“Qarabağ”ın 27 potensial rəqibi müəyyənləşib

Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın 27 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.Azərbaycan millisinin və “Qarabağ”ın əsas komandasının kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri ilk növbədə özünün harada oynamasından asılıdı. Söhbət komandanın Çempionlar yolu və ya Çempionlar Liqası yolunda oynamasından gedir.“Qarabağ”ın əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa qədər irəliləsə, U-19 da qrupda çıxış edəcək. Burada iştirak edəcək 32 komandadan 15-i bəllidi. Bunlar “Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Leypsiq” (Almaniya), “Çelsi” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa), PSJ (Fransa), “Spartak” (Moskva, Rusiya), “Benfika” (Portuqaliya), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), "Feyenoord" (Hollandiya)  və “Bazel” (İsveçrə) komandalarıdı.Əsas komandası qrupa çıxmasa, U-19 Çempionlar yolunda mübarizə aparmalı olacaq. Buradakı mümkün 31 rəqibdən 15-i bəllidi. Bunlar “Krasnodar” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Anderelxt” (Belçika), “Bursaspor” (Türkiyə), APOEL (Kipr), “Lokomotiva” (Xorvatiya), “Hammarbü” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan) və “Breydablik” (İslandiya) klublarıdı.xeber100.com

May 15, 2017 11:04

Azərbaycan milli komandası Türkmənistan yığması ilə qarşılaşıb

Mayın 13-də Bakı Tennis Akademiyasında keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışında kişi və qadın komandaları mübarizə aparıblar.Azərtac xəbər verir ki, qadınların yarışında Azərbaycan milli komandası Türkmənistan yığması ilə qarşılaşıb. Tennisçilərimiz iki oyunda məğlub olublar. Cütlüklər arasında baş tutan oyunda isə idmançılarımız əzmkarlıq nümayiş etdirərək qalib gəlsələr də, ümumi hesab rəqibin xeyrinə başa çatıb - 1:2Qadınların komanda yarışının “A” qrupunda növbəti görüş Pakistan və Türkiyə komandaları arasında oynanılıb. Fərdi yarışlarda türkiyəli tennisçilər hər iki görüşdə 2:0 hesabı ilə üstün olublar. Belə ki, Başak Eraydın Uşna Suhailə, Ayla Aksu isə Sara Mansura qalib gəliblər. Cütlüklərin yarışında türkiyəli Melis Sezer-Berfu Çengiz U.Suhail-S.Mansur duetini məğlub edərək ümumi hesabda təmiz qələbəni təmin ediblər - 3:0Kişilərdən ibarət komandaların görüşündə isə fərdi yarışlarda türkiyəli tennisçilər Altuğ Çelikbilek və Anıl Yüksək müvafiq olaraq, türkmənistanlı idmançılar Georgi Poçay və Atlumurat Qurbanova 2:0 hesabı ilə qalib gəliblər. Cütlüklərin mübarizəsində isə İlhan Sarp Ağabigün-Muhammet Haylaz (Türkiyə) dueti türkmənistanlı cütlük Georgi Poçay-Yuri Roqquskiyi 2:0 hesabı ilə məğlub edib. Beləliklə, görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.“B” qrupunda isə Pakistan tennisçiləri İordaniya komandasından üstün olublar. Fərdi yarışlarda pakistanlı Aqil Xan rəqibi Seif Adasa qalib gəlib – 2:0. Digər görüş də Pakistan təmsilçisi Muhammad Abidin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cütlüklərin yarışında da sevinən tərəf pakistanlı tennisçilər olub. A.Xan-M.Abid dueti Musa Alkatop-Hamza Əl-Əsvad cütünə 2:0 hesabı ilə qalib gəlib. Yekun nəticədə Pakistan millisi İordaniya yığmasını 3:0 hesabı ilə məğlub edib.Azərbaycanın kişilərdən ibarət komandası isə Qətər təmsilçiləri ilə üz-üzə gəlib.Gərgin idman mübarizəsi şəraitində keçən görüş Qətər millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “B” qrupunda yer alan Azərbaycan komandası növbəti oyununu İordaniyaya qarşı keçirəcək.Ötən gün kişilərin yarışında əlverişsiz hava şəraitinə görə təxirə salınan İordaniya-Qətər, Türkmənistan-Özbəkistan qarşılaşmaları da bu gün oynanılıb. Baş tutan cütlüklərin oyununda Özbəkistan Türkmənistana (2:1), İordaniya isə Qətərə (2:1) qalib gəliblər.xeber100.com

May 14, 2017 1:07

Cüdo yarışlarının ikinci gününə start verilib

Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, yarışların ikinci günündə fərdi mübarizədə kişilər arasında 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlarda isə 70, 78 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında döşək üzərinə çıxacaqlar.“Bakı-2017”də yarışa dörddəbir final mərhələsindən başlayacaq milli komandamızın üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Abdalkarim Albişi (Səudiyyə Ərəbistanı) - Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri), “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) isə Ali Erdoğan (Türkiyə) – Mahmudulla Haq Mohammadi (Əfqanıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.Mübarizəyə dörddəbir finaldan qoşulacaq yığmamızın digər cüdoçusu, builki Avropa çempionu Elxan Məmmədov (100 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania ilə görüşəcək.Qadınların mübarizəsinə yarımfinaldan qoşulacaq İrina Kindzerska (78 kq) finala adlamaq uğrunda ilk rəqibi Toqo idmançısı Noeline Essohanam Koroya, sonrakı döyüşdə isə Əlcəzair təmsilçisi Sonia Asselahana qarşı çıxış edəcək.Bu gün, həmçinin paracüdoçu kişilərin yarışında 66, 73, 90 kiloqram, eləcə də 100 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar. Paracüdo yarışlarında ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.Bayram Mustafayev (66 kq) finalda yarışmaq üçün əlcəzairli Mohammed Kamel Bellabasla, eyni çəkidə Elçin Talıbov ilk mərhələdə özbəkistanlı Utkirjon Niqmatov, sonrakı döyüşdə isə türkiyəli Recep Ciftçi ilə gücünü sınayacaq.Turnirə yarımfinaldan qoşulacaq Ramil Qasımov bu mərhələdə (73 kq) iranlı Mahdi Borçlou - türkiyəli Serdar Aydın cütünün qalibi ilə, həmin çəkidə Natiq Talıbov isə dörddəbir finalda əlcazairli Youcef Radjaini məğlub edəcəyi təqdirdə yarımfinalda özbəkistanlı Feruz Sayidovla qarşılaşacaq.Rövşən Səfərov (90 kq) özbəkistanlı Şukrat Boboev, Tofiq Məmmədov isə İran cüdoçusu Mohammad Ali Şanani ilə münasibətlərə aydınlıq gətirəcək.Paralimpiya çempionumuz İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan təmsilçisinə, Kənan Abdullaxanlı isə türkiyəli rəqibinə qarşı finala çıxmaq üçün yarışacaq.IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13 medala sahib olublar.xeber100.com

May 14, 2017 10:16