08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasının cavab matçları çərçivəsində…

Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” (Gürcüstan)–“Qarabağ” (Ağdam) oyununun təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək.Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.Qeyd edək ki, iyulun 18-də Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.xeber100.com

İyul 17, 2017 11:13

“Kəpəz” klubu transfer çalışmalarını davam etdirir

Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz” klubu Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.Azərtac kluba istinadla xəbər verir ki, hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Serqey Çernışev ilə birillik müqavilə bağlanıb.A.Qasımov hücumçu, S.Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.xeber100.com

İyul 17, 2017 11:09

“Qəbələ” futbol klubu Polşaya yollanıb

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” futbol klubu Polşaya yollanıb.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” Varşavada ilk məşqə çıxıblar. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirirlər. Futbolçular toplu və topsuz təmrinləri icra ediblər. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya”–“Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.xeber100.com

İyul 17, 2017 10:41

Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi (DGB) 2017-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, ilk onluqda ümumilikdə 20 təmsilçimizin adı var.Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Hacı Əliyev, Məhəmməd Müslümov, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.Yunan-Roma güləşçilərinin onluğunda isə Murad Məmmədov, Rəsul Çunayev, Həsən Əliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.xeber100.com

İyul 17, 2017 10:39

Stolüstü Tennis Federasiyasının məlumatı

Xaçmazda Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yeniyetmələrin stolüstü tennis üzrə ölkə birinciliyinin zona yarışlarının final mərhələsi keçirilir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, oğlanların və qızların mübarizə apardığı final mərhələsində, ümumilikdə 22 komanda iştirak edir.Qeyd edək ki, yarışlara iyulun 17-də yekun vurulacaq.xeber100.com

İyul 16, 2017 3:36

“Benfika” futbolçusunun “Barselona”ya keçidi rəsmiləşib

“Benfika”nın futbolçusu Nelson Semedunun “Barselona”ya keçidi rəsmiləşib.Azərtac xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin müddəti və dəyəri barədə məlumat verilməyib.Qeyd edək ki, N.Semedu ötən mövsüm Portuqaliya çempionatında 31 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.xeber100.com

İyul 16, 2017 8:32

“Neftçi” futbol klubu ikinci yoxlama oyununu keçirib

“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “Neftçi” komandası “Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş “Neftçi”nin 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da “Şüvəlan” klubuna qarşı keçirəcək.xeber100.com

İyul 16, 2017 8:23

Velosiped İdmanı Federasiyasının məlumatı

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Bakı Olimpiya Stadionu ərazisində Azərbaycan kuboku yarışına start verilib.Federasiyadan Azərtac-a bildiriblər ki, açıq xarakterli turnirdə Gürcüstan idmançıları da mübarizə aparırlar.İlk yarış günündə velosipedçilər kriterium ötüşməsində güclərini sınayıblar.Qızların yarışında Ayan Xankişiyeva birinci olub.Kişilərin mübarizəsində Natiq Meydərov (2003-2004-cü il), Avtandi Piranişvili (Gürcüstan, 2001-2002-ci il) və Kərim Şirəliyev (1999-2000-ci il) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

İyul 15, 2017 4:50

“Aue” futbol klubu müqaviləni yeniləyib

Almaniyanın “Aue” futbol klubu millimizin üzvü Dmitri Nazarov ilə müqaviləni yeniləyib.Azərtac xəbər verir ki, bu barədə klubunun rəsmi “Twitter” səhifəsi xəbər yayıb.İyirmi yeddi yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununadək uzadıldığı bildirilir. D.Nazarovun ikinci Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.Qeyd edək ki, futbolçu ötən mövsüm “Aue”nin heyətində 9 qol vurub.xeber100.com

İyul 15, 2017 1:40

“Qalatasaray” klubu hollandiyalı futbolçu ilə yollarını ayırıb

“Qalatasaray” klubunun hollandiyalı futbolçusu Uesli Sneyder komandası ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, futbolçu ilə klubu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.2018-ci ilin mayınadək İstanbul təmsilçisi ilə müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.Sneyderin 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 milyon avrodan imtina etdiyi bildirilir. Futbolçu, həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 milyon avro təzminat ödəməyə razılıq verib.xeber100.com

İyul 15, 2017 1:33
    Page 669 of 831« First«...102030...667668669670671...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az