyənləşib.Azərtac xəbər verir ki, avqustun 19-da start götürəcək turun ilk oyunu “Dalğa Arena”da “Səbail” ilə “Neftçi” klubları arasında olacaq. Eyni gündə “Azersun Arena”da “Qarabağ” komandası Bakı təmsilçisi “İnter”i qonaq edəcək.Avqustun 20-də isə “Qəbələ” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Yevlax şəhər stadionunda isə “Kəpəz”–“Zirə” komandalarının görüşü keçiriləcək.xeber100.com

Avqust 17, 2017 1:28

Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib

Bosniya və Herseqovinanın Sarayevo şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 16-da növbəti yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, millimiz toplanış çərçivəsində ev sahibləri ilə ikinci matçına çıxıb.Görüş rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində oyunda yeganə qolu Turan Vəlizadə vurub.Qeyd edək ki, millimizin Bosniya və Herseqovinanın U-17 yığması ilə ilk qarşılaşmasında hesab açılmayıb – 0:0.xeber100.com

Avqust 17, 2017 1:25

“Real Madrid” “Barselona” ilə qarşılaşıb

İspaniya Superkubokunun cavab oyunu keçirilib.Azərtac xəbər verir ki, "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb.Qarşılaşma "Real"ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Belə ki, matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.Bununla da "Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub.Qeyd edək ki, ilk oyun avqustun 13-də Barselonada baş tutub və "Real"ın 3:1 qələbəsi ilə başa çatıb.xeber100.com

Avqust 17, 2017 1:19
    Page 652 of 830« First«...102030...650651652653654...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az