Mayın 2-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.Azərtac xəbər verir ki, Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə əzəli rəqiblər – “Real” və “Atletiko” qarşılaşıb. Matçda üstün tərəf olan “Real” portuqaliyalı ulduzu Kriştiano Ronaldonun 10, 73 və 86-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.Bununla da K.Ronaldo Çempionlar Liqasında ardıcıl ikinci oyunda het-trik edib. Bundan əvvəl, o, Münxenin “Bavariya” klubunun qapısından 3 top keçirmişdi.Beləliklə, “Kral” klubu ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanmağa yaxınlaşıb.Qeyd edək ki, Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında “Real Madrid”ə məğlub olub.Yarımfinal mərhələsinin digər matçı bu gün Fransada “Monako” və “Yuventus” komandaları arasında baş tutacaq.xeber100.com