07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliya A Seriyasının 13-cü turunun növbəti oyunu keçirilib

Noyabrın 6-da İtaliya A Seriyasının 13-cü turunun növbəti oyunu keçirilib.Turinin “Yuventus” klubu öz meydanında “İnter”i qəbul edib.“Allianz Stadium”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı 52-ci dəqiqədə Adrien Rabiot açıb. Son nöqtəni isə 84-cü dəqiqədə Nikolo Faqioli qoyub.Bununla da “Yuventus” 13 oyundan sonra 25 xal toplayaraq turnir cədvəlində 5-ci sırada qərarlaşıb. “İnter” isə 24 xalla 7-ci yerdədir.Qeyd edək ki, turnir cədvəlinə 13 oyundan sonra 35 xal toplayan “Napoli” başçılıq edir. 29 xalla “Milan” ikinci, iki xal az toplayan “Latsio” klubu isə üçündə sırada qərarlaşıb.xeber100.com

Noyabr 7, 2022 10:51

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən Ağdam klubu UEFA Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.Səpələnməmişlər səbətində olan Azərbaycan çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın bütün səpələnməmişlər kimi ilk oyunu evdə gerçəkləşəcək.xeber100.com

Noyabr 7, 2022 10:49

Cüdo üzrə Azərbaycan komandası uğurlu çıxışını davam etdirir

Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.Yarışın son günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.Komandamızın digər üzvləri - Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze, Camal Qamzatxano (100 kq) isə macarıstanlı Riçard Sipoçla qarşılaşacaqlar.Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.xeber100.com

Noyabr 6, 2022 10:57

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Bu gün Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışında final görüşündə İran millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.Həlledici görüşdə Eldəniz Əzizli, İbrahim Nurullayev (55 kq), Murad Məmmədov, Hinat Məmmədli (60 kq), Taleh Məmmədov, Ziya Babaşov (63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (67 kq), Ülvi Qənizadə, Qurban Qurbanov (72 kq), Sənan Süleymanov, Elcan Məmmədov (77 kq), Rafiq Hüseynov, Nasir Həsənov (82 kq), Laçın Vəliyev, Mirad Əhmədov (87 kq), Arif Niftullayev, Zamir Maqomedov (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) döşəyə çıxmaq şansı qazanacaqlar.Hazırda bürünc medal uğrunda görüşdə Türkiyə millisi dünya yığması ilə qarşılaşır.xeber100.com

Noyabr 6, 2022 10:51

8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyası, Səbail Rayon Gənclər və İdman İdarəsi, "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib.Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak etdiyi veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.Daha sonra yürüş iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.xeber100.com

Noyabr 5, 2022 11:16

Azərbaycan cüdoçuları uğurlu çıxışını davam etdirir

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.Komandamız iki günün nəticəsinə görə, 3 qızıl, 2 bürünc medal qazanıb. 61 ölkədən 350-dən çox cüdoçunun mübarizə apardığı mötəbər yarışda Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.Qeyd edək ki, qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc medalları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.Yarışa noyabrın 6-da yekun vurulacaq.xeber100.com

Noyabr 5, 2022 11:00

Hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, havanın çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 15-18° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı bildirilir.xeber100.com  

Noyabr 3, 2022 12:29

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin medalları hazırdır.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, medalların ön tərəfində yarışın loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın tarixi və adı həkk olunub. Medalın arxa hissəsində isə Beynəlxalq Cüdo Federasiyasının (BCF) loqosu yer alıb.Qeyd edək ki, noyabrın 4-6-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışda cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar.xeber100.com

Noyabr 3, 2022 10:44

“Qarabağ” klubu qrup mərhələsində sonuncu oyununa çıxacaq

Ağdamın "Qarabağ" klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.Ağdam təmsilçisi G qrupunun altıncı turu çərçivəsində Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək."Qarabağ"ın heyətində Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.G qrupunda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.xeber100.com

Noyabr 3, 2022 10:42

“Meltwater Champions Chess” turnirinin final mərhələsi start götürəcək

Noyabrın 14-də San-Fransiskoda şahmat üzrə “Meltwater Champions Chess” turnirinin final mərhələsi start götürəcək.Turnirdə azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədovla yanaşı, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Uelsli So (ABŞ), Aniş Giri (Niderland), hindistanlı şahmatçılar Rameşbabu Praqnanandha, Arjun Eriqaisi, polşalı Yan-Kşiştov Duda, vyetnamlı Le Quanq Liem mübarizə aparacaqlar.Hibrit formatda və dairəvi sistem üzrə təşkil ediləcək yarış noyabrın 20-dək davam edəcək.xeber100.com

Noyabr 3, 2022 10:40
    Page 71 of 831« First«...102030...6970717273...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az