08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq şahmat turnirində…

Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turnirində 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir.Azərtac xəbər verir ki, Azərbaycanı turnirdə Zaur Məmmədov, Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.İki turdan sonra Ülvi Bacaraninin aktivində 2 xal, Zaur Məmmədovda 1,2, Orxan Eminov və Ramil Cavadovun hər birinin aktivində 1 xal var.xeber100.com

Aprel 6, 2017 11:49

“Qarabağ” klubu “Neftçi” ilə qarşılaşıb

Aprelin 5-də Tofiq Bəhramov adına stadionda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi matç qarşılıqlı hücumlar şəraitində keçsədə görüşdə hesab açılmayıb. Qeyd edək ki, bu komandalar arasında ilk yarımfinal qarşılaşması “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.İki oyunun nəticəsinə görə “Qarabağ” final mərhələsinə adlayan komanda olub.Azərbaycan kubokunun final qarşılaşması mayın 5-də “Qəbələ” və “Qarabağ” klubları arasında oynanılacaq.xeber100.com

Aprel 6, 2017 11:44

XXV Azərbaycan Kubokunun final görüşü…

XXV Azərbaycan Kubokunun final görüşü mayın 5-də Naxçıvan şəhər stadionunda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Peşəkar Futbol Liqası yaydığı məlumatda bildirilib.Qeyd edək ki, final görüşündə “Qəbələ” və “Qarabağ” klubları qarşılaşacaqlar.xeber100.com

Aprel 6, 2017 11:37

Cüdo Federasiyasının cüdo zalları fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimonolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Ağsu rayonunda olublar. Əvvəlcə Ağsu rayon Növcü kənd tam orta məktəbində cüdo zalı şagirdlərin istifadəsinə verilib. Bu zalda Növcü və ətraf kəndlərdən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.Sonra Ağsu İdman Kompleksində cüdo zalının açılışı olub.xeber100.com

Aprel 6, 2017 11:33

Stolüstü tennis yarışı keçirilib

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən məktəblilər arasında stolüstü tennis yarışı keçirilib.Yarışın açılışında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri R.Vəlibəyov, 238 saylı orta məktəbin direktoru İ.Talıbov və başqaları  Azərbaycan idmançılarının beynəlxalq arenalarda ardıcıl qələbələr qazandıqlarını deyiblər. Bildirilib ki, bu uğurlar nəticəsində Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır.Çıxışlardan sonra yarışa start verilib.İyirmi məktəbin komandasının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Yarışda yüksək əzmkarlıq nümayiş etdirən 238, 145 və 227 nömrəli orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.Qaliblər medal və diplomlarla mükafatlandırılıb.xeber100.com

Aprel 6, 2017 11:27

Kikboksinq turniri keçiriləcək

“Milli Qəhrəman Çingiz Qurbanovun rəşadəti gənclərdə döyüş ruhu və mübarizə əzmini daha da gücləndirib. Təkbətək döyüş növləri arasında xüsusi yeri olan kikboksinq isə əsl döyüşçü xarakterinin formalaşmasına xidmət edir. Buna görə də peşəkar kikboksinqçilərin qəhrəman şəhidimizin xatirəsinə həsr olunmuş turnirini keçirməyi qərara aldıq”.Bu barədə Azərbaycan Kikboksinq Federasiyasından Azərtac-a daxil olan məlumatda bildirilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnir aprelin 12-də Milli Qəhrəman Çingiz Qurbanovun doğulub boya-başa çatdığı Qusar rayonundakı Olimpiya İdman Kompleksində keçiriləcək.xeber100.com

Aprel 6, 2017 11:20

“Barselona” ilə yeni müqavilə imzalanacaq

“Barselona” klubu gələn ilin iyununda azad agent olacaq Lionel Messi ilə müqavilənin müddətini artırmaq üçün futbolçuya təklif etdiyi vəsaitin məbləği açıqlanıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəhbərliyi Lionel Messiyə müqaviləni artırması üçün 40 milyon avro məbləğində mükafat və illik 35 milyon avroluq maaş təklif edib.Müqavilənin mayda imzalanması nəzərdə tutulur.xeber100.com

Aprel 5, 2017 11:58

2018-2021-ci illərdə Avropa Liqasının matçları eyni həftədə keçiriləcək

2018-2021-ci illərdə UEFA Çempionlar Liqasının və Avropa Liqasının final matçları eyni həftədə keçiriləcək.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.Bu qərar hər iki qarşılaşmanın ölkədaxili yarışlar başa çatdıqdan sonra oynanılması məqsədilə qəbul olunub. 2018-2019-cu il mövsümündən etibarən Avropa Liqasının final oyunu çərşənbə günü - 2019-cu il mayın 29-da keçiləcək. Hər iki turnirin həlledici qarşılaşması indiki qaydada müxtəlif şəhərlərdə təşkil olunacaq.Əvvəlki qaydaya əsasən, Avropa Liqasının final qarşılaşması Çempionlar Liqasının həlledici görüşündən on gün əvvəl keçirilirdi.Bu mövsüm Avropa Liqasının həlledici görüşü mayın 24-də İsveçin Solna şəhərində, Çempionlar Liqasının final oyunu isə iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.Gələn mövsüm final qarşılaşmaları müvafiq olaraq, mayın 16-da Fransanın Lion şəhərində və mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə oynanılacaq.xeber100.com

Aprel 5, 2017 11:53

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə müəssisəsində yeniyetmə güləşçilərin iştirakı ilə görüş keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, əvvəlcə tərbiyə müəssisəsinin akt zalında yeniyetmə güləşçilərlə keçirilən görüşdə müəssisənin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik–leytenantı Aydın Nəzərov hər iki tədbirin əhəmiyyətindən danışıb.Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Tofiq Eyvazov və BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək son illər Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsini vurğulayıb, yeniyetmə və gənclərimizin müxtəlif turnirlərdə parlaq qələbələr qazandıqlarını bildirib.Görüşdə iştirak edən güləşçilər karyeraları, əldə etdikləri uğurlar barədə məlumat veriblər.Sonra “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol məktəbinin gənclərdən ibarət komandası ilə cəza çəkən yeniyetmələr matç oynanılıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Təhsil” RİM-in təmsilçiləri 12:10 hesabı ilə qalib gəliblər.xeber100.com  

Aprel 5, 2017 11:49

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində…

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində aprelin 5-də Heydər Əliyev adına İdman Arenasında təlim keçirilib. Təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, təlim idman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədilə təşkil olunub. Təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyə edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.xeber100.com

Aprel 5, 2017 11:46
    Page 724 of 831« First«...102030...722723724725726...730740750...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az