04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Atıcılıq üzrə Avropa çempionatının ikinci günündə…

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının ikinci günündə - iyulun 23-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəş açma üzrə yarışlara start verilib.Azərtac xəbər verir ki, turnirin ikinci günündə yığma komandamızın üzvü Ruslan Lunyov da mübarizəyə qoşulub. O, 25 metr məsafədən tapança ilə hədəfi vurmaq bacarığını nümayiş etdirəcək.Çempionat avqustun 4-dək davam edəcək.xeber100.com

İyul 24, 2017 12:25

Boks Federasiyasının məlumatı

Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.Boks Federasiyasından Azərtac-a bildiriblər ki, "Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.xeber100.com

İyul 24, 2017 12:22

“Sumqayıt” klubu növbəti yoxlama matçını keçirib

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyə Superliqası təmsilçisi “Sivasspor" klubu ilə üz-üzə gəlib.Bolu Termal Hotelinin stadionunda keçirilən qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/2017-ci il mövsümündə Türkiyə birinci liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.xeber100.com

İyul 24, 2017 12:19

“Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib

Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Türkiyənin birinci liqa təmsilçisi olan “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib.Bu oyun “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.xeber100.com

İyul 24, 2017 11:27

Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək

İyulun 25-dən avqustun 6-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, toplanışa Məhəmməd Hüseynov, Əsgər Hüseynov, Süleyman Əhmədov, Xəqani Sadıxov (hamısı “Qarabağ”), Rafael Məhərrəmli, Yusif Həsənov, Şahin Zəkiyev, Ricat Qarayev, Ceyhun Muxtarlı, Murad Qayalı, Nadir Qasımov (hamısı “İnter”), Elçin Əsədov, İbrahim Əliyev, Cavidan Qasımlı, Rəhman Daşdəmirov (hamısı “Neftçi”), Əli Sadıxov, Murad Popov, Fərid Nəbiyev (hər üçü “Qəbələ”), Bahadur Həziyev (MOİK), İsmayıl Babayev (“Sumqayıt”), Pilağa Mehdiyev (klubsuz), Kamran Nəcəfəliyev (“Bunyodkor”, Özbəkistan) və Nazim Bağırov (“Vətən”) dəvət olunublar.xeber100.com

İyul 24, 2017 11:24

“Qəbələ” ilk matçın hazırlığına başlayıb

Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.Azərtac xəbər verir ki, ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start veriblər. İyulun 21-də Belostokdan paytaxta yollanan komandamız hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.“Qəbələ” bu gün baş tutacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. Komandamız sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlığını Afinada davam etdirəcək.Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.xeber100.com

İyul 23, 2017 11:07

“Czech Open-2017” beynəlxalq turnirinin birinci turu keçirilib

Çexiyanın Pardubitsa şəhərində “Czech Open-2017” beynəlxalq turnirinin birinci turu keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq yarışın “A” turnirində ölkəmizi 7 şahmatçı – beynəlxalq usta Nərmin Məmmədova, FIDE ustaları Kənan Qarayev, Rüstəm Bünyadov, ustalığa namizəd Aydın Süleymanlı, habelə Rəvan Əliyev, Vüqar Manafov və Fərid Mustafayev təmsil edirlər.Birinci turdan sonra Azərbaycan təmsilçilərindən Fərid Mustafayevin aktivində bir xal, Nərmin Məmmədova və Rəvan Əliyevin hər birinin aktivində yarım xal var.“Czech Open-2017” turnirində 38 ölkədən 335 şahmatçı, o cümlədən 49 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Beynəlxalq turnirin qalibləri avqustun 9-da müəyyən ediləcəkxeber100.com

İyul 23, 2017 11:04

Beynəlxalq yarışlar başlanıb

Vrotslavda Dünya Oyunları – Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə beynəlxalq yarışlar başlanıb.Bu, iştirakçıların sayına görə qeyri-Olimpiya idman növləri üzrə rekord oyunlar olacaq. Vrotslava dünyanın hər yerindən ümumilikdə 111 milli yığma gəlib ki, bu da dörd il əvvəl Kolumbiyanın Kali şəhərində keçirilmiş yarışlardan 8 yığma çoxdur. İdmançıların sayına görə ən böyük yığma Polşanındır – yığmaya 215 idmançı daxildir, ondan sonra Fransa, Rusiya və ABŞ komandaları gəlir.Vrotslavdakı Dünya Oyunlarında idmanın 27 növü və əlavə olaraq spidvey, Amerika futbolu, kikboksinq və qapalı hovuzlarda avarçəkmə kimi dörd idman növü təqdim edilir.İdman tədbiri 10 gün davam edəcək.xeber100.com

İyul 22, 2017 11:17

Çimərlik futbolu üzrə superliqa yarışlarına start verilib

İyulun 21-də Azərbaycan çimərlik futbolu üzrə superliqa yarışlarına start verilib. Su İdmanı Sarayı ərazisində yerləşən çimərlik meydançasında “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Səbail” komandaları arasında keçirilən superliqa avqustun 5-dək davam edəcək.“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən Azərtac –a bildirilib ki, superliqanın açılış oyununda “Sumqayıt” “Zirə” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma rəqib komandanın 2-1 hesablı qələbəsi ilə nəticələnib.Qeyd edək ki, “Sumqayıt” superliqanın 2-ci turu çərçivəsində iyulun 22-də saat 17:30-da “Neftçi” ilə qarşılaşacaq.xeber100.com

İyul 22, 2017 11:02

Atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb

Iyulun 22-də Bakıda atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb.Azərtac xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 43 ölkədən minə yaxın idmançı 79 dəst medal uğrunda mübarizəyə qoşulub.Yarışın ilk günündə idmançılar 50 metr məsafəyə tapançadan atəş açma və stend atıcılığı üzrə yarışda çıxış edirlər.Yığmamız 25, 50, 300 metr məsafədən hədəfi nişan alma, həmçinin stend atıcılığının bütün növləri üzrə yarışlarda təmsil olunacaq.xeber100.com

İyul 22, 2017 10:13
    Page 665 of 830« First«...102030...663664665666667...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az