Bakı İdman Sarayında kyokuşin karate üzrə XVIII açıq respublika çempionatı keçirilib.Azərbaycan Kyokuşin Karate Federasiyasından Azərtac-a bildiriblər ki, çempionatda 50-dək klub və cəmiyyətin üzvləri, həmçinin İran idmançıları iştirak ediblər.Federasiyasının prezidenti A.Rüstəmov çempionatın açılışında çıxış edərək Azərbaycanda idmanın digər növləri kimi, kyokuşin karatenin də inkişafda olduğunu bildirib. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda klubların yarışında “Okinava” klubu birinci yeri tutub. “Kyokuşinkan” təşkilatı ikinci, İran komandası isə üçüncü sırada qərarlaşıb.Sonda qalib gələn idmançılar mükafatlandırılıblar.xeber100.com