30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib

Yanvarın 5-də İngiltərə Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib.Azərtac xəbər verir ki, turun son görüşündə Londonun iki təmsilçisi - “Tottenhem” ilə “Çelsi” qarşılaşıb. Oynadığı son 13 matçda qələbə qazanan Antonio Kontenin yetirmələri bu uğurlu seriyanın davamını gətirə bilməyiblər. “Tottenhem”in gənc yarımmüdafiəçisi Dele Alli matçda dubl edərək komandasına 2:0 hesablı qələbə qazandırıb.Məğlubiyyətə baxmayaraq, “Çelsi” klubu 49 xalla liderliyini davam etdirir. Onu ikinci pillədə qərarlaşan “Liverpul”dan 5 xal ayırır. “Tottenhem” isə bu qələbə sayəsində turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.xeber100.com

Yanvar 5, 2017 10:36

“Australian Open” beynəlxalq turniri davam edir

Brisben şəhərində şahmat üzrə "Australian Open" beynəlxalq turniri davam edir.Azərtac xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Kənan İzzət dördüncü turda yerli şahmatçı Corc Lester ilə qarşılaşıb. Rəqibini məğlub edən şahmatçımız turnirdə üçüncü qələbəsini qazanıb.Hesabında 3 xal olan K.İzzət 8-24-cü pillələri bölüşür. Bütün görüşlərini qələbə ilə başa vuran avstraliyalı Maks İllinqvorts və Qene Nakauçi, özbəkistanlı Temur Kuybokarov liderlər qrupunda yer alıblar.xeber100.com

Yanvar 5, 2017 10:32

“Neftçi” transfer çalışmalarını davam etdirir

Bakının "Neftçi" futbol klubu transfer çalışmalarını davam etdirir.Klubdan Azərtac-a bildiriblər ki, "Neftçi" çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə birillik müqavilə bağlayıb.Sonuncu komandası Qazaxıstanın "İrtış" klubu olan 29 yaşlı futbolçu indiyədək Çilinin "Reyncers", "Huaçipato", "Maqalyanes", "Kobreloa", "Deportes İkike" və İspaniyanın "Real Betis" klublarında çıxış edib.xeber100.com

Yanvar 4, 2017 12:02

“Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH), Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə “Formula-1” jurnalistikasına dair "Sürətin nəbzini tut!" mövzusunda ikigünlük təlim keçiriləcək.BŞH-dən Az'rtac-a bildiriblər ki, yanvarın 24-25-də təşkil olunacaq tədbirdə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason təlimçi, Formula-1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov isə qonaq təlimçi qismində çıxış edəcək. Təlimə müraciətlərin qəbulu yanvarın 15-dək davam edəcək.Təlimin keçirilməsində məqsəd Azərbaycanın idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq həmkarlarının təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də “Formula-1” haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Həmçinin təlim zamanı keçiriləcək multimedia layihəsi çərçivəsində iştirakçılar qazandıqları bilik və bacarıqları qrup şəklində nümayiş etdirə biləcəklər.xeber100.com

Yanvar 4, 2017 11:58

“Telekom”un hakim təyinatları açıqlanıb

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycanın “Telekom” klubunun ikinci turdakı oyununa hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, Polşanın “Xemik” klubu ilə yanvarın 10-da keçiriləcək qarşılaşmanı lixtenşteynli hakim Filip Şurmann idarə edəcək. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi köməkçi təyin olunub.“Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq “Telekom”-“Xemik” matçı saat 17:00-da başlayacaq.xeber100.com

Yanvar 3, 2017 1:05

“Qəbələ” futbol klubu ilk transferini gerçəkləşdirib

“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevlə 2 illik müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində yerli klublardan yalnız “Neftçi”nin heyətində çıxış edib. A.Abdullayev məhz 2008-2011 və 2012-2016-cı illərdə “ağ-qaralar”ın formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış A.Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, əsas yığmada 20 oyun keçirib.xeber100.com

Yanvar 3, 2017 12:59

“Azərreyl”in ikinci turdakı oyununun hakim təyinatları açıqlanıb

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Azərreyl”in ikinci turdakı oyununun hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbaxça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.“Fənərbaxça-Azərreyl” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.xeber100.com

Yanvar 3, 2017 12:17

“Barselona”nın hücumçusu karyerasını vətənində davam etdirəcək

“Barselona”nın hücumçusu Neymar gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb.Braziliyalı forvard karyerasını vətənində davam etdirəcəyini dilə gətirib. O, gələcəkdə “Flamenqo”da oynamaq, “Marakana” stadionunda meydana çıxmaq istədiyini söyləyib.xeber100.com

Yanvar 2, 2017 12:43

“Stal” klubunun futbolçusu “Neftçi”nin heyətinə qatılacaq

Milli komandamızın üzvü, Ukraynanın “Stal” klubunun futbolçusu Pavel Paşayev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.Azərtac xəbər verir ki, 28 yaşlı müdafiəçi “Neftçi” futbol klubu ilə razılığa gəlib. P.Paşayev Antalyada təlim-məşq toplanışı keçəcək “ağ-qaralar”a qoşulacaq və paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.Xatırladaq ki, Pavel Paşayev ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq Ukraynanın “Stal” klubuna keçmişdi.xeber100.com

Yanvar 2, 2017 12:25

“Novotel Cup 2017”də ilk oyun keçirilib

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Lüksemburqda keçirilən “Novotel Cup 2017”də ilk oyununu keçirib.Azərtac xəbər verir ki, millimiz İslandiya yığması ilə qarşılaşıb. Fərid Cəlalovun rəhbərliyi altında voleybolçularımız 3:1 hesabı ilə qalib gəliblər (25:21, 21:25, 25:16, 25:9).Yığmamızın növbəti rəqibləri meydan sahibləri olacaq.xeber100.com

Yanvar 1, 2017 11:35
    Page 768 of 831« First«...102030...766767768769770...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az