30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Səbail” futbol klubu sonuncu yoldaşlıq oyununu keçirib

Bakının “Səbail” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.Azərtac kluba istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Raed” klubu ilə qarşılaşan komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk ediblər.Komandamızın heyətində yeganə qolu Amit Quluzadə vurub.Təlim-məşq toplanışını başa vuran “Səbail” artıq Vətənə dönüb.Qeyd edək ki, Bakı təmsilçisi əvvəlki yoldaşlıq oyunlarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” və Özbəkistanın “Paktaxor” klublarına 1:4 hesabı ilə məğlub olub, Omanın U-23 millisi ilə görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb.xeber100.com

İyul 28, 2017 10:39

Atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə…

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə - iyulun 28-də qrup yarışlarına start verilib.Azərtac xəbər verir ki, mötəbər yarışın səkkizinci günündə daha 7 idmançımız mübarizəyə qoşulub.Çempionatda 10 metr məsafədəki hədəfə tüfənglə atəş açma yarışında Nəzrin Salamzadə, tapança ilə atəş açmada isə Leyla Mirzəzadə hədəfi dəqiq nişan almağa çalışacaqlar.Zərifə Kazımova isə 25 metr məsafəyə tapança ilə atəş açma yarışında ölkəmizi təmsil edir.Daha bir maraqlı mübarizə isə qrup oyunlarında gözlənilir. Əli Hüseynli, Aydan Camalova, Tamer Məmmədov, Şəfəq Əmrahova stend atıcılığı üzrə komanda yarışında mübarizə aparırlar.xeber100.com

İyul 28, 2017 10:36

“Neftçi” klubu “Şalke” komandası ilə yoxlama matçı keçirib

Avstriyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu iyulun 26-da Almaniyanın “Şalke” komandası ilə yoxlama matçı keçirib.Azərtac xəbər verir ki, qarşılaşma paytaxt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum” stadionunda keçirilən qarşılaşmada yeganə qolu oyunun 27-ci dəqiqəsində Tekbete vurub.Qeyd edək ki, paytaxt təmsilçisi növbəti yoxlama oyununu iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubuna qarşı keçirəcək. Avqustun 2-də isə “Neftçi” Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq.xeber100.com

İyul 27, 2017 12:04

“Qəbələ” klubu üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.Azərtac xəbər verir ki, bu mərhələ çərçivəsində Azərbaycan təmsilçisi səfərdə Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşacaq.Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xuan Martines Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbero Sevilya və Sezar Manuel Noval Font kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopez yerinə yetirəcək.Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.Komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq.“Qırmızı-qaralar” iki görüşün nəticəsinə görə Yunanıstan təmsilçisindən üstün olsalar, pley-off mərhələsinə yüksələcəklər.Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.xeber100.com

İyul 27, 2017 12:00

Atıcılıq üzrə Avropa çempionatının yeddinci günündə…

Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yeddinci günündə - iyulun 27-də tapança ilə 25 metr, tüfənglə 50 metr məsafəyə üç pozisiyada atəş açmada qadınlar və gənclər, stend atıcılıq üzrə isə kişilər və gənclər arasında yarışlar keçirilir.Azərtac xəbər verir ki, kişi idmançıların stend atıcılığı yarışında təmsilçilərimizdən Əli Hüseynli, Ramil Rüstəmzadə, Tamerlan Məmmədov, Mirzə Bəşirov, gənclərdə isə Birmömün Ağazadə, Vaqif Məmmədov, Sabir Mehdizadə mübarizəyə qoşulublar.Qeyd edək ki, çempionata avqustun 4-də yekun vurulacaq.xeber100.com

İyul 27, 2017 11:56

Beynəlxalq şahmat turnirində dördüncü turun görüşləri keçirilir

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.Azərtac xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar. Bu gün turnirin dördüncü turunun görüşləri keçirilir.Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.xeber100.com

İyul 27, 2017 11:17

Milli komandalar arasında yoldaşlıq oyunu keçirilib

“Dalğa Arena”da qadın futbolçulardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.Qolu qarşıldaşmanın 56-cı dəqiqəsində Merve Özdemir vurub.İyulun 29-da “Dalğa Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.xeber100.com

İyul 27, 2017 11:09

Avropa çempionatının final oyunları keçiriləcək

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda qadın voleybol komandaları arasında Avropa çempionatının final oyunları keçiriləcək. Azərbaycanda oyunlar Bakı və Göygöl şəhərlərində olacaq.Azərtac xəbər verir ki, iyulun 25-də Göygöldə Avropa çempionatının test - yoxlama oyunu keçirilib. Oyunun əsas məqsədi arenada hər hansı çatışmazlıq olduğu təqdirdə Avropa çempionatınadək onun aradan qaldırılmasıdır.Göygöl Olimpiya İdman Kompleksində keçirilən test oyununda Avropa Voleybol Konfederasiyasının nümayəndələri oyun zamanı çelenc sisteminin işləməsini, işıqlandırmanı və s. yoxlayıblar.Avropa çempionatı zamanı Göygöldə “D” qrupunun oyunları təşkil ediləcək. Bu qrupda Hollandiya, Belçika, Serbiya və Çexiya yığmaları yer alıblar.Xatırladaq ki, on altı ölkənin iştirak edəcəyi çempionatın oyunları Bakı, Göygöl və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.xeber100.com

İyul 26, 2017 1:33

“Qarabağ”-“Şerif” görüşündə qalib müəyyənləşməyib – 0:0

İyulun 25-də Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın "Şerif" komandası ilə qarşılaşıb.Belaruslu baş hakim Sergey Tsinkeviçin idarə etdiyi oyunun birinci hissəsi komandamızın üstünlüyü şəraitində keçsə də, futbolçularımız rəqib qapısına yol tapa bilməyiblər.İkinci hissəyə də Ağdam təmsilçisi daha fəal başlayıb. Ancaq birinci hissədə olduğu kimi, görüşün ssenarisi dəyişməyib. Futbolçularımız dəfələrlə rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsalar da, top çərçivədən keçməyib.Beləliklə, “Qarabağ”-“Şerif” görüşündə qalib müəyyənləşməyib - 0:0. Komandalar arasında cavab oyunu bir həftə sonra Moldovada təşkil olunacaq.Qeyd edək ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın "Samtredia" komandasını mübarizədən kənarlaşdırıb.xeber100.com

İyul 26, 2017 1:30

Beynəlxalq şahmat turniri davam edir

Bakıda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.Azərtac xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar. Bu gün turnirin üçüncü turunun görüşləri keçirilir.Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.xeber100.com

İyul 26, 2017 1:26
    Page 664 of 831« First«...102030...662663664665666...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az