08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Formula-1 Qran-prisinə bilet satışı davam edir

Formula-1 Azərbaycan Qran-prisi üçün müxtəlif bilet seçimləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsi ilə yanaşı, paytaxtın böyük alış-veriş mərkəzlərində, həmçinin digər ictimai əhəmiyyətli yerlərdəki bilet satışı məntəqələrində alıcılara təqdim olunur.BŞH-dən Azərtac-a bildiriblər ki, ötən həftədən etibarən təklif olunan birgünlük və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı, Dənizkənarı Milli Parkdakı Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə konsert proqramlarında iştirak edə biləcəklər.xatırladaq ki, Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək.xeber100.com

Fevral 12, 2017 11:27

Həndbol Federasiyasının məlumatı

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “ABU” ilk matçına çıxıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a verilən xəbərə görə, komandamız Polşanın “Kram Start Elblaq” klubu ilə qarşılaşıb. Polşada keçirilən matçda nominal ev sahibi kimi çıxış edən “ABU” klubu yerli komandaya 23:33 hesabı ilə məğlub olub.Xatırladaq ki, səkkizdəbir final mərhələsinin cavab qarşılaşması fevralın 11-də əvvəldən razılaşdırıldığı kimi Polşada baş tutacaq.xeber100.com

Fevral 12, 2017 11:13

“Böyük dəbilqə” beynəlxalq turniri başlayıb

Fevralın 11-də Parisdə Accorhotels Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb.Azərtac xəbər verir ki, iki gün davam edəcək turnirdə 63 ölkədən 459 idmançı mübarizə aparır. Yarışın ilk günündə dörd cüdoçumuz mübarizəyə qoşulub və millimiz 3 medal qazanıb.Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.Turnirin ilk gününün nəticələrinə görə, Azərbaycan millisi səkkizinci pillədə qərarlaşıb. Hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal olan Yaponiya yığması ümumi komanda hesabında birincidir. Koreya Respublikası (2-1-0) ikinci, Kosovo millisi (1-0-1) isə üçüncü pillədə yer alır.xeber100.com

Fevral 12, 2017 10:56

Sambo üzrə ölkə çempionatına yekun vurulub

Şağan Olimpiya İdman Kompleksində sambo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunan yarışda gərgin idman mübarizəsi müşahidə olunub.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun samboçuları çempionatda əzmlə mübarizə apararaq, ümumilikdə 41 medala (11 qızıl, 13 gümüş, 17 bürünc) sahib olublar.xeber100.com

Fevral 11, 2017 12:39

Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi 2017-ci ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, yanvarda komandalarımız heç bir rəsmi yarışda iştirak etmədiyindən reytinq sıralamasında elə də ciddi dəyişiklik müşahidə edilməyib. İlk onluqda, ümumilikdə 16 güləşçimizin adı var.xeber100.com

Fevral 11, 2017 12:19

Topaz Premyer Liqasının XVII turu çərçivəsində…

“Neftçi” komandasının Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter” üzərində səfər qələbəsi klub üçün əlamətdar olub.Azərtac xəbər verir ki, paytaxt təmsilçisinin heyətində çıxış edən çilili legioner İqnasio Herreranın matçın 58-ci dəqiqəsində vurduğu top “Neftçi”nin Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolu olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarında “Neftçi”nin vurduğu 500 səfər qolu 351 matçda qeydə alınıb. Flaqman səfərdə ən çox qol vuran komandadır.Xatırladaq ki, “İnter”-“Neftçi” görüşündə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.xeber100.com

Fevral 11, 2017 12:07

2024-cü ildə təşkil olunacaq Avropa çempionatında…

Türkiyə 2024-cü ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.Azərtac xəbər verir ki, 2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş Türkiyə o zaman mübarizəni bir səslə uduzmuşdu. 2020-ci ildə qitə çempionatının bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.“Avro-2024”ü təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.xeber100.com

Fevral 11, 2017 12:00

Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü qeyd edilib

Fevralın 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü münasibətilə tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançılar əvvəlcə hərbi hissənin ərazisinə baxış keçirib, yaradılan şəraitlə tanış olublar.Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilib, Mərkəzin fəaliyyətini və qazandığı nailiyyətləri əks etdirən film nümayiş olunub. Yubiley mərasimində xüsusi xoreoqrafiya üzrə “Qarabağ” və “Diliboz” atlarının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib, “Süvarilər” qrupu, island poniləri, çövkən komandaları, konkurçular, poloçular atlarla parad qaydasında manejə daxil olublar. Sonra “Süvarilər” qrupunun nümunəvi çıxışları nümayiş etdirilib, konkur elementləri üzrə yarış keçirilib.xeber100.com

Fevral 11, 2017 11:54

Taekvondo Federasiyasının məlumatına görə…

Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı yarışın son günündə Azərbaycan taekvondoçuları daha 6 medal qazanıblar.40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rionun bürünc mükafatçıları Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi “Gilan” İK) yarışın qalibi olub.Olimpiya çempionumuz Radik İsaev (+87 kq, “Gilan” İK) və Ramin Əzizov (87 kq, “Qafqaz” TK) isə həlledici döyüşdə uduzduqlarından gümüş medalla kifayətlənib.Daha 3 idmançımız - Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi “Gilan” İK) və Ceyhun Həsənli (+87 kq, “Savalan” TK) isə yarışı yarımfinal mərhələsində başa vurub.Beləliklə, Azərbaycan klublarının idmançıları 4 gün davam edən klublararası Avropa çempionatını 31 (9-10-12) medalla başa vurublar. Yarışın nəticəsinə əsasən “Gilan” İdman Klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında qitə çempionu adına yiyələnib.Qeyd edək ki, sabah G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaq.

Fevral 10, 2017 12:07

Futbol üzrə yeni komanda müəyyənləşib

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası müəyyənləşib.Azərtac xəbər verir ki, gənc forvard karyerasını Slovakiyada davam etdirəcək. Belə ki, “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, R.Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək.R.Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.Qeyd edək ki, “Trabzonspor”a mövsümün əvvəlində “Zenit”dən keçən Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı.xeber100.com

Fevral 10, 2017 12:00
    Page 750 of 831« First«...102030...748749750751752...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az