08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Ağır atletika üzrə təlim-məşq toplanışı davam edir

Ağır atletika üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar təlim-məşq toplanışını davam etdirir.Azərtac xəbər verir ki, AAAF park yaşayış kompleksinin təlim-məşq bazasında məşqlərini davam etdirən idmançılar qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlaşırlar.Atletlərin qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. İdmançıların təlim-məşq toplanışına yığma komandaların məşqçilər heyəti nəzarət edir.Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir.Qeyd edək ki, əsas yığma komandanın üzvləri növbəti təlim-məşq toplanışı üçün Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərinə yollanacaq.xeber100.com

Yanvar 22, 2017 1:09

“Zirə” transfer çalışmalarını davam etdirir

Təlim-məşq toplanışını Antalyada keçirən “Zirə” transfer çalışmalarını davam etdirir.Azərtac xəbər verir ki, yanvarın 21-də bakılıların sırasına daha bir futbolçu qoşulub. Belə ki, komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi, həmçinin Nigeriya yığmasının da formasını geyinib. Yığmada 6 matçda iştirak edən 27 yaşlı sağ cinah müdafiəçisinin son klubu “Alanyaspor” olub.Qeyd edək ki, bu, “Zirə”nin qış fasiləsində ikinci transferi olub. Komanda buna qədər “Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.xeber100.com

Yanvar 22, 2017 12:18

Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib

Yanvarın 21-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib.Azərtac xəbər verir ki, “Gənclik” Olimpiya İdman Kompleksində “Telekom” komandası “Azəryol”u qəbul edib.Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Telekom” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, 21 xalla “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 16 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Yanvar 22, 2017 12:12

Futbol üzrə qış fasiləsi başa çatıb

Futbol üzrə Almaniya Bundesliqasında qış fasiləsi başa çatıb.AZƏRTAC xəbər verir ki, ilin ilk oyununda “Frayburq” lider “Bavariya”nı qəbul edib. Münxen klubu ikinci dövrənin ilk görüşündə əvvəlcə hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Robert Levandovski dubl ilə yadda qalıb. Belə ki, forvard hesaba tarazlıq gətirdikdən sonra qarşılaşmaya əlavə olunmuş birinci dəqiqədə yenə adını tabloya yazdırıb – 2:1.Beləliklə, Karlo Ançelottinin yetrmələri tura qələbə ilə başlayıblar.xeber100.com

Yanvar 21, 2017 11:27

Taekvando Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında ölkə çempionatının birinci günündə beş çəki dərəcəsində qaliblər müəyyənləşib.Azərtac xəbər verir ki, qızların yarışında Paniz Esmaeilpur (49 kq), Gülhanım Yeşildal (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion adına sahib olublar.Oğlanların mübarizəsində isə Qaşım Maqomedov (54 kq), Ələsgər Əliyev (68 kq) və Elvin Məmmədov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Respublika çempionatının sonuncu günündə kişi taekvandoçular 58, 63, 80, 87 və 87 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınlar arasında isə yarışlar 46, 57, 62, 67, 73 və 73 kiloqramdan yuxarı çəki dərəcələrində keçiriləcək.xeber100.com

Yanvar 21, 2017 11:21

Voleybol Konfederasiyası tərəfindən yeni təyinat

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.Azərtac xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə) – “Drezdner” (Almaniya) görüşünün ikinci hakimi olacaq. Görüşə baş hakim kimi fransalı Lois Quest təyinat alıb.Oyun yanvarın 25-də İstanbulda təşkil olunacaq.xeber100.com

Yanvar 21, 2017 11:18

Azərbaycan yığması yoldaşlıq oyunu keçirib

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb. Komandamızın qolunu Ramil Həsənov vurub.20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.Azərbaycan–Sudan qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyiblər.xeber100.com

Yanvar 21, 2017 11:11

FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinat

Məşhur italiyalı hakim Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.Azərtac İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, o, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. Kollinadan başqa, qurumda daha 10 nümayəndə çalışacaq. Onlar qaydaların təkmilləşdirilməsi, izahı, yenilənməsi, eləcə də FIFA-nın himayəsi altında keçirilən oyunlara hakim təyinatı ilə məşğul olacaqlar.Eyni zamanda, UEFA-da hakimlik məsələləri üzrə baş komissar kimi çalışan Kollina 6 dəfə (1998-2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi seçilib.xeber100.com

Yanvar 21, 2017 11:06

“Avro-2020”nin loqosu təqdim olunub

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək daha bir şəhərin - Sankt-Peterburqun loqosu təqdim olunub.Loqoda çempionatın kuboku və onu əhatə edən azarkeşlər əks olunub. Sankt-Peterburqun məşhur tarixi abidələrindən Neva çayı üzərindəki Saray körpüsü müxtəlif ölkələrdən olan azarkeşlərin birliyinin rəmzi kimi təqdim edilib.Futbol üzrə ilk Avropa çempionatının keçirilməsinin 60 illik yubileyi ilə əlaqədar “Avro-2020”yə 13 şəhər - Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Münxen, Brüssel, Amsterdam, Kopenhagen, Roma, Bilbao, Dublin, Qlazqo və London ev sahibliyi edəcək. Sankt-Peterburqda çempionatın qrup mərhələsinin üç oyunu və dörddəbir final qarşılaşmaları keçiriləcək.xeber100.com

Yanvar 20, 2017 6:00

“Qarabağ” futbol klubuna 980 min avro vəsait ayrılıb

UEFA “Qarabağ” futbol klubuna daha 980 min avro vəsait ayırıb.Azərtac xəbər verir ki, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib.Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində iki qələbə qazanıb və bir dəfə meydanı sülhlə tərk edib. Digər üç oyunda isə komanda məğlubiyyətlə üzləşib.xeber100.com

Yanvar 20, 2017 5:56
    Page 760 of 831« First«...102030...758759760761762...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az