08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Xatirə turnirində iştirak edəcək heyət açıqlanıb

Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin heyətində “İnter” və “Neftçi” klublarının oyunçuları çoxluq təşkil edir.Heyətdə K.İbrahimov, R.Daşdəmirov, İ.Əliyev, B.Həziyev, P.Mehdiyev (hamısı “Neftçi”), M.Qayalı, Y.Həsənov, R.Qarayev, C.Muxtarlı, İ.Qədirzadə, R.Məhərrəmli (hamısı “İnter”), S.Əhmədov (“Sumqayıt”), M.Popov, Ə.Sadıxov, F.Nəbiyev (hamısı “Qəbələ”), H.Seylığlı, M.Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), İ.Karakaş, D.Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə) və B.Ekincier (“Rot-Vayss Essen”, Almaniya) yer alıblar.xeber100.com

Yanvar 7, 2017 12:05

“Zirə” futbol klubu yoxlama oyunu keçirəcək

“Zirə” futbol klubu Azərbaycan Premyer Liqasının ikinci hissəsinin hazırlığına start verib.Klubdan Azərtac-a bildiriblər ki, komanda baş məşqçi A.Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. “Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan sonra komanda bir günlük istirahətə buraxılacaq.“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin ikinci hissəsi üçün Antalyaya yola düşəcək. Komanda Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək.xeber100.com

Yanvar 6, 2017 1:01

“Neftçi” klubu daha bir futbolçu ilə güclənib

Antalyada hazırlığını davam etdirən “Neftçi” klubu daha bir futbolçu ilə güclənib.Klubdan Azərtac-a bildiriblər ki, komandamız ukraynalı müdafiəçi Kirilo Petrovla 1,5 illik müqavilə bağlayıb.Kiyev "Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan "Krivbas” və "Arsenal” klublarının formasını geyinib. Polşada ("Korona”) legioner həyatı yaşamış futbolçu Qazaxıstanın "Ordabaşı” klubunda da çıxış edib. Futbolçu bunadək "Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub.Ukraynanın U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov "Neftçi”də 28 nömrəli formanı geyinəcək.xeber100.com

Yanvar 6, 2017 12:57

“Bavariya” futbol klubunda yeni tələb irəli sürülüb

Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Xöness bütün legioner futbolçulara yeni tələb irəli sürüb. Bild qəzeti xəbər verir ki, klub rəhbəri alman dilini bilməyən əcnəbi futbolçuların cərimələndirilməsini istəyib. Onun fikrincə, komandanın geyinmə otağında futbolçuların danışıq dili almanca olmalıdır.“Futbolçular “Bavariya”nın geyinmə otağında yenidən almanca danışmalıdır. Dil həmrəyliyin sübutudur. Əks təqdirdə kollektiv daxilində qruplaşmalar formalaşmağa başlayır. Əcnəbi futbolçular alman dilini öyrənməkdən imtina edərsə, onlara cərimə kəsiləcək. Legionerlər gündə iki saat almanca öyrənsə, bu çox gözəl olardı”, - deyə futbol funksioneri əlavə edib.xeber100.com

Yanvar 6, 2017 12:51

Beynəlxalq seminar işə başlayıb

Yanvarın 6-da Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar işə başlayıb.Azərtac xəbər verir ki, seminara 100-dək ölkədən 400 nümayəndə qatılıb.Seminardan əvvəl Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev ilə IJF-in prezidenti Marius Vizer arasında görüş keçirilib.Seminarın açılışında çıxış edən R.Abdullayev cüdo üzrə belə mühüm seminarın Bakıda keçirilməsindən məmnunluğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkəmiz dünya reytinqində üç çəki dərəcəsi üzrə liderliyini davam etdirir. Qeyd edək ki, İdman Sarayında keçirilən seminar iki gün davam edəcək.xeber100.com

Yanvar 6, 2017 12:44

Futbol üzrə təlim-məşq toplanışı olacaq

Yanvarın 7-dən 12-dək Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, toplanışa S.Vəliyeva (“Araz”), R.Sərdarlı (“Fidan”), F.Teymurova (“Konak Bellediyespor”, Türkiyə), N.Qurgenidze (“Martve”, Gürcüstan), C.Hüseynova (“Məşəl”), Z.Əliyeva (“Mingəçevir”), S.Fəttazadə, A.Qurbanzadə (hər ikisi “Qəbələ”), A.Əhmədova, A.Əliyeva, A.Hüseynli, V.Seyfətdinova (hamısı “Sumqayıt”), N.Abdulova, V.Hacıyeva, N.Həsənova, H.Qasımova, A.Zeynalova (hamısı “Təhsil”) və L.Qurbanova (“Zaqatala”) dəvət olunublar.xeber100.com

Yanvar 6, 2017 12:36

“Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib.Klubdan Azərtac-a bildiriblər ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Bakı klubu ilk oyununda “Sivasspor”la qarşılaşacaq.Yoxlama görüşü yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.Qeyd edək ki, “Neftçi” yanvarın 15-də Albaniyanın “Kukesi”, iki gün sonra Rusiyanın “Tosno” və yanvarın 19-da isə “Terek” komandaları ilə yoxlama matçlarında qüvvəsini sınayacaq.xeber100.com

Yanvar 5, 2017 10:46

2017-ci ilin ilk reytinq siyahısı açıqlanıb

Dünya Güləş Birliyi (DGB) ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, sərbəst güləşçilərimizdən 15-i DGB-nin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcəsində ilk onluğa daxil ola bilib.Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdür.Qeyri-Olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.xeber100.com

Yanvar 5, 2017 10:43

“Qarabağ” futbol klubu təlim-məşq toplanışına start verib

Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışına start verib.Klubdan Azərtac-a bildiriblər ki, komandamız təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək. “Qarabağ”ın ilk yoxlama oyununda “Aşqabad” klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan təmsilçisinin Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən komandamız yanvarın 15-də Albaniyanın ən titullu klublarından olan "Şkenderbeu" ilə qarşılaşacaq.xeber100.com

Yanvar 5, 2017 10:41

Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib

Yanvarın 5-də İngiltərə Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib.Azərtac xəbər verir ki, turun son görüşündə Londonun iki təmsilçisi - “Tottenhem” ilə “Çelsi” qarşılaşıb. Oynadığı son 13 matçda qələbə qazanan Antonio Kontenin yetirmələri bu uğurlu seriyanın davamını gətirə bilməyiblər. “Tottenhem”in gənc yarımmüdafiəçisi Dele Alli matçda dubl edərək komandasına 2:0 hesablı qələbə qazandırıb.Məğlubiyyətə baxmayaraq, “Çelsi” klubu 49 xalla liderliyini davam etdirir. Onu ikinci pillədə qərarlaşan “Liverpul”dan 5 xal ayırır. “Tottenhem” isə bu qələbə sayəsində turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.xeber100.com

Yanvar 5, 2017 10:36
    Page 767 of 831« First«...102030...765766767768769...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az