Kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam etdirilib.Şəmkir Olimpiya İdman Kompleksində yunan-Roma güləşi, Xaçmaz Olimpiya İdman Kompleksində atletika, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Balakən Olimpiya İdman Kompleksində boks, Masallı Olimpiya İdman Kompleksində cüdo, Salyan Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində karate idman növləri üzrə zona yarışları keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, 900-dək məktəbli idmançının qatıldığı yarışların qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla altı zona və 11 idman növü - sərbəst güləş, yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə altı mindən çox şagirdin qatılması gözlənilir.Yarışlar aprelin 26-da başa çatacaq.xeber100.com

Aprel 12, 2017 10:46

UEFA Çempionlar Liqasının final mərhələsinə start veriləcək

Aprelin 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, “Yuventus” (İtaliya) komandası “Barselona”nı (İspaniya), “Borussiya Dortmund” (Almaniya) isə “Monako”nu (Fransa) qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Bu, “Barselona” və “Yuventus” komandalarının indiyədək səkkizinci görüşü olacaq. “Yuventus” doğma meydanda keçirdiyi son 21 avrokubok oyununda məğlub olmayıb (12 qələbə, 9 heç-heçə). Kataloniyalılar iki il əvvəl UEFA Çempionlar Liqasının finalında turinliləri 3:1 hesabı ilə məğlub ediblər.Digər oyunun da gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir. “Borussiya Dortmund” qitənin ən mötəbər klub turnirində keçirdiyi son 12 ev oyununda yalnız bir dəfə məğlub olub. Dortmundlular həmin oyunların doqquzunda qələbə qazanıblar. Almaniya təmsilçisi indiyədək Fransa klubları ilə keçirdiyi 16 görüşün 6-da qalib gəlib, 5-də isə heç-heçə edib. “Monako” isə Almaniya klubları ilə üz-üzə gəldiyi 16 görüşün 7-də qələbə qazanıb, 3 görüşdə heç-heçəyə nail olub.Komandalar arasında cavab görüşləri aprelin 19-da oynanılacaq.UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin digər qarşılaşmalarında isə “Bavariya” komandası “Real Madrid”i, “Atletiko Madrid” isə “Lester Siti”ni qəbul edəcək. Bu komandalar aprelin 12-də və 18-də üz-üzə gələcəklər.xeber100.com

Aprel 11, 2017 12:26

IV İslam Həmrəyliyi Oyunlarının “Təhsil proqramı” çərçivəsində…

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Təhsil proqramı” çərçivəsində paytaxtın orta təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərə aprelin 10-da yekun vurulub.Azərtac xəbər verir ki, Bakıdakı 6, 18, 23, 145 və 160 nömrəli orta məktəblərdə, həmçinin Elitar Gimnaziyada keçirilən tədbirlərdə şagirdlərə mayın 12-22-də Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları barədə ətraflı məlumat verilib.III-V sinif şagirdlərinin qatıldıqları tədbirlərdə “Bakı-2017”nin talismanları – “Cəsur” və “İncə” də iştirak ediblər.Tədbirlərdə bildirilib ki, Azərbaycanın milli sərvəti, dünyada məşhur olan Qarabağ atları IV İslam Həmrəyliyi Oyunlarının talismanı seçilib və cəmiyyətə təqdim olunub. İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları Oyunların təbliğində mühüm rol oynamaqla yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının simaları olub. “İncə” atı zəriflik və gözəllik nümunəsi ilə bərabər, incəliyi və məlahəti əks etdirir. “İncə” adət-ənənələri və milli dəyərləri təmsil edir. Məharətli, mərd və məqsədyönlü “Cəsur” Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə sevgisi və diqqəti ilə tanınır.Tədbirlərdə şagirdlər arasında müsabiqələr və yarışlar təşkil olunub.DJ-lərin müşayiəti ilə rəqs edən məktəblilərə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.Maarifləndirmə tədbirləri ümumilikdə 1300-dək şagirdi əhatə edib.xeber100.com

Aprel 11, 2017 12:23