08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Taekvandoçuların dünya birinciliyi keçiriləcək

Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində yeniyetmə taekvandoçuların dünya birinciliyi keçiriləcək.Azərtac xəbər verir ki, sayca üçüncü olan birincilikdə Azərbaycan komandası da iştirak edəcək. Bu məqsədlə yeniyetmələrdən ibarət milli yığma komandamız Misirə yollanıb. Avqustun 24-də başlayacaq yarış dörd gün davam edəcək.Doqquz idmançı ilə mundialda təmsil olunacaq komandamızın heyətində oğlanlardan Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq) və Pərviz İskəndərov (53 kq) yer alıb.Qızlardan isə Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) mübarizəyə qatılacaq.Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə dünya birinciliyində iştirak edəcək komandamız avqustun 29-da vətənə qayıdacaq.Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Elşad Məmmədov təmsil edəcək.xeber100.com

Avqust 21, 2017 12:08

“Kopenhagen” – “Qarabağ” matçının təyinatları açıqlanıb

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka)–“Qarabağ” (Ağdam) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi məşhur Alberto Undiano Mallenko olacaq. Ona həmyerliləri Roberto Alonso Fernandes və Raul Kabanyero Martines kömək edəcəklər. Əlavə hakim köməkçiləri Alexandro Xose Enandes və Xose Mariya Sançes Martines olacaqlar. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilya yerinə yetirəcək.Matçın hakim-isnpektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makridir.xeber100.com

Avqust 21, 2017 12:05

Çimərlik həndbolu üzrə çempionat keçirilir

Artıq ikinci dəfədir ki, Azərbaycanda çimərlik həndbolu üzrə çempionat keçirilir. İlk dəfə 2007-ci ildə baş tutan yarışda cəmi dörd komanda iştirak edib. Hazırda isə qadınlardan ibarət 6, kişilərdən ibarət isə 4 komanda qalib adı uğrunda yarışır.Bu sözləri Azərtac-a beynəlxalq dərəcəli azərbaycanlı hakim İskəndər Əsgərov deyib.İ.Əsgərov qeyd edib: “Çimərlik həndbolu həm Avropada, həm də dünyada populyar idman növlərindən biridir. Yayda keçirilməsinə baxmayaraq, bəzi ölkələrdə ilboyu həmin idman növü üzrə yarışlar təşkil edilir. Bu idman növü üzrə qitə və dünyamiqyaslı müxtəlif yarışlar keçirilir. Çimərlik həndbolu 2018-ci ildə Argentinada təşkil olunacaq yeniyetmələr arasında Olimpiya Oyunlarının proqramına da salınıb. 2024-cü və 2028-ci illərdə Olimpiya Oyunlarının proqramına daxil olması da gözlənilir”.Beynəlxalq dərəcəli hakim sentyabrın sonlarından başlayaraq mayadək davam edəcək həndbol üzrə XXV Azərbaycan çempionatına xüsusi hazırlıqların görüldüyünü, oyunların böyük zallarda keçirilməsinin nəzərdə tutulduğunu və yarışda güclü idmançıların iştirak edəcəyini də əlavə edib.xeber100.com

Avqust 20, 2017 10:33

“Qarabağ” komandası “İnter”i qəbul edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda günün növbəti oyununda “Qarabağ” komandası “İnter”i qəbul edib.Azərtac xəbər verir ki, “Azersun Arena”da Rauf Cabbarovun idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb.Görüşün ikinci hissəsinin son dəqiqələrində hesab açılıb. Oyunun 89-cu dəqiqəsində Əfran İsmayılov "Qarabağ"ı hesabda irəli çıxarıb.Oyun bu hesablada sona çatıb.xeber100.com

Avqust 19, 2017 9:13

Cüdo üzrə dünya çempionatı keçiriləcək

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan milli komandası bu mötəbər yarışda geniş heyətlə təmsil olunacaq.Azərtac xəbər verir ki, Budapeştdə ölkəmizi kişi cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), qadınlarda isə Leyla Əliyeva, Erdenabat Bazarraqça (hər iksi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (hər ikisi 52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər.Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaq.xeber100.com

Avqust 19, 2017 8:53

“Qəbələ” futbol klubu yoldaşlıq oyunu keçirəcək

“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək.Azərtac xəbər verir ki, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq.Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.xeber100.com

Avqust 19, 2017 8:49

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna “Səbail” -“Neftçi” oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “Dalğa Arena”da Ramil Diniyevin idarə etdiyi matın ilk hissəsində hesab açılmayıb.Görüşün ikinci hissəsinin sonunda hesab açılıb. "Səbail" futbol klubunun oyunçusu Elman Taqayev görüşün 90-cı dəqiqəsində komandasının qələbə topunu vurub.xeber100.com

Avqust 19, 2017 8:36

Qılıncoynatma Federasiyasının məlumatı

Avqustun 17-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövrdə görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.Federasiyadan Azərtac-a bildiriblər ki, konfransda AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, icraiyyə komitəsinin yeni tərkibi təsdiqlənib. Federasiyanın prezidenti Nazim İbrahimov konfrans iştirakçılarının yekdil səsi ilə yenidən bu vəzifəyə seçilib.Sonra federasiyanın vitse-prezidenti, baş katibi və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.Federasiya rəhbəri yeni seçilmiş heyətə Azərbaycan Qılıncoynatma Federasiyasının qarşıdakı dövr üçün fəaliyyət planının, idmanın bu növü üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.Hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, “Neftçi” İdman-Sağlamlıq Klubunun və digər idman qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.xeber100.com

Avqust 18, 2017 12:15

Həndbol üzrə ikinci Azərbaycan çempionatına start veriləcək

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına start veriləcək.Azərtac xəbər verir ki, çempionatın açılış oyunu saat 09:30-da qadın komandalar arasında keçiriləcək. “İdman Akademiyası” komandası “Azəryol-2” klubunu sınağa çəkəcək. Qadınlar arasında matçlar bitdikdən sonra saat 17:45-də yarışın açılış mərasimi, daha sonra isə kişi həndbolçular arasında oyunlar keçiriləcək. Kişilərin çempionatında turun ilk qarşılaşması “Məhsul” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri arasında oynanılacaq.Avqustun 20-dək davam edəcək yarışın ilk iki günü qadın həndbolçulardan ibarət hər klub meydana iki dəfə, kişi komandalar isə bir dəfə çıxacaqlar. Bu gün səkkiz, növbəti üç gün ərzində isə, ümumilikdə, 21 qarşılaşma keçiriləcək.xeber100.com

Avqust 18, 2017 12:10

Küveyt Futbol Assosiasiyasının müraciəti

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.xeber100.com

Avqust 18, 2017 12:05
    Page 652 of 831« First«...102030...650651652653654...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az