07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb

Gəncənin “Kəpəz” klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.Peşəkar Futbol Liqası xəbər verir ki, bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyük hesablı ev qələbəsi kimi düşüb. Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.Gəncə təmsilçisi bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.Qeyd edək ki, “Kəpəz”in Gəncədəki ilk böyük hesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.xeber100.com

Oktyabr 31, 2022 11:18

Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib. Millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb. Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayılov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurublar.xeber100.com

Oktyabr 30, 2022 2:40

Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.Günün ikinci matçında “Sabah” “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena” baş tutan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar. Belə ki, qonaq komandadan beşinci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. Aleksey Kaşuk 63-cü dəqiqədə bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.Beləliklə, 31 xala malik olan “Sabah” ikinci pillədə yer alıb, “Qəbələ” isə 17 xalla beşinci sırada qərarlaşıb.Xatırladaq ki, günün ilk matçında “Qarabağ” “Şamaxı”ya 4:0 hesabı ilə qalib gəlib.xeber100.com

Oktyabr 30, 2022 2:37

Zəfər Gününə həsr olunan stolüstü tennis yarışı yekunlaşıb

Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə keçirilən respublika turnirinə yekun vurulub.8 Noyabr - Zəfər Gününə həsr olunan yarışa Bakı, Sumqayıt, Şəki və Şabran idmançıları qatılıblar.Sumqayıt şəhərindəki “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunan yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı iştirakçılar arasında keçirilib.İki gün davam edən yarışın nəticələrinə əsasən oğlanların turnirində mükafatlara Şabran təmsilçiləri layiq görülüblər.Vaqif Babayev birinci, Zərbah Muradov ikinci, Həsrət Kamilov ilə Yasin Zeyni üçüncü yeri tutublar.Final görüşündə Rüqəyya Qasımzadəni (Sumqayıt) məğlub edən Xədicə Babazadə (Şəki) qızlar arasında baş mükafata sahib çıxıb. Peykər Vəlizadə (Sumqayıt) ilə Sofiya Trofimenko (Sumqayıt) üçüncü yerdə qərarlaşıb.Turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.xeber100.com

Oktyabr 29, 2022 2:44

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində oktyabrın 29-da daha iki oyun keçirilib.Günün ikinci matçında “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.Görüş qonaqların qələbəsi ilə başa çatıb. Flaqman rəqibini üç cavabsız qola məğlub edib.Qolları Yeqor Boqomolski, Qodsvey Donyo və Emin Mahmudov vurublar.Bu matçından sonra xallarının sayını 25-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pillədəki yerini möhkəmləndirib. “Zirə” isə 19 xalla dördüncü sırada qərarlaşıb.Bu gün keçirilən ilk oyunda isə “Kəpəz” “Səbail”ə qalib gəlib– 3:0.Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” öz meydanında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.xeber100.com

Oktyabr 29, 2022 2:43

Sarayevo şəhərində cüdo üzrə Avropa çempionatı start götürür

Bu gün Bosniya və Herseqovinanın Sarayevo şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürür.Yarışda Azərbaycanı 14 idmançı (8 oğlan, 6 qız) təmsil edəcək. Oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) iştirak edəcəklər.Qızların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.Qeyd edək ki, Avropa çempionatına 40 ölkədən 306 idmançı qatılacaq.xeber100.com

Oktyabr 28, 2022 2:50

Oktyabrın 28-dən 29-dək stolüstü tennis üzrə respublika turniri keçirilir

Oktyabrın 28-dən 29-dək stolüstü tennis üzrə respublika turniri keçirilir.“Biz bir ölüb, min dirilərik” devizi ilə təşkil edilən və Zəfər Gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar güclərini sınayırlar. Sumqayıt şəhərindəki “Qarabağ NN” stolüstü tennis idman klubunda baş tutan yarışda 2012-ci il təvəllüdlü və daha azyaşlı idmançılar iştirak edirlər.Qeyd edək ki, turnirin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.xeber100.com

Oktyabr 28, 2022 2:48

Bu gün Misli Premyer Liqasının XII turu start götürüb

Bu gün Misli Premyer Liqasının XII turu start götürür.Tur çərçivəsində ilk oyun “Turan Tovuz” – “Sumqayıt” arasında keçiriləcək. Qarşılaşma Tovuz şəhər stadionunda saat 15:00-da başlayacaq. Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Ona hakimlər Müslim Əliyev, Kamran Bayramov, Emin Əliyev kömək edəcəklər.Oktyabrın 29-da “Kəpəz” – “Səbail”, “Zirə” – “Neftçi”, 30-da “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Qəbələ” matçları olacaq.xeber100.com

Oktyabr 28, 2022 2:46

“Qarabağ” – “Frayburq” oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb.“Qarabağ”ın rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar.Qeyd edək ki, “Qarabağ” – “Frayburq” qarşılaşması noyabrın 3-də saat 21:45-də başlayacaq.xeber100.com

Oktyabr 28, 2022 2:45

Yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb.Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.Qeyd edib ki, hazırda satışda 1100 bilet var. Onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür. Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış məntəqəsi fəaliyyət göstərəcək.Qeyd edək ki, dünya kuboku yarışı noyabrın 5-6-da təşkil olunacaq.xeber100.com

Oktyabr 27, 2022 2:57
    Page 73 of 831« First«...102030...7172737475...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az