08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

2017/2018-ci il mövsümü üçün növbəti transfer həyata keçirilib

“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün növbəti transferini həyata keçirib.Azərtac kluba istinadla xəbər verir ki, “Sumqayıt” son olaraq “Zirə”də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb. İyirmi dörd yaşlı futbolçu komanda ilə birillik müqavilə imzalayıb.Qeyd edək ki, Cavid Tağıyev “Zirə”dən başqa, “Turan”, AZAL və “Qarabağ"ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və “A” millisinin şərəfini qoruyub.xeber100.com

İyun 12, 2017 12:17

“İnter” futbol klubu ilk yoxlama oyununu keçirib

Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu ilk yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Kamerunun "Colombe Sportive du Dja et Lobo" komandası ilə qarşılaşan Bakı təmsilçisi görüşdən qalib ayrılıb – 1:0.Rauf Əliyevin vurduğu top rəqib komandanın müdafiəçisinə dəyərək qapıdan keçib.xeber100.com

İyun 12, 2017 12:15

“Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir

İstanbulun “Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi Kiyevin “Dinamo” komandasının yarımmüdafiəçisi Yunes Belhanda ilə razılığa gəlib.“Qalatasaray”ın idman direktoru Cenk Ergün Mərakeşə gedərək futbolçu ilə danışıqlar aparıb. Transferin reallaşması üçün “Dinamo”nun da razılığını almaq lazımdır.Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.xeber100.com

İyun 11, 2017 11:51

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

İyunun 10-da futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bir neçə oyun keçirilib.Azərtac xəbər verir ki, “F” qrupunda Şotlandiya yığması öz meydançasında İngiltərə komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu qrupda keçirilən digər qarşılaşmada Sloveniya millisi Malta komandasına 2:0 hesabı ilə qalib gəlib. Hazırda “F” qrupunda turnir cədvəlinə 6 oyundan 14 xal toplayan ingilislər başçılıq edirlər. Xalının sayını 11-ə çatdıran Sloveniya yığması ikinci pilləyə yüksəlib.E qrupunda Danimarka komandası Qazaxıstan yığmasını 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra danimarkalılar 10 xalla qrupda ikinci yeri tutur.Xatırladaq ki, C qrupunda yer alan Azərbaycan komandası öz meydançasında Şimali İrlandiya futbolçularına uduzub - 0:1. Bu, seçmə mərhələdə dünən keçirilən dörd oyunda qonaq komandaların qazandığı yeganə qələbədir.xeber100.com

İyun 11, 2017 11:31

“C” qrupunda altıncı turun oyunlarına yekun vurulub

İyunun 10-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı “C” qrupunda altıncı turun oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, Almaniya millisi San-Marinonu, Norveç yığması isə Çexiyanı qəbul edib.“Nürenberq Arena”da keçirilən Almaniya-San-Marino oyununda böyük hesablı qələbə qeydə alınıb. Almanlar rəqib qapısından 7 cavabsız top keçirərək qrup liderliyini bir qədər də möhkəmləndiriblər.Oslodakı “Ullevaal” stadionunda keçirilən Norveç-Çexiya oyunu isə heç-heçə yekunlaşıb – 1:1.Qrupda altıncı turun ilk oyunu Bakıda Azərbaycan və Şimali İrlandiya yığmaları arasında keçirilib və 1:0 hesab ilə qonaqların xeyrinə yekunlaşıb.Altı turdan sonra hesabında 18 xal olan Almaniya qrupun vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Azərbaycan 7 xalla dördüncü, Norveç 4 xalla beşinci, hesabına hələ də xal yazdıra bilməyən San-Marino isə sonuncu pillədə qərarlaşıb.xeber100.com

İyun 11, 2017 10:17

“Qarabağ” futbol klubu transfer çalışmalarını davam etdirir

Ağdamın “Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.Azərtac kluba istinadla xəbər verir ki, “Qarabağ” müqaviləsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb. İspaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək.Otuz bir yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında komandaya transfer olunub və “Qarabağ”ın heyətində 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb. Bu qarşılaşmalarda 15 qolla (8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.Xatırladaq ki, komanda bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.xeber100.com

İyun 10, 2017 8:59

“Zirə” klubu daha bir futbolçu ilə güclənib

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” klubu daha bir futbolçu ilə güclənib.Azərtac kluba istinadla xəbər verir ki, mərkəzi afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.İyirmi səkkiz yaşlı David Manqa Fransanın PSJ klubunun yetirməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” komandası olub.David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.xeber100.com

İyun 10, 2017 8:56

Boks üzrə beynəlxalq çempionat keçiriləcək

İyulun 1-də Almaniyanın Hanqelsberq şəhərində peşəkar boks üzrə beynəlxalq çempionat keçiriləcək.Turnirdə peşəkar boksçumuz Azad Əzizov da iştirak edəcək. Dördqat dünya çempionu olan həmyerlimiz macarıstanlı məşhur boksçu Laszio Tot ilə döyüşə çıxacaq. IBF - Avropa kəməri uğrunda döyüş yarışın ən vacib və sanballı qarşılaşması hesab olunur.Xatırladaq ki, A.Əzizov mötəbər IBF - Avropa kəmərinə sahib olan ilk azərbaycanlı boksçudur. O, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, indiyədək Azərbaycanda və Avropanın müxtəlif ölkələrində təşkil etdiyi çoxsaylı idman tədbirləri ilə tanınan “Odlar Yurdu” Boks İdman Klubunu təmsil edir.xeber100.com

İyun 10, 2017 8:51

Şimali İrlandiya yığması ilə oyunun heyəti müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi oyunu üçün heyəti müəyyənləşib.Azərtac xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki iyunun 9-da keçirdiyi mətbuat konfransında deyib.O, heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayevin yer alacağını bildirib.Xatırladaq ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.xeber100.com

İyun 10, 2017 8:47

Dünya çempionatının növbəti turunun oyunlarına start verilib

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin növbəti turunun oyunlarına start verilib.Azərtac xəbər verir ki, iyunun 9-da “A”, “B” və “H” qruplarında, ümumilikdə, 9 oyun keçirilib.Turun mərkəzi oyunlarından biri “A” qrupunda baş tutub. İsveç millisi öz meydanında son Avropa çempionatının gümüş mükafatçısı Fransa yığması ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanaraq qrup liderliyini ələ keçirib. Bu qrupda Hollandiya millisi Lüksemburqu 5:0, Belarus isə Bolqarıstanı 2:1 hesabları ilə məğlubiyyətə uğradıb.“B” qrupunda son Avropa çempionu Portuqaliya yenə də qələbəyə sevinib. Portuqalların səfərdə Latviyanı 3:0 hesabı ilə məğlub etdikləri oyunda K.Ronaldo dubl edib. Qrupun lideri İsveçrə komandası səfərdə Farer Adaları millisi üzərində 2:0 hesabı ilə qalib gəlib. Qrupun sensasiyası isə Andorrada qeydə alınıb. Belə ki, Andorra komandası son Avropa çempionatının iştirakçısı Macarıstan yığmasını minimal hesabla məğlub edib -1:0.“H” qrupundakı oyunlar isə aşağıdakı kimi başa çatıb:Estoniya-Belçika – 0:2, Bosniya və Herseqovina-Yunanıstan - 0:0, Cəbəllütariq-Kipr – 1:2. Digər qruplarda növbəti oyunlar iyunun 10-da və 11-də keçiriləcək.xeber100.com

İyun 10, 2017 8:07
    Page 687 of 831« First«...102030...685686687688689...700710720...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az