06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləş üzrə Avropa çempionatı keçiriləcək

Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.Azərtac xəbər verir ki, turnirin ilk günlərində sərbəst və qadın güləşçiləri yarışacaqlar.Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim-məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edirlər.İtaliya yığma komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.Aprelin 27-də keçirilən məşqdən sonra yığma komandamızın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib.Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcəklər.xeber100.com

Aprel 27, 2017 11:28

V Zirvə Oyunları keçiriləcək

Mayın 4-9-da AAAF PARK Yaşayış Kompleksində V Zirvə Oyunları keçiriləcək. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləri ilə məşğul olan idmançıların qatılacağı yarış artıq ənənə halını alıb.Azərtac xəbər verir ki, builki yarışda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə qaliblər müəyyənləşəcək.Zirvə Oyunlarının keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.xeber100.com

Aprel 27, 2017 11:23

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində…

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək futbol yarışında Azərbaycanı təmsil edən hakimlər də fəaliyyət göstərəcəklər.Azərtac AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmalara referilər - Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Orxan Məmmədov təyinat alacaqlar.Matçlarda referi köməkçisi funksiyasında isə Zeynal Zeynalov, Yaşar Abbasov, Rza Məmmədov və Namiq Hüseynov çıxış edəcəklər.xeber100.com

Aprel 27, 2017 11:16

Basketbolun 3×3 növü üzrə “Bakı-2017” üçün heyəti açıqlanıb

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq millimiz Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan basketbolçuları ilə qarşılaşacaq.xeber100.com

Aprel 27, 2017 11:09

“Real Madrid” yeni müqavilə imzalayacaq

“Real Madrid” futbolçusu İsko ilə bu yay yeni müqavilə imzalayacaq.Azərtac xəbər verir ki, bununla bağlı 25 yaşlı oyunçunun agenti Pako Alarkonla “Real Madrid” nümayəndələri arasında ilkin danışıqlar olub. İsko ilə 5 illik yeni müqavilə imzalamaq barədə razılıq əldə olunub.İspaniyalı yarımmüdafiəçinin yeni müqavilə ilə illik maaşının iki dəfə artacağı gözlənilir. Bu isə o deməkdir ki, İsko ilinə təxminən 6 milyon avro qazanacaq.Qeyd edək ki, İsko cari mövsüm La Liqada 26 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.xeber100.com

Aprel 27, 2017 11:04

“Çelsi” komandası “Sauthampton”u 4:2 hesabı ilə məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri “Çelsi” komandası təxirə salınmış matçda “Sauthampton”u 4:2 hesabı ilə məğlub edərək çempionluq yolunda mühüm qələbə qazanıb.Azərtac xəbər verir ki, oyuna sürətli hücumlarla başlayan “Çelsi” 5-ci dəqiqədə Eden Hazardın qolu ilə hesabı açıb. Lakin 24-cü dəqiqədə “Sauthampton” Oriol Romeunun qolu ilə hesabı bərabərləşdirib – 1:1. Lakin birinci hissənin sonunda (45+1) Qari Cahil “Çelsi”nin ilk hissəni üstün başa vurmasını təmin edib – 2:1.Matçın 54-cü və 89-cu dəqiqələrində Deiqo Kostanın qolları ilə hesabı 4:1-ə çatdıran “Çelsi” qarşılaşmanın əsas vaxtına əlavə edilən 4 dəqiqəlik hissənin sonunda qapısında qol görüb. “Sauthampton”un heyətində Rayan Bertrand oyunda son nöqtəni qoyub – 4:2.Bu qələbə ilə xallarının sayını 78-ə çatdıran “Çelsi” ən yaxın izləyicisi, bir oyun az keçirən “Tottenhem”i 7 xal qabaqlayır.xeber100.com

Aprel 26, 2017 1:58

“Shamkir Chess-2017” şahmat turnirinin beşinci turunun görüşləri keçirilib

Aprelin 25-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” şahmat turnirinin beşinci turunun görüşləri keçirilib.Azərtac xəbər verir ki, “Synergy Group” tərəfindən təşkil olunan yarışın lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşinci turda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişna ilə heç-heçə oynayıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə edib.Beşinci turda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə məğlub olub. ABŞ təmsilçisi Uesli So isə rusiyalı Vladimir Kramniki məğlub edib. Ukraynalı Pavel Elyanov və polşalı Radoslav Voytaşek şahmat taxtasından heç-heçə ilə ayrılıblar.Beləliklə, beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin vahid lideridir. Aktivlərində 3 xal olan P.Elyanov və M.Adams 2-3-cü yerləri bölüşdürürlər. V.Topalov, U.So, S.Karyakin və V.Kramnik 2,5 xalla 4-7-ci sıradadırlar. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu yerləri bölüşdürürlər. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.xeber100.com

Aprel 26, 2017 1:49

Həndbol Federasiyasının təşkilatçılığı ilə…

Həndbol Federasiyasının təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 9 komandanın (5 oğlan, 4 qız) iştirakı ilə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri və Respublika Kompleks İdman Məktəbinin (RKİM) həndbolçuları iştirak ediblər.Yekunda oğlanların yarışında 2 saylı RİOEUGİM-in komandası birinci, 12 saylı İOEUGİM-in kollektivi isə ikinci yerə layiq görülüb.Qızlar arasında mübarizədə isə 12 saylı İOEUGİM-in komandası birinci, 2 saylı RİOEUGİM-in komandası isə ikinci olub.xeber100.com

Aprel 26, 2017 1:43

İdmançıların növbəti reytinq cədvəli açıqlanıb

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, cari mövsümdə İspaniyada təşkil olunan Avropa kuboku və Mərakeşdə keçirilən açıq Afrika çempionatının qalibi olan R.Pevtsov 2958,29 xalla 16-cı pillədə qərarlaşıb.Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.xeber100.com

Aprel 26, 2017 1:34

Vitali Daraseliya turnirinə yekun vurulub

Tbilisidə futbol üzrə Vitali Daraseliya turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə həlledici qarşılaşmalar oynanılıb. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olublar. Komandamızın qoluna Təbriz İsazadə imza atıb.Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib. Üçüncü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub.Yeddinci yer uğrunda matçda isə Tbilisi “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.xeber100.com

Aprel 26, 2017 1:07
    Page 711 of 830« First«...102030...709710711712713...720730740...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az