08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciəti…

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də təşkil olunacaq Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.BŞH-dən Azərtac-a bildiriblər ki, aprelin 7-də axşam saatlarından etibarən baryerlərin quraşdırılmasına start veriləcək.Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.xeber100.com

Aprel 8, 2017 12:18

Avropa çempionatının qrup oyunları çərçivəsində…

Aprelin 8-də futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində Bakı İdman Sarayında Azərbaycan millisi komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.AFFA-dan Azərtac-a bildiriblər ki, oyunu Timo Onatsu (Finlandiya), Lars Van Liuven (Hollandiya), Kostas Nicolaou (Kipr) idarə edəcəklər. Matçın hakim-inspektoru İvan Novak (Xorvatiya), UEFA nümayəndəsi Sergey Lisençuk (Ukrayna) olacaq.xeber100.com

Aprel 8, 2017 12:10

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası ötən ayla müqayisədə iki pillə irəliləyərək 386 xalla 87-ci pillədə qərarlaşıb.Milli komandamız martın 9-da yoldaşlıq oyununda Qətərə 2:1 hesabı ilə qalib gəlib. Martın 26-da isə futbolçularımız dünya çempionatının seçmə mərhələsi çərçivəsində ev oyununda Almaniyaya 1:4 hesabı ilə məğlub olublar. Bununla da millimiz xal ehtiyatını 380-dən 386-ya çatdırıb.Dünya çempionatının seçmə mərhələsində milli komandamızın rəqiblərindən Almaniya 1464 xalla üçüncü yerdədir. Xalını 823-ə çatdıran Şimali İrlandiya doqquz pillə irəliləyərək 26-cı olub. Çexiya 679 xalla dörd pillə geriləyərək 42-ci sıraya düşüb. San-Marino 12 xalla bir pillə geriləyərək 203-cü yerdə qərarlaşıb. 387 xala malik Norveç isə 5 pillə geriləyib və 86-cı yerdə qərarlaşıb.Braziliya millisi yeddi illik fasilədən sonra reytinq siyahısında liderliyi ələ keçirib. Beşqat dünya çempionlarının aktivində 1661 xal var. Argentina millisi isə 1603 xalla ikinci sıradadır.FIFA milli komandaların növbəti reytinq siyahısını mayın 4-də açıqlayacaq.xeber100.com

Aprel 7, 2017 12:15

“Shamkir Chess 2017” beynəlxalq turniri keçiriləcək

Azərbaycan Şahmat Federasiyasının və “Synergy Group”un təşkilatçılığı ilə aprelin 20-dən mayın 1-dək Şəmkirdə Avropa çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” beynəlxalq turniri keçiriləcək.Turnirin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, yarışla əlaqədar Şəmkirdə Təşkilat Komitəsi üzvlərinin, Azərbaycan Şahmat Federasiyasının və “Synergy Group” nümayəndələrinin iştirakı ilə iclas keçirilib.İclasda Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov turnirin yüksək səviyyədə təşkili ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti F.Həsənov dördüncü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib.xeber100.com

Aprel 7, 2017 12:11

Şahmat üzrə beynəlxalq turnir davam edir

Türkiyənin Ordu şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Azərtac xəbər verir ki, yarışda 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə qrossmeysterlər Zaur Məmmədov və Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edirlər.Üç turdan sonra turnirdə üç xal toplamış Ülvi Bacarani və Türkiyə təmsilçisi Kıvanc Haznedaroğlu irəlidədir. Altı şahmatçı onlardan 0,5 xal geri qalır. Azərbaycanın digər təmsilçiləri Zaur Məmmədov və Orxan Eminovun hər birinin aktivində 2 xal, Ramil Cavadovda isə 1 xal var.xeber100.com

Aprel 7, 2017 12:06

Taekvandoçular arasında Avropa çempionatına start verilib

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvandoçular arasında Avropa çempionatına start verilib.Azərbaycan Taekvando Federasiyasından Azərtac-a bildirilib ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.Komandamızın heyətində Fizam Mehtiyev ölkəmizə ilk medalı qazandırıb. Təmsilçimiz 58 kiloqram çəki dərəcəsində ilk döyüşünü Albert Hovannisyana qarşı keçirib və mübarizədən qalib ayrılıb. Həmyerlimiz Ermənistan taekvandoçusunu isə 23:3 hesabı ilə məğlub edib.Təmsilçimiz ardınca yerli Koloyan Binevi və ukraynalı İqor Poyedinoku da məğlub edərək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda İsrail taekvandoçusu Dmitri Naqayevlə gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, F.Mehtiyev qızıl xalla məğlub olaraq, bürünc medalla kifayətlənib.Digər idmançımız Paniz Esmaeilpour 46 kiloqram çəki dərəcəsində ilk döyüşündə israilli idmançı Abishaq Semberqlə görüşdə əsas vaxtı bərabər başa vursa da, döyüşü qızıl xalla əldən verib. O bununla da mübarizəni vaxtından əvvəl dayandırıb.Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvandoçu ilə qatılıb. Yarışa aprelin 9-da yekun vurulacaq.xeber100.com  

Aprel 7, 2017 12:03

Koordinasiya Komissiyasının V iclası keçirilib

Aprelin 7-də “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilib.Azərtac xəbər verir ki, bu tədbirin Oyunların açılışına hazırlıq üçün son işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru A.Rəhimov Oyunların açılış mərasiminə 36 gün qaldığını bildirib: “Sevindirici haldır ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcəklər. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir”.xeber100.com  

Aprel 7, 2017 11:54

“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib

Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, mətbuat konfransında aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilən layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.Marafon barədə “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib. Bildirib ki, marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.xeber100.com

Aprel 7, 2017 11:50

Güləş Federasiyasının məlumatına görə…

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq cədvəlini açıqlayıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 9 təmsilçimizin adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb.Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür.xeber100.com

Aprel 7, 2017 11:45

“Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib

Skopyedə “Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib.Azərtac xəbər verir ki, görüşlərin nəticələrinə görə, hərəyə 4,5 xal toplamış 5 şahmatçı turnirə liderlik edir. İyirmi şahmatçı, o cümlədən Azərbaycan nümayəndələri – beynəlxalq dərəcəli şahmat ustası Ülvi Sadıqov və Bəhruz Rzayev onlardan yarım xal geri qalırlar.İsveçrə sistemi üzrə keçirilən Makedoniya turniri 9 turdan ibarətdir. Turnirdə 25-i qrossmeyster olmaqla, 31 ölkədən 215 şahmatçı qalib adı uğrunda mübarizə aparır.Bu gün 6-cı turda Bəhruz Rzayev qrossmeyster Anton Demçenko (Rusiya), Ülvi Sadıqov FIDE ustası İoannis Statopoulosla qarşılaşacaqlar.Beynəlxalq “Karpoş open” turniri aprelin 8-də başa çatacaq.xeber100.com

Aprel 6, 2017 11:55
    Page 723 of 831« First«...102030...721722723724725...730740750...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az