Beynəlxalq Avtomobil Federasiyasının məlumatı

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula-1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 6-da Bakıya səfər edərək trekin yarışa hazırlığını yerində incələyib.Azərtac xəbər verir ki, Çarli Vaytinqin Bakıya səfərindən əvvəl Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar lazımi hazırlıqların böyük hissəsini tamamlayan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti son işləri intensiv şəkildə həyata keçirir.Bu il keçiriləcək Azərbaycan Qran-Prisindən iki həftə əvvəl ölkəyə səfər edən Çarli Vaytinq trekin və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb. Trekə keçirdiyi baxışdan sonra mətbuatın qarşısına çıxan Çarli Vaytinq Formula-1 təqvimindəki ən yeni trekin yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirib: “Bakı şəhər halqası yarışa tam hazırdır. Hər şey çox gözəl təşkil olunub. Bu il təşkilatçılar ötən ilə nisbətən daha hazırlıqlıdırlar. Ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı. Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq.FIA nümayəndəsi trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bütün trası nəzərdən keçirdim. Bakı şəhər halqasında heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Mən və pilotlar bu dəyişikliklərdən məmnunuq”.Ç.Vaytinq şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasının tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu bildirib.Qeyd edib ki, Formula-1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir: “Ötən il maksimal sürət saatda 378 kilometr olmuşdu. Bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula-1 yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə 46 saniyə olmuşdu".Azərbaycan marşallarının hazırlıq səviyyəsini yüksək qiymətləndirən FIA rəsmisi onların ötən il Bakıda təşkil olunan ilk Formula-1 yarışında vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini diqqətə çatdırıb.Vurğulayıb ki, səfərim zamanı marşalların hazırlığından bəhs edən bir neçə videonu izlədim. Əminəm ki, builki yarışda da marşallar yüksək peşəkarlıq nümayiş etdirəcəklər.Xatırladaq ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.xeber100.com

İyun 7, 2017 11:25

Akrobatika üzrə 24-cü ölkə birinciliyi keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.Azərtac xəbər verir ki, yayın ilk günlərində - iyunun 9-10-da kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyi keçiriləcək.İki gün davam edəcək yarışda 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.Yarışların ilk günü balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayacaq.Daha sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.Yarışa biletləri Milli Gimnastika Arenasının kassasından əldə etmək olar. Biletlərin qiyməti 3 manatdır.xeber100.com

İyun 7, 2017 11:12

“Caspian Cup” turnirinə start verilib

Rusiyanın Kaspiysk şəhərində futbol üzrə “Caspian Cup” turnirinə start verilib.Azərtac xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk turda Rusiya təmsilçisi “Rostov”la qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.Turnir iyunun 11-dək davam edəcək. Kaspiysk şəhərindəki “Anji Arena” stadionunun meydançalarında 8 komanda mübarizə aparır. “Qəbələ” “A” qrupunda Rusiya təmsilçiləri “Krasnodar”, “Ramzan” və “Rostov”la qüvvəsini sınayır. “Qırmızı-qaralar” iyunun 7-də “Ramzan”la, bir gün sonra isə “Krasnodar”la qarşılaşacaq.“B” qrupunda isə “Neftçi” (Azərbaycan), “Dinamo” (Tbilisi, Gürcüstan), “Anji” və “Yunost” (hər ikisi Rusiya) çıxış edir. Birgünlük istirahətdən sonra hər qrupun iki ən yaxşı komandası yarımfinal, digərləri 5-8-ci yerlər uğrunda matçlarda üz-üzə gələcəklər. İyunun 11-də isə final, həmçinin 3-cü, 5-ci, 7-ci yerlər uğrunda matçlar keçiriləcək.Rakif Əliyevin baş məşqçisi olduğu “Qəbələ”nin U-14 komandası turnirə 18 futbolçu ilə yollanıb. Heyətdə Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Xəyal Səmədov, Ülvü Mədətov, Kamal Kazımov, Nihad Cəfərov, Mehrac Baxşəliyev, Sərxan Mirzəzadə, Ümüd Həmzəyev, Cavid Rəhimov, Orxan Səlimov, Asif Məmmədov, Kənan Qaragözov, Rəşad Əmrahov, Taleh Qarayev və Anar Tağıyev yer alıblar.xeber100.com

İyun 7, 2017 10:47