08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Səbail” futbol klubu transfer çalışmalarına başlayıb

İkinci dövrənin hazırlıqlarını davam etdirən “Səbail” futbol klubu transfer çalışmalarına başlayıb.Azərtac xəbər verir ki, birinci divizion təmsilçisi heyətini iki oyunçu ilə gücləndirib.“Rəvan”ın müdafiəçisi Aslan Hüseynovun keçidini həll edən komanda 22 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb. “Neftçala”nın da formasını geyinmiş A.Hüseynov, eyni zamanda dəfələrlə U-17 millimizin heyətində də çıxış edib.Aşağı dəstə təmsilçisinin ikinci transferi isə son mövsümü “Zaqatala”da keçirmiş Ruslan Tağızadə olub. İyirmi üç yaşlı sağ cinah müdafiəçisi ilə isə 1,5 illik anlaşmaya imza atılıb.U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində “Neftçi”, “Abşeron”, “Sumqayıt”, AZAL, “Qəbələ” və “Zaqatala”da çıxış edib.xeber100.com

Yanvar 11, 2017 10:58

“Marca” qəzeti yazır…

Ötən axşam “Barselona” futbolçularının FIFA-nın mükafatlandırma mərasiminə qatılmaması üzrxahlıqla nəticələnib.“Marca” qəzeti xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Andres İnyesta madridli futbolçulardan bunun üçün üzr istəməli olub. O, şəxsən “Real”ın futbolçularına zəng edərək özü və kollektivi adından qala-gecəyə gəlmədikləri üçün üzr istəyib. İnyesta onları inandırmağa çalışıb ki, “Barsa” futbolçuları bilərəkdən deyil, sadəcə rəhbərliyin qərarından kənara çıxa bilmədikləri üçün mərasimə qatıla bilməyiblər.FIFA Sürixdə keçirilən qala-mərasimə Lionel Messi, Luis Suares, Jerard Pike və İnyestanın özünü dəvət etmişdi. Onların arasında ancaq argentinalı Messi ilin ən yaxşı futbolçusu adına namizədlər arasında yer alıb. Digərləri FIFA versiyası üzrə rəmzi yığmaya daxil edilib. “Barselona” klub kimi həmin tədbirdə sadəcə rəhbərlik səviyyəsində təmsil olunub.xeber100.com

Yanvar 11, 2017 10:55

Güləş Federasiyasının birgə təşkilatçılığı ilə…

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF)  təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.Yarışın ilk günündə 57, 61, 65, 70 və 74 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər birincilik uğrunda mübarizə aparırlar.Yanvarın 13-dək davam edəcək çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.xeber100.com

Yanvar 11, 2017 10:52

Milli komandaların məşqçilərinin adları açıqlanıb

Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb.Federasiyadan Azərtac-a bildiriblər ki, kişilərdən ibarət əsas yığma komanda Leonid Layinskiyə tapşırılıb. Nəriman Abdullayev komandada böyük məşqçi funksiyasını davam etdirəcək.Gənclərdən ibarət yığma komanda Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov çalışdıracaq.Qadınlardan ibarət milli komandamız sonuncu Avropa çempionatında olduğu kimi, Elbrus Rzayevin rəhbərliyi ilə hazırlıq keçəcək.xeber100.com

Yanvar 11, 2017 10:49

“Best FIFA Football Awards 2016” çərçivəsində…

FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində “Best FIFA Football Awards 2016” çərçivəsində ötən il üçün planetin ən yaxşı futbolçusunun adı açıqlanıb.FİFA versiyası üzrə “2016-cı ilin ən yaxşı futbolçusu” adına əsas favoritlər sırasında “Real Madrid“ klubunun hücumçusu Kriştiano Ronaldo, “Barselona“ klubunun yarımmüdafiəçisi Lionel Messi və “Atletiko Madrid“ klubunun şərəfini qoruyan Antuan Qrizmannın adı öndə olub. Ötən il “Real Madrid“ klubu ilə Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo “2016-cı ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.xeber100.com

Yanvar 10, 2017 3:49

“Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq

Hazırlığın ikinci mərhələsini Antalyada keçirəcək “Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq.Klubdan Azərtac-a bildiriblər ki, komandamızın daha bir rəqibi məlum olub. Belə ki, yanvarın 18-də keçiriləcək ilk qarşılaşmada “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) üz-üzə gələcək.“Zirə” yanvarın 22-də Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Qorna) qarşılaşacaq.xeber100.com

Yanvar 10, 2017 3:45

“Qarabağ” futbol klubu təlim-məşq toplanışını davam etdirir

Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir.Klubdan Azərtac-a bildiriblər ki, bu gün komandanın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın “Amkar” (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən, futbolçu haqda son qərar veriləcək. İyirmi yaşlı futbolçu mərkəz müdafiəçisidir.R.Hüseynov cari mövsüm “Amkar”ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.Qeyd edək ki, müdafiəçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.xeber100.com

Yanvar 10, 2017 3:42

2018-ci il dünya çempionatının seçmə mərhələsində…

Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb.Azərtac xəbər verir ki, martın 26-da oynanılacaq Almaniya ilə qarşılaşmanın biletləri bu gündən onlayn satışdadır.Bundestimlə matçı izləmək istəyənlərə 7 kateqoriyalı biletlər təklif olunur.xeber100.com

Yanvar 10, 2017 1:15

Avropa Oyunları Azərbaycanda keçiriləcək

2019-cu ildə yeniyetmələr arasında Avropa Oyunları Azərbaycanda keçiriləcək.Azərtac xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç yanvarın 10-da Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında deyib.Y.Kocijançiç bildirib ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına və Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Bu mötəbər yarışlar Azərbaycan idmanının uğurlu inkişafından xəbər verir.xeber100com

Yanvar 10, 2017 1:10

Əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 10-da Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “ASAN Radio” arasında informasiya və digər sahələrdə əməkdaşlığa dair memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumu BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və “ASAN Radio”nun direktoru Emin Musəvi imzalayıblar.xeber100.com

Yanvar 10, 2017 1:04
    Page 765 of 831« First«...102030...763764765766767...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az