05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Taekvandoçular arasında Avropa çempionatına start verilib

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvandoçular arasında Avropa çempionatına start verilib.Azərbaycan Taekvando Federasiyasından Azərtac-a bildirilib ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.Komandamızın heyətində Fizam Mehtiyev ölkəmizə ilk medalı qazandırıb. Təmsilçimiz 58 kiloqram çəki dərəcəsində ilk döyüşünü Albert Hovannisyana qarşı keçirib və mübarizədən qalib ayrılıb. Həmyerlimiz Ermənistan taekvandoçusunu isə 23:3 hesabı ilə məğlub edib.Təmsilçimiz ardınca yerli Koloyan Binevi və ukraynalı İqor Poyedinoku da məğlub edərək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda İsrail taekvandoçusu Dmitri Naqayevlə gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, F.Mehtiyev qızıl xalla məğlub olaraq, bürünc medalla kifayətlənib.Digər idmançımız Paniz Esmaeilpour 46 kiloqram çəki dərəcəsində ilk döyüşündə israilli idmançı Abishaq Semberqlə görüşdə əsas vaxtı bərabər başa vursa da, döyüşü qızıl xalla əldən verib. O bununla da mübarizəni vaxtından əvvəl dayandırıb.Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvandoçu ilə qatılıb. Yarışa aprelin 9-da yekun vurulacaq.xeber100.com  

Aprel 7, 2017 12:03

Koordinasiya Komissiyasının V iclası keçirilib

Aprelin 7-də “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilib.Azərtac xəbər verir ki, bu tədbirin Oyunların açılışına hazırlıq üçün son işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru A.Rəhimov Oyunların açılış mərasiminə 36 gün qaldığını bildirib: “Sevindirici haldır ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcəklər. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir”.xeber100.com  

Aprel 7, 2017 11:54

“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib

Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, mətbuat konfransında aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilən layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.Marafon barədə “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib. Bildirib ki, marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.xeber100.com

Aprel 7, 2017 11:50

Güləş Federasiyasının məlumatına görə…

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq cədvəlini açıqlayıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 9 təmsilçimizin adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb.Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür.xeber100.com

Aprel 7, 2017 11:45

“Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib

Skopyedə “Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib.Azərtac xəbər verir ki, görüşlərin nəticələrinə görə, hərəyə 4,5 xal toplamış 5 şahmatçı turnirə liderlik edir. İyirmi şahmatçı, o cümlədən Azərbaycan nümayəndələri – beynəlxalq dərəcəli şahmat ustası Ülvi Sadıqov və Bəhruz Rzayev onlardan yarım xal geri qalırlar.İsveçrə sistemi üzrə keçirilən Makedoniya turniri 9 turdan ibarətdir. Turnirdə 25-i qrossmeyster olmaqla, 31 ölkədən 215 şahmatçı qalib adı uğrunda mübarizə aparır.Bu gün 6-cı turda Bəhruz Rzayev qrossmeyster Anton Demçenko (Rusiya), Ülvi Sadıqov FIDE ustası İoannis Statopoulosla qarşılaşacaqlar.Beynəlxalq “Karpoş open” turniri aprelin 8-də başa çatacaq.xeber100.com

Aprel 6, 2017 11:55

Beynəlxalq şahmat turnirində…

Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turnirində 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir.Azərtac xəbər verir ki, Azərbaycanı turnirdə Zaur Məmmədov, Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.İki turdan sonra Ülvi Bacaraninin aktivində 2 xal, Zaur Məmmədovda 1,2, Orxan Eminov və Ramil Cavadovun hər birinin aktivində 1 xal var.xeber100.com

Aprel 6, 2017 11:49

“Qarabağ” klubu “Neftçi” ilə qarşılaşıb

Aprelin 5-də Tofiq Bəhramov adına stadionda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi matç qarşılıqlı hücumlar şəraitində keçsədə görüşdə hesab açılmayıb. Qeyd edək ki, bu komandalar arasında ilk yarımfinal qarşılaşması “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.İki oyunun nəticəsinə görə “Qarabağ” final mərhələsinə adlayan komanda olub.Azərbaycan kubokunun final qarşılaşması mayın 5-də “Qəbələ” və “Qarabağ” klubları arasında oynanılacaq.xeber100.com

Aprel 6, 2017 11:44

XXV Azərbaycan Kubokunun final görüşü…

XXV Azərbaycan Kubokunun final görüşü mayın 5-də Naxçıvan şəhər stadionunda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Peşəkar Futbol Liqası yaydığı məlumatda bildirilib.Qeyd edək ki, final görüşündə “Qəbələ” və “Qarabağ” klubları qarşılaşacaqlar.xeber100.com

Aprel 6, 2017 11:37

Cüdo Federasiyasının cüdo zalları fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimonolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Ağsu rayonunda olublar. Əvvəlcə Ağsu rayon Növcü kənd tam orta məktəbində cüdo zalı şagirdlərin istifadəsinə verilib. Bu zalda Növcü və ətraf kəndlərdən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.Sonra Ağsu İdman Kompleksində cüdo zalının açılışı olub.xeber100.com

Aprel 6, 2017 11:33

Stolüstü tennis yarışı keçirilib

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən məktəblilər arasında stolüstü tennis yarışı keçirilib.Yarışın açılışında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri R.Vəlibəyov, 238 saylı orta məktəbin direktoru İ.Talıbov və başqaları  Azərbaycan idmançılarının beynəlxalq arenalarda ardıcıl qələbələr qazandıqlarını deyiblər. Bildirilib ki, bu uğurlar nəticəsində Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır.Çıxışlardan sonra yarışa start verilib.İyirmi məktəbin komandasının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Yarışda yüksək əzmkarlıq nümayiş etdirən 238, 145 və 227 nömrəli orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.Qaliblər medal və diplomlarla mükafatlandırılıb.xeber100.com

Aprel 6, 2017 11:27
    Page 723 of 830« First«...102030...721722723724725...730740750...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az