Yaponiya mətbuatı yazır…

Yaponiyanın idmansevərləri arasında geniş nüfuzu olan KİV-lər bu günlər Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırır. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları birbaşa yayımla yapon tamaşaçılarına təqdim edir.İnternet nəşrlərində dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını ikinci dəfədir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir.“Fuji-TV.Next” telekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar.Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.Yaponiyanın nüfuzlu “formula1-data.com.gp”, “www.as-web”, “f1.sokuho.mopita.com”, “www.izito.jp”, “sports.skyperfekt.co.jp/motor/”, “F1-Gate.com”, “f1.express.cnc.ne.jp” internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.xeber100.com

İyun 26, 2017 4:14

Formula-1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra…

İyunun 25-də Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra Formula-1 Şəhərciyində maraqlı əyləncə proqramı təşkil edilib.Azərtac xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Meraya Keri əsas səhnədə yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-prisinə yekun vurub.Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meraya Keriyə ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. Sahib olduğu beş oktav səs gücü və peşəkar yanaşması ilə Meraya Keri müasir pop musiqisinə yeni çalarlar gətirib. İfaçı, mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə “Grammy”, 21 dəfə Amerika Musiqi Mükafatına, “Billboard”ın “Son onilliyin ən yaxşı müğənnisi”, “Minilliyin ən çox mahnı satan qadın müğənnisi” ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə BMI-in “İkona” mükafatına layiq görülüb.Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.xeber100.com

İyun 26, 2017 11:36