“Yuventus” Portuqaliya təmsilçini 1:0 hesabı ilə məğlub edib

Martın 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Yuventus” komandası “Portu”, “Lester Siti” klubu isə “Sevilya” ilə cavab oyunu keçiriblər.Azərtac xəbər verir ki, Turində keçirilən oyunda “Yuventus” Portuqaliya təmsilçini 1:0 hesabı ilə məğlub edib. Turinlilərin heyətində Dibala matçın 42-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk oyunda 2:0 hesabı ilə qalib gələn “Yuventus” iki görüşün nəticəsinə görə dörddəbir finala vəsiqə qazanıb. Bununla da İtaliya təmsilçisi onuncu dəfə dörddəbir finalda oynamaq hüququ əldə edib.İlk görüşdə İspaniyada “Sevilya” komandasına 1:2 hesabı ilə məğlub olan “Lester Siti” doğma meydanda əzmkarlıq nümayiş etdirərək 2:0 hesabı ilə qalib gəlib. Oyunun 27-ci dəqiqəsində Morqanın və 54-cü dəqiqəsində Olbraytonun qolları lesterliləri dörddəbir finala çıxarıb.UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə bu gün keçiriləcək “Atletiko Madrid”-“Bayer Leverkuzen” və “Monaco”-“Mançester Siti” görüşləri ilə yekun vurulacaq. “Bavariya”, “Real Madrid”, “Barselona” və “Borussiya Dortmund” dörddəbir finala vəsiqəni artıq təmin ediblər.Dörddəbir final mərhələsinin püşkü martın 17-də İsveçrənin Nyon şəhərində atılacaq.xeber100.com

Mart 15, 2017 11:11

“Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə…

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin martın 12-də keçirilən sonuncu yarış günündə Azərbaycan cüdoçuları ikisi gümüş, biri bürünc olmaqla üç medal əldə ediblər.Azərtac xəbər verir ki, Rio Olimpiadasının gümüş mükafatçısı E.Qasımov (100 kiloqram) turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz M.Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsində başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız turnirdə gümüş medalla kifayətlənib.Digər idmançımız E.Məmmədov (100 kq) yarışda ilk qarşılaşmada estoniyalı Qriqori Minaşkinə qalib gəlib. İdmançımız finala gedən yolda növbəti rəqibi, komanda yoldaşı Elmar Qasımovla görüşdən məğlub ayrılıb. Bürünc medal uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Zelim Kotsoyevdən üstün olan E.Məmmədov yığmamıza bürünc medal qazandırıb.xeber100.com

Mart 13, 2017 11:53