04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləş üzrə Avropa çempionatı start götürüb

Bu gün Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.Azərtac xəbər verir ki, çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da mübarizə aparır.İlk yarış günündə 57, 86 kiloqram çəkidə sərbəst, 48 və 63 kiloqram çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparırlar.Bu çəkilərdə ölkəmizi sərbəst güləşdə Giorgi Edişeraşvili (57 kq), Aleksandr Qostiyev (86 kq), qadın güləşində isə Mariya Stadnik (48 kq) və Elmira Qəmbərova (63 kq) təmsil edirlər.xeber100.com

May 2, 2017 12:36

Azərbaycan yığması UEFA İnkişaf turnirində çıxışını başa vurub

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıblar.Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmda isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.xeber100.com

May 1, 2017 11:43

“Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək

Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə bu mötəbər yarışda qalib gələn və mükafatçılar sırasına düşə bilən azərbaycanlı idmançıların şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək. “Zəfər günləri” silsilə tədbirləri mayın 14-dən 23-dək davam edəcək.Azərtac xəbər verir ki, bu barədə mayın 1-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə “Zəfər günləri” kampaniyasının təqdimat mərasimində məlumat verib.MOK-un marketinq idarəsinin rəisi M.Kərimov bildirib ki, Milli Olimpiya Komitəsi tərəfindən ikinci dəfə keçiriləcək bu layihə çərçivəsində qalib idmançılarımızın, medallar qazanan atletlərimizin, onların ailə üzvlərinin, yaxınlarının, idman mütəxəssislərinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə Komitədə görüşləri təşkil ediləcək. Beləliklə, MOK artıq ikinci dəfə medalçılar üçün yüksək səviyyədə mərasim təşkil edəcək. Tədbirlərdə KİV nümayəndələrinin uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən müsahibələr alması üçün də şərait yaradılacaq.xeber100.com

May 1, 2017 11:38

“Shamkir Chess-2017” superturnirinin bağlanış mərasimində…

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” superturnirinin təntənəli bağlanış mərasimi zamanı rusiyalı şahmatçı Vladimir Kramnikə hədiyyə təqdim olunub.Azərtac xəbər verir ki, azərbaycanlı şahmat həvəskarlarının xüsusi marağına səbəb olan keçmiş rusiyalı dünya çempionu Vladimir Kramnik bağlanış mərasimində sürprizlə qarşılaşıb. Belə ki, şəmkirli həvəskar rəssam Aynur Abdullayeva Vladimir Kramnikə idmançının portretini hədiyyə edib. Aynur Abdullayeva bildirib ki, bu portreti çəkməyə onu vadar edən Kramnikin Şəmkirə olan sevgisi və turnirin açılış mərasiminin gözəlliyindən təsirlənməsi olub.Xanımın şəxsi əl işi olan portreti idmançıya Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.xeber100.com

May 1, 2017 11:18

Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə…

Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında təşkil edilən futbol üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ilə Azərbaycan Texniki Universiteti ilə üz-üzə gəlib. Memarlıq və İnşaat Universitetinin komandası 2:1 hesabı ilə qalib gəlib.Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin kollektivi qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Bakı Dövlət Universitetinin komandası çempion olub.Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.Sabir Əlişanov (Azərbaycan Memarlıq və İnşaat Universiteti) turnirin ən yaxşı müdafiəçisi, Nicat Mahmudov (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) ən yaxşı hücumçusu seçilib. Nurəlı Əsədov (Bakı Dövlət Universiteti) isə çempionatın bombardiri olub.xeber100.com

May 1, 2017 11:16

“RİA Novosti”nin məlumatına görə…

Britaniyalı boksçu Entoni Coşua IBO, IBF və WBA versiyaları üzrə çempion titullu görüşdə ukraynalı boksçu Vladimir Kliçkonu məğlub edib.“RİA Novosti”nin verdiyi xəbərə görə, Coşua Kliçkonu 11 raunda texniki nokautla məğlub edib.Bu qələbə indiyədək məğlub olmayan Coşuanın karyerasında sayca 19-dur. Kliçko isə 69 görüşdən 5-də məğlub olub.xeber100.com

Aprel 30, 2017 11:09

Dünya kuboku yarışlarının final mərhələsi keçirilir

Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarının final mərhələsi keçirilir.Azərtac xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılacaq.Aprelin 28-də startı verilən mötəbər turnirə 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.xeber100.com

Aprel 30, 2017 11:04

“Bavariya” futbol klubu Almaniya çempionu titulunu qazanıb

Səfər oyununda “Volfsburq” komandasına 6:0 hesabı ilə qalib gələn Münxenin “Bavariya” futbol klubu albadal beşinci dəfə Almaniya çempionu titulunu qazanıb.Azərtac xəbər verir ki, Almaniya bundesliqasının başa çatmasına üç tur qalmış 73 xal toplayan münxenlilər rəqibləri üçün əlçatmaz olub. İkinci yerdə gedən “Leypsiq” klubunun 63 xalı var.Beləliklə, “Bavariya” ümumilikdə 27 dəfə Almaniya çempionu titulunu əldə edib. Bu, turnirin rekordudur.xeber100.com

Aprel 30, 2017 10:47

Beynəlxalq şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib

Aprelin 29-da Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” beynəlxalq şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, “Synergy Group” tərəfindən təşkil olunan yarışın səkkizinci turunda turnirin lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub olub. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbovun Uesli So (ABŞ) ilə görüşü heç-heçə nəticələnib.Bu turda Rusiya təmsilçiləri qələbə qazanıblar. Vladimir Kramnik İngiltərə təmsilçisi Maykl Adamsı, Sergey Karyakin isə ukraynalı Pavel Elyanovu məğlub edib.Bolqarıstanlı Veselin Topalov ilə Hindistan şahmatçısı Pentala Harikrişna arasındakı partiya heç-heçə başa çatıb.Səkkizinci turda məğlub olmasına baxmayaraq, Ş.Məmmədyarov turnir cədvəlində vahid liderliyi davam etdirir. Şahmatçımızın aktivində 5 xal var. U.So ikinci, V.Topalov isə üçüncü sıradadır. Hər iki şahmatçı 4,5 xal toplayıb. Onlardan yarım xal az toplayan S.Karyakin, V.Kramnik, R.Voytaşek və M.Adams müvafiq olaraq, dördüncü, beşinci, altıncı və yeddinci yerlərdə qərarlaşıblar. Sonrakı yerləri isə müvafiq olaraq, Pavel Elyanov (3,5 xal), Teymur Rəcəbov (3,5) və P.Harikrişna tuturlar.Turnirə aprelin 30-da yekun vurulacaq.xeber100.com

Aprel 30, 2017 10:43

“Bakı Marafonu-2017”yə start verilib

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.Azərtac xəbər verir ki, saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.İlk dəfə ötən il mayın 1-də keçirilən Bakı Marafonunda 7 mindən çox idman həvəskarı iştirak edib.xeber100.com

Aprel 30, 2017 10:38
    Page 709 of 830« First«...102030...707708709710711...720730740...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az