28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Women 100” adlı veloyürüş keçirilib

“Rapha” beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə “Women 100” adlı veloyürüş keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il “Rapha”nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.Yürüşdə “Cyclemania Lady” həvəskar velosipedçilər qrupunun 7 aktiv qadın üzvü - Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak edib.Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 kilometr məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.xeber100.com

İyul 26, 2017 1:20

“Neftçi” klubu “Herta” komandası ilə qarşılaşacaq

Bakının “Neftçi” futbol klubunun Avstriya toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi avqustun 2-də Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Qeyd edək ki, “Neftçi” “Herta” ilə oyunadək – iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubu ilə sınaq matçına çıxacaq.xeber100.com

İyul 26, 2017 1:17

“Qarabağ” klubu ilk oyununu keçirəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. Baş hakimə həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edəcəklər.Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.Görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.“Qarabağ”-“Şerif” oyunu saat 21:00-da start götürəcək.xeber100.com

İyul 25, 2017 1:36

Beynəlxalq Boks Assosiasiyasının yığıncağı keçirilib

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. Moskvada keçirilən tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.Azərtac xəbər verir ki, bu iki mundialın təşkilatçılığına iddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. 2019-cu ildə keçiriləcək mundiala ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq.2021-ci ildə keçiriləcək çempionat isə Hindistana həvalə edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında 2018-ci ildə keçiriləcək qitə birinciliyinə də ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançılar Türkiyənin Trabzon şəhərində qüvvəsini sınayacaqlar.Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.xeber100.com

İyul 25, 2017 1:32

UEFA Çempionlar Liqasının ilk matçları çərçivəsində

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Şerif” (Moldova) oyununun təyinatları açıqlanıb.Azərtac kluba istinadla xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sergey Tsinkeviç olacaq. Ona həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Şumusik yerinə yetirəcək.Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq.Qeyd edək ki, iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.xeber100.com  

İyul 24, 2017 12:29

Atıcılıq üzrə Avropa çempionatının ikinci günündə…

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının ikinci günündə - iyulun 23-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəş açma üzrə yarışlara start verilib.Azərtac xəbər verir ki, turnirin ikinci günündə yığma komandamızın üzvü Ruslan Lunyov da mübarizəyə qoşulub. O, 25 metr məsafədən tapança ilə hədəfi vurmaq bacarığını nümayiş etdirəcək.Çempionat avqustun 4-dək davam edəcək.xeber100.com

İyul 24, 2017 12:25

Boks Federasiyasının məlumatı

Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.Boks Federasiyasından Azərtac-a bildiriblər ki, "Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.xeber100.com

İyul 24, 2017 12:22

“Sumqayıt” klubu növbəti yoxlama matçını keçirib

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyə Superliqası təmsilçisi “Sivasspor" klubu ilə üz-üzə gəlib.Bolu Termal Hotelinin stadionunda keçirilən qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/2017-ci il mövsümündə Türkiyə birinci liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.xeber100.com

İyul 24, 2017 12:19

“Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib

Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyənin birinci liqa təmsilçisi olan “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib.Bu oyun “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.xeber100.com

İyul 24, 2017 11:27

Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək

İyulun 25-dən avqustun 6-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, toplanışa Məhəmməd Hüseynov, Əsgər Hüseynov, Süleyman Əhmədov, Xəqani Sadıxov (hamısı “Qarabağ”), Rafael Məhərrəmli, Yusif Həsənov, Şahin Zəkiyev, Ricat Qarayev, Ceyhun Muxtarlı, Murad Qayalı, Nadir Qasımov (hamısı “İnter”), Elçin Əsədov, İbrahim Əliyev, Cavidan Qasımlı, Rəhman Daşdəmirov (hamısı “Neftçi”), Əli Sadıxov, Murad Popov, Fərid Nəbiyev (hər üçü “Qəbələ”), Bahadur Həziyev (MOİK), İsmayıl Babayev (“Sumqayıt”), Pilağa Mehdiyev (klubsuz), Kamran Nəcəfəliyev (“Bunyodkor”, Özbəkistan) və Nazim Bağırov (“Vətən”) dəvət olunublar.xeber100.com

İyul 24, 2017 11:24
    Page 665 of 831« First«...102030...663664665666667...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az