03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Sarayevo şəhərində cüdo üzrə Avropa çempionatı start götürür

Bu gün Bosniya və Herseqovinanın Sarayevo şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürür.Yarışda Azərbaycanı 14 idmançı (8 oğlan, 6 qız) təmsil edəcək. Oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) iştirak edəcəklər.Qızların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.Qeyd edək ki, Avropa çempionatına 40 ölkədən 306 idmançı qatılacaq.xeber100.com

Oktyabr 28, 2022 2:50

Oktyabrın 28-dən 29-dək stolüstü tennis üzrə respublika turniri keçirilir

Oktyabrın 28-dən 29-dək stolüstü tennis üzrə respublika turniri keçirilir.“Biz bir ölüb, min dirilərik” devizi ilə təşkil edilən və Zəfər Gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar güclərini sınayırlar. Sumqayıt şəhərindəki “Qarabağ NN” stolüstü tennis idman klubunda baş tutan yarışda 2012-ci il təvəllüdlü və daha azyaşlı idmançılar iştirak edirlər.Qeyd edək ki, turnirin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.xeber100.com

Oktyabr 28, 2022 2:48

Bu gün Misli Premyer Liqasının XII turu start götürüb

Bu gün Misli Premyer Liqasının XII turu start götürür.Tur çərçivəsində ilk oyun “Turan Tovuz” – “Sumqayıt” arasında keçiriləcək. Qarşılaşma Tovuz şəhər stadionunda saat 15:00-da başlayacaq. Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Ona hakimlər Müslim Əliyev, Kamran Bayramov, Emin Əliyev kömək edəcəklər.Oktyabrın 29-da “Kəpəz” – “Səbail”, “Zirə” – “Neftçi”, 30-da “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Qəbələ” matçları olacaq.xeber100.com

Oktyabr 28, 2022 2:46

“Qarabağ” – “Frayburq” oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb.“Qarabağ”ın rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar.Qeyd edək ki, “Qarabağ” – “Frayburq” qarşılaşması noyabrın 3-də saat 21:45-də başlayacaq.xeber100.com

Oktyabr 28, 2022 2:45

Yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb.Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.Qeyd edib ki, hazırda satışda 1100 bilet var. Onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür. Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış məntəqəsi fəaliyyət göstərəcək.Qeyd edək ki, dünya kuboku yarışı noyabrın 5-6-da təşkil olunacaq.xeber100.com

Oktyabr 27, 2022 2:57

Noyabrın 19-dan 26-dək şahmat üzrə komanda dünya çempionatı keçiriləcək

Noyabrın 19-dan 26-dək Yerusəlim şəhərində şahmat üzrə komanda dünya çempionatı keçiriləcək.Mundialda Azərbaycan komandası da daxil olmaqla, 12 komanda iştirak edəcək. Yığmamızın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Misrətdin İsgəndərov, Nicat Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Abdulla Qədimbəyli yer alıblar.Qeyd edək ki, iştirakçı komandaların heyətlərində dünyanın tanınmış şahmatçıları – azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı, fransız Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri, eləcə də özbəkistanlı Cavohir Sindarov və Hindistan təmsilçisi Nihal Sarin kimi gənc vunderkindlər mübarizə aparacaqlar.xeber100.com

Oktyabr 27, 2022 2:55

Zəfər Gününə həsr olunmuş 3×3 basketbol üzrə turnir keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 269 nömrəli tam orta məktəbin meydançasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3x3 basketbol üzrə turnir keçirilib.Gərgin idman mübarizəsi şəraitindən keçən yarışda 269 nömrəli tam orta məktəbin komandası birinci olub. 17 nömrəli tam orta məktəb yarışı ikinci, 27 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə yer alıblar.xeber100.com

Oktyabr 27, 2022 2:52

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Fransada keçirilən “Nant” - “Qarabağ” oyununda birinci hissə başa çatıb."Bojuar" stadionunda oynanılan matçın 17-ci dəqiqəsində “Nant”ın futbolçusu Ludovik Blas hesabı açıb. Matçın ilk hissəsi Fransa klubunun üstünlüyü ilə yekunlaşıb.Qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstanın “Olimpiakos” klubunu qəbul edir. Hazırda Yunanıstan klubu 1:0 hesabı ilə öndədir.xeber100.com

Oktyabr 27, 2022 2:50

Şahmat üzrə komandalar arasında dünya çempionatına start veriləcək

Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında dünya çempionatına start veriləcək.Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, federasiya kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib. İsraildə dünya çempionatında iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olacaq.Turnirin təşkilində əsas məqsəd son aylar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticə göstərən şahmatçılara milli komandada çıxış etmək imkanı yaratmaqdır.Yarışda Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edəcəklər.Qeyd edək ki, dairəvi sistem üzrə təşkil olunan turnir noyabrın 29-da yekunlaşacaq.xeber100.com

Oktyabr 26, 2022 2:49

UFC MMA döyüşçülərinin yeni reytinq cədvəlini açıqlayıb

UFC (Mütləq Döyüş Çempionatı) MMA döyüşçülərinin yeni reytinq cədvəlini açıqlayıb.Azərbaycan döyüşçüsü Rafael Fiziyev yüngül divizionun reytinq cədvəlində 1 pillə irəliləyərək altıncı yerə yüksəlib. Yüngül diviziona braziliyalı Çarlz Oliveyra başçılıq edir.xeber100.com

Oktyabr 26, 2022 2:46
    Page 73 of 830« First«...102030...7172737475...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az