30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan–Şimali İrlandiya oyununun stadionu dəyişdirilib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.xeber100.com

Aprel 26, 2017 12:53

“Shamkir Chess 2017” turnirində IV turun görüşləri davam edir

Vüqar Həşimovun xatirəsinə həsr olunan və “Synergy Group”un təşkilatçılığı ilə keçirilən “Shamkir Chess 2017” beynəlxalq şahmat turnirində IV turun görüşləri davam edir.Azərtac xəbər verir ki, turun ilk görüşündə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov ilə Teymur Rəcəbov qarşılaşıblar. Zəka ustalarımızın qarşılaşmasında heç-heçə qeydə alınıb.Rusiya təmsilçisi Sergey Karyakin ilə Polşa şahmatçısı Radoslav Voytaşek də partiyanı heç-heçə başa vurublar.Dördüncü turda Rusiyanın digər təmsilçisi Vladimir Kramnik hindistanlı Pentala Harikrişna ilə gücünü sınayır. İngiltərəli Mayk Adams bu turda Ukrayna təmsilçisi Pavel Eliyanov, Veselin Topalov (Bolqarıstan) isə ABŞ şahmatçısı Uesli So ilə mübarizə aparır.xeber100.com

Aprel 25, 2017 12:27

“Bakı-2017” Oyunları Əməliyyat Komitəsi tərəfdaşlıq müqaviləsi imzalayıb

“Kapital Bank” “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu.Bankdan Azərtac-a bildirilib ki, bununla bağlı 24 aprel tarixində “Kapital Bank” və “Bakı-2017” Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.İmzalanma mərasimində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və “Bakı-2017”nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak ediblər.“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. “Kapital Bank” olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, - deyə, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multiidman tədbiridir.xeber100.com  

Aprel 25, 2017 12:23

Futbol üzrə 2016-2017-ci il mövsümünün qalibi müəyyənləşib

AFFA-nın təşkil etdiyi futbol üzrə “Bakcell U-17 Liqa”nın 2016-2017-ci il mövsümünün qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, Son – 26-cı tur çərçivəsində keçirilmiş AZAL – “Vətən” qarşılaşmasında 3:1 hesabı ilə qələbə qazanan “Vətən” Liqanın qalibi olub.Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və “Bakcell” şirkətinin nümayəndəsi Azər İsmayıl təqdim ediblər.xeber100.com

Aprel 25, 2017 12:18

Yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir başa çatdı

Qazaxıstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnirə yekun vurulub.Azərtac xəbər verir ki, 3 güləşçi ilə turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 bürünc medal qazanıblar.Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azad Əliyev fəxri kürsüdə yer alaraq turnirin bürünc medalına sahib olub.xeber100.com  

Aprel 25, 2017 12:15

“Nyukasl” klubu Premyer Liqasına vəsiqə qazanıb

“Nyukasl” klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Futbol üzrə “İngiltərə Çempionşip”ində mübarizə aparan “Nyukasl” sona iki tur qalmış buna nail olub.Azərtac xəbər verir ki, Rafael Benitezin yetirmələri çempionatın 44-cü turunda “Preston”a 4:1 hesabı ilə qalib gələrək, bir mövsüm fasilədən sonra İngiltərə Premyer Liqasına qayıtmağı bacarıblar.Belə ki, Çempionşipdə 88 xalla ikinci yerdə qərarlaşan “ağ-qara”lar, keçən ilki mövsümdə əsas çempionatı 37 xalla 18-ci yerdə tamamladığına görə aşağı liqaya düşüblər.xeber100.com

Aprel 25, 2017 11:58

“Elit Neon Cup” turnirinə yekun vurulub

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Albaniyanın “Tirana Nasional” klubu ilə üz-üzə gəliblər. Famil Xəlilovun yetirmələri bu qarşılaşmada 4:0 hesablı qələbə qazanıblar. “Qəbələ”nin heyətində Veysəl Rzayev 2, Samir Məhərrəmli və Hüseyn Mürsəlov hərəyə 1 qol vurublar. Bu qələbə ilə “qırmızı-qaralar” yarışı 9-cu pillədə başa vurublar.Yarışın qalibi adına isə Yunanıstanın AEK klubu yiyələnib. Digər Yunanıstan təmsilçisi “İraklis” 2-ci, Rusiya “Krasnodar”ı 3-cü olub.xeber100.com

Aprel 25, 2017 11:51

“Qalatasaray” “Fənərbaxça”nı qəbul edib

23 aprel 28-ci turda İstanbul nəhənglərindən “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.Azərtac xəbər verir ki, oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.Bu qələbə sayəsində xalını 53-ə yüksəldən “Fənərbaxça” 3-cü pillədəki mövqeyini möhkəmlədib. “Qalatasaray” 49 xalla 4-cü yeri tutur.xeber100.com

Aprel 24, 2017 11:46

XXVII tur matçından sonra “Qarabağ”a çempionluq kuboku təqdim edilib

“Sumqayıt”la Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra “Qarabağ”a çempionluq kuboku təqdim edilib.Azərtac xəbər verir ki, mərasimə “Ağdam” klubunun prezidenti A.Gözəl də qatılıb.A.Gözəl baş məşqçi Q.Qurbanovu və futbolçuları təbrik edib.Sonra Peşəkar Futbol Liqasının prezidenti R.Musayev, AFFA-nın baş katibi E.Məmmədov və A.Gözəl komanda üzvlərinə medalları təqdim edib.Futbolçular mükafatlandırma mərasiminə üzərində ulduz şəkli olan forma ilə çıxıblar.xeber100.com

Aprel 24, 2017 11:41

Vyanada ənənəvi 34-cü şəhər marafonu keçirilib

Aprelin 23-də Vyana şəhərində ənənəvi 34-cü şəhər marafonu keçirilib. Marafonda dünyanın 125 ölkəsindən 42 766 peşəkar və həvəskar idmançı iştirak edib. Bu, marafonun tarixində rekord göstərici olub. İdmançılardan təxminən 9 mini isə tam məsafəni qaçan atletlər arasında yer alıb. Builki şəhər marafonunda ölkəmizdən iki nəfər də iştirak edib. Hər il olduğu kimi, bu il də marafonçuları dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək “Make-A-Wish” xeyriyyə cəmiyyətinin hesabına pul köçürüblər.Vyana Universitetində hüquq təhsili alan Rafael Kamil isə Azərbaycan bayrağı ilə marafona qatılaraq, 42,195 km məsafəni qət edib və tam məsafəni qaçan atletlər üçün nəzərdə tutulan medalla təltif olunub.xeber100.com  

Aprel 24, 2017 11:38
    Page 713 of 831« First«...102030...711712713714715...720730740...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az