Dünya Taekvando Federasiyasının təşkilatçılığı ilə…

Böyüklərdən və gənclərdən ibarət taekvando üzrə Azərbaycanın yığma komandaları Niderlandda təşkil ediləcək “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər. Dünya Taekvando Federasiyası və Niderland Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə Eyndhoven şəhərində keçiriləcək yarışa martın 11-də start veriləcək.Azərtac xəbər verir ki, iki gün davam edəcək “G1” kateqoriyalı reytinq xarakterli yarışa qatılacaq komandalarımız artıq Niderlanda yollanıb.Yarışa qatılacaq böyüklərdən ibarət yığma komandamızın heyətinə Qaşım Maqomedov, Mikayıl Əliyev (hər ikisi 54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev, Məhəmməd Məmmədov (hər ikisi 63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayev (87 kq-dan yuxarı), Panis Esmaeilpour (46 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) daxil edilib.Gənclərdən ibarət millimizin mübarizəsində isə ölkəmizi Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov, Ruslan Seyidov (hər ikisi 55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq) və Zalikə Babayeva (49 kq) təmsil edəcəklər.Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan komandalarımız martın 14-də Vətənə qayıdacaqlar.xeber100.com

Mart 10, 2017 12:40

UEFA Avropa Liqasının final mərhələsindən…

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, son yeddi ev oyununda məğlub olmayan Danimarkanın “Kopenhagen” komandası doğma meydanda Hollandiyanın “Ayaks” klubunu qəbul edib. Danimarkalılar görüşdə 2:1 hesabı ilə qalib gələrək ev oyunlarında məğlubedilməzlik seriyasını qoruyublar.Kiprin APOEL komandası isə evdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb. Bu qarşılaşma hər iki komandanın ilk dueli kimi əlamətdar olub. Bu oyunadək Belçika komandaları ilə keçirdiyi dörd görüşün hamısında məğlub olan APOEL komandası bu “ənənə”ni poza bilməyib və 0:1 hesabı ilə uduzub. Qeyd edək ki, belçikalıların heyətində çıxış edən rumıniyalı legioner Nikolae Stançiunun matçın 29-cu dəqiqəsində vurduğu qol “Anderlext”in avrokuboklarda 250-ci qolu olub.Digər maraqlı qarşılaşma isə Rusiyada “Rostov” komandası ilə “Mançester Yunayted” arasında keçirilib. İndiyədək Rusiyada keçirdiyi dörd oyunda məğlub olmayan (bir qələbə, üç heç-heçə) “Mançester Yunayted” ilk dəfə bir ingilis klubu ilə qarşılaşan “Rostov”un müqavimətini qıra bilməyib – 1:1.Yunanıstanın “Olimpiakos” komandasının qonağı olan İstanbulun “Beşiktaş” klubu isə ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, matçın 53-cü dəqiqəsində Vinsent Abubakarın qolu ilə heç-heçəyə nail olaraq, cavab qarşılaşması üçün əlverişli nəticəni təmin edib.Günün ən məhsuldar oyunu isə Belçika təmsilçiləri “Gent”-“Genk” oyununda qeydə alınıb – 2:5. Qarşılaşmada qeydə alınan altı qoldan beşi ilk hissədə vurulub. Matçın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyən ev sahibləri 84-cü dəqiqədə sayca azlıqda qalıblar.Digər çoxqollu oyun isə Fransada baş tutub. “Roma” klubunu qəbul edən “Olimpik Lion” komandası 4:2 hesabı ilə qalib gəlib.İspaniyanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Selta Viqo” doğma meydanda Rusiyanın “Krasnodar” klubunu 90-cı dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edə bilib.Turnirdə Almaniya təmsilçiləri “Şalke” və “Mönxenqladbax” arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab qarşılaşmaları martın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin püşkü isə martın 17-də atılacaq. Turnirin final matçı mayın 24-də İsveçin Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.xeber100.com  

Mart 10, 2017 12:22