08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Triatlon Federasiyasının məlumatına görə…

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Mərakeşin Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb.Azərbaycan Triatlon Federasiyasından Azərtac-a bildiriblər ki, təmsilçimiz 44 idmançının mübarizə apardığı yarışda 57 dəqiqə 28 saniyə nəticə göstərərək Afrika kubokunun qalibi olub. R.Pevtsov yarış zamanı ona ən yaxın olan fransalı Maksim Нüber-Müsbrügerı 1 saniyə qabaqlayıb.Qadınların mübarizəsində isə komandamızın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə altıncı olub.Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.Qeyd edək ki, R.Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında da birinci yeri tutub.xeber100.com

Aprel 17, 2017 11:40

Gənclər və İdman Nazirliyinin məlumatı

Aprelin 17-də Gənclər və idman naziri A.Rəhimov Sumqayıt şəhərində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edib.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminat məsələlərinə dair olub.Əksəriyyəti idman sahəsi üzrə olan müraciətlər fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqlarla təmini, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakına dair olub.Gənclər sahəsində müraciətləri qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin olunması və fəaliyyəti məsələləri təşkil edib.Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.xeber100.com

Aprel 17, 2017 11:37

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının hazırlıqları davam edir

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri A.Cəbrayıllı Azərtac-a açıqlamasında deyib.O bildirib ki, Azərbaycanda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına “Azərsu” ASC də hazırlıqlarını görür. Bizim Formula-1, Bakıda keçirilən birinci Avropa Oyunları, “Eurovision” yarışlarından təcrübəmiz var. İslam Həmrəyliyi Oyunları zamanı da bu təcrübələrimizdən yararlanacağıq.Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, yarış zamanı iş rejiminin dəyişdirilməsi ilə bağlı məsələ də qarşımıza qoyulub. Bunu Avropa oyunları zamanı tətbiq etmişdik. İslam Həmrəyliyi Oyunlarında da nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün iş vaxtını Nazirlər Kabinetinin qərarına uyğun olaraq dəyişdirəcəyik.xeber100.com  

Aprel 17, 2017 11:32

“Shamkir Chess-2017” şahmat turniri davam edir

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” şahmat turnirinin reytinq favoriti Uesli So Bakıya gəlib.Azərtac xəbər verir ki, bir müddət əvvəl ABŞ çempionatında qələbə qazanan Filippin əsilli şahmatçı bu gün yarışın keçiriləcəyi Şəmkirə yollanacaq.Qeyd edək ki, FİDE reytinqində 2822 xalla ikinci pillədə qərarlaşan Uesli So ötən il Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ABŞ yığmasının heyətində qızıl medal qazanıb.xeber100.com

Aprel 17, 2017 11:26

U-16 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub

Futbol üzrə U-16 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ” çempionatın sonuncu – XXII turunda “Neftçi”ni qəbul edib. Bu matçadək “qırmızı-qaralar” 49 xalla 1-ci, paytaxt təmsilçisi 48 xalla 2-ci pillədə qərarlaşıb. Qızıl medalların taleyi baxımından böyük önəm daşıyan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu nəticə turdan əvvəl 47 xala malik “Vətən”ə də çempionluq şansı yaradıb. Lakin “Sumqayıt”la görüşdə 0:2 hesabı ilə məğlub olan bakılılar 3-cü pillədə qalıb. Əlli xal toplayan “Qəbələ” mövsümün çempionu adına yiyələnib.Matçdan sonra mükafatlandırma mərasimi keçirilib, komandaya çempionluq kuboku təqdim edilib.xeber100.com

Aprel 17, 2017 11:24

Həndbol Federasiyasının məlumatına görə…

Ukraynanın Zaporojye şəhərində keçirilən beynəlxalq turnirdə kişi həndbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, həndbolçularımız aprelin 14-də Ukraynanın “Energetik” komandasını 30:24 hesabı ilə məğlub edib.xeber100.com

Aprel 15, 2017 2:33

VII respublika çempionatının yarımfinal görüşü keçirilib

Aprelin 14-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə VII respublika çempionatının yarımfinal görüşü keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, yarımfinal oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları görüşüb.Oyunun nəticələrinə əsasən, aprelin 29-da keçiriləcək final görüşündə BDU-nun və ADBTİA-nın komandaları iştirak edəcək.Çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunur.Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş beş nominasiya üzrə seçiləcək tələbə futbolçulara xüsusi mükafatlar veriləcək.xeber100.com

Aprel 15, 2017 2:29

Azərbaycan və İraq milli komandaları arasında yoldaşlıq oyunu keçirilib

Aprelin 14-də Su İdman Sarayının ərazisindəki meydançada çimərlik futbolu üzrə Azərbaycan və İraq milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. İraq yığmasının qapısına hər iki qolu Asif Zeynalov vurub.xeber100.com

Aprel 15, 2017 11:12

Güləş Federasiyasının Kuboku uğrunda turnir davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan yarışıb. Güləşçilərimiz günü 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar. Fəxri kürsünün ən yüksək pilləsinə Rəşad Abdulov (50 kq), Namaz Rüstəmov (66 kq), Nəsir Həsənov (74 kq), Arif Niftullayev (84 kq), Tehran Əminzadə (96 kq) və Cavid Feyziyev (120 kq) qalxıblar.Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.Komanda hesabında Azərbaycan birinci, Qazaxıstan ikinci, Gürcüstan isə üçüncü yeri tutub.xeber100.com

Aprel 15, 2017 10:05

Formula-1 yarışında iştirak edəcək könüllülər üçün təlim təşkil edilib

İyunda Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi yarışında iştirak edəcək könüllülər üçün təlim təşkil edilib.Formula-1 Azərbaycan Qran-prisi yarışı üçün 10 min yerli və xarici könüllü müraciət edib. Amma təşkilat komitəsi üç min gənc könüllünü yarışa cəlb edib. Onların yarışa tam hazırlığı üçün müxtəlif təlimlər keçirilir.Könüllülər ümumi təlim, rol üzrə təlim və məkan üzrə təlim olmaqla, üç mərhələdə təlimdən keçirlər. Ümumi təlimdə onlar Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, ümumiyyətlə, Formula-1 yarışları haqqında məlumatlar alır, komanda işini inkişaf etdirmək üçün müxtəlif çalışmalarda iştirak edir, tapşırıqlar yerinə yetirirlər.xeber100.com

Aprel 15, 2017 9:53
    Page 718 of 831« First«...102030...716717718719720...730740750...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az