07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Bakı İdman Sarayında Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək

Oktyabrın 21-23-də Bakı İdman Sarayında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək.“Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə təşkil ediləcək festivalda 14 idman növü üzrə federasiyalar, ictimai birlik və klubların üzvləri iştirak edəcəklər.Yarışda ümumilikdə iki minə yaxın 18 yaşa qədər yeniyetmə və gəncin iştirakı planlaşdırılıb.xeber100.com

Oktyabr 21, 2022 2:10

Beynəlxalq Boks Assosiasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Boks Assosiasiyası yeni reytinq cədvəlini açıqlayıb.25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə açıqlanan siyahıda Azərbaycanın yeddi boksçusu yer alıb. Belə ki, milli komandanın heyətində ən yaxşı nəticə dünya çempionu, Avropa Oyunlarının qalibi, Tokio Olimpiadasının bürünc medalçısı Alfonso Dominqesə məxsusdur. O, 86 kiloqram çəki dərəcəsində dünyanın ikinci ən güclü boksçusudur. Dominqesin aktivində 2000 xalı var.Yığma üzvü çəkisi 80 kiloqram çəki dərəcəsində olan idmançıların reytinqində də yer alıb. Olimpiya Oyunlarında bürünc medalı 81 kiloqramda qazanan milli üzvü bu siyahıda 1300 xalla dördüncü pillədə qərarlaşıb.Dünya çempionatında üçüncü yeri tutan Sərxan Əliyev (71 kq) də öz çəki dərəcəsində dördüncü yerdədir. O, 1300 xala malikdir. Mindialın digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) komanda yoldaşı ilə eyni xala sahibdir və yeddinci pillədədir. O, bu yeri qazaxıstanlı Kamşibek Kunkabayevla birgə bölüşür.Siyahıda ümumilikdə 120 ölkə yer alıb. Azərbaycan komanda olaraq bu siyahıda 30-cu pilləni tutur və aktivində 7400 xalı var. Cədvələ isə 34950 xalla ABŞ başçılıq edir.Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyasında reytinq cədvəli uzun müddətdən sonra bərpa olunub.xeber100.com

Oktyabr 21, 2022 2:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.AFFA-nın rəsmi saytı xəbər verir ki, bu gün keçiriləcək turun ilk oyununda “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq. Oyun “Azersun Arena”da 19:00-da başlayacaq. “Qarabağ” komandası 27 xalla liderdir, Tovuz təmsilçisi isə 12 xalla altıncı pilləni tutur. Matçın baş hakimi Vüqar Həsənli olacaq.XI turun növbəti oyunları oktyabrın 22-23-də keçiriləcək. Belə ki, “Qəbələ” - “Kəpəz”, “Sumqayıt” – “Zirə” görüşləri oktyabrın 22-də, “Səbail” - “Şamaxı” və “Neftçi” - “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də baş tutacaq.xeber100.com

Oktyabr 20, 2022 2:27

“Paris-2024” Paralimpiya Oyunlarının açılış mərasiminin planı bəlli olub

“Paris-2024” Paralimpiya Oyunlarının (28 avqust-8 sentyabr 2024) açılış mərasiminin planı bəlli olub.“Paris-2024” Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin (COJOP) rəhbərliyi Paralimpiya Oyunlarının açılış mərasiminin Konkord meydanında keçiriləcəyini elan edib.Bildirilib ki, açılış mərasimi Paralimpiya Oyunlarının ambisiyalarını göstərmək üçün xüsusi bir məqamdır və bu mərasim Konkord meydanında təşkil edildiyindən Yelisey Çölləri prospektinin bir hissəsini də əhatə edəcək.Paralimpiya Oyunlarının açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək ki, onlardan 35 mininə ödənişli oturacaq yerləri quraşdırılacaq. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyə biləcək. Sena çayının sahillərində açılış mərasimini izləmək üçün böyük ekranlar yerləşdiriləcəyi bildirilir.Xatırladaq ki, “Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi isə Sena çayı boyunca xüsusi paradın keçirilməsi ilə baş tutacaq.xeber100.com

Oktyabr 20, 2022 2:25

XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib

Oktyabrın 20-də Azərbaycan Həndbol Federasiyasında (AHF) XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər.Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov 2022-2023-cü illər üzrə respublika çempionatının noyabrın 12-dən aprelin 30-dək “AHF Arena” da keçiriləcəyini bildirib. Qeyd olunub ki, yarış dairəvi üsulla dörd dövrədən ibarət olacaq.Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb.Ümumilikdə, 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16), 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) komandalarının çıxış edəcəyi diqqətə çatdırılıb.Yarışların püşkü atıldıqdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.xeber100.com

Oktyabr 20, 2022 2:23

Azərbaycan Badminton Federasiyasının məlumatı əsasında…

Avropa Badminton Konfederasiyası “Shuttle Time” layihəsi üzrə vebinar təşkil edib.Azərbaycan Badminton Federasiyasının saytı xəbər verir ki, vebinarda Avropa Badminton Konfederasiyasına üzv olan federasiyaların həmin layihə üzrə milli koordinatorları iştirak edib.Vebinarda ölkəmizin bu layihə üzrə uğurlu təcrübəsini bölüşmək üçün Azərbaycan Badminton Federasiyasının "Shuttle Time" üzrə milli koordinatoru Pərvin Piriyev dəvət olunub. O, iştirakçılara Azərbaycanda layihənin icrası haqqında ətraflı məlumat verib.Pərvin Piriyev qeyd edib ki, 2021-2022-ci illərdə layihə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qusar şəhərlərini əhatə edib, 400-dən çox idman müəllimi eləcə də 400-dən çox şagird badminton haqqında məlumatlandırılıb. Bildirilib ki, yaxın zamanda bu layihənin Sabirabad, Şamaxı, Tovuz, Qax və Naxçıvanda da icrası nəzərdə tutulub.Vebinardan sonra Dünya Badminton Federasiyasının inkişaf üzrə koordinatoru Erica Khoo tərəfindən Azərbaycanda bu sahədə qısa müddətdə uğurlu nəticələr əldə olunduğu vurğulanıb.Daha sonra Pərvin Piriyev tərəfindən iştirakçıların sualları cavablandırılıb.Vebinar zamanı Azərbaycanla yanaşı İrlandiya və İsveçrənin milli koordinatorları da uğurlu təcrübələrini bölüşüblər.xeber100.com

Oktyabr 20, 2022 2:19

Onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlər keçirilib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsində növbəti görüşlərini keçirib.Ş.Məmmədyarov “Aimchess Rapid” adlanan mərhələ yarışının növbəti dörd oyununda Hindistan təmsilçiləri ilə qarşılaşıb. Belə ki, günün ilk görüşündə -9-cu turda rəqibi Arjun Eriqaisi üzərində qələbə qazanan şahmatçımız sonrakı oyunda Santoş Viditlə heç-heçə edib. Növbəti turda Dommaraju Qukeşə məğlub olan Ş.Məmmədyarov günün son qarşılaşmasını qələbə ilə başa vurub.Aktivində 23 xal olan Azərbaycan qrossmeysteri ikinci sırada qərarlaşıb.Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.xeber100.com

Oktyabr 17, 2022 11:54

Şahmat üzrə Qran-Pri turnirinə təmsilçilərimiz qələbə ilə başlayıblar

Rumıniyada şahmat üzrə Qran-Pri turnirinə Azərbaycan təmsilçiləri qələbə ilə başlayıblar.Turnirin birinci turunda şahmatçılarımız Misrətdin İsgəndərov almaniyalı İlya Gutkin, Ülvi Sadıqov isə ukraynalı Vladislav Fişçuku məğlub ediblər.Doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.xeber100.com

Oktyabr 17, 2022 11:52

UEFA Çempionlar Liqasının əsas mərhələsində

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubunun yer aldığı beşinci qrupun oyunlarına hakim təyinatları açıqlanıb.Oyunları Çaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya) və David Abtequya Urdanoz (İspaniya) idarə edəcəklər.Matçların hakim-inspektoru Boqdan Soresku (Rumıniya), UEFA nümayəndəsi isə ispaniyalı Viktor Beceyro olacaqlar.Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.Oktyabrın 26-da “Araz-Naxçıvan” “Orebro” (İsveç), ertəsi gün “Loznika Qrad” (Serbiya), ayın 29-da isə “Mostar” (Bosniya və Herseqovina) ilə qarşılaşacaq.xeber100.com

Oktyabr 17, 2022 11:50

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında qələbə qazanıb

“Sabah” klubu Azərbaycan Premyer Liqasında 20-ci ev qələbəsini qazanıb. Yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Azərbaycan Premyer Liqasının X turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail” və “Bakılı”ya çatıb.Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.xeber100.com

Oktyabr 16, 2022 12:32
    Page 75 of 831« First«...102030...7374757677...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az