28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

2026-cı ildə dünya çempionatının final mərhələsi…

2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər.Azərtac xəbər verir ki, bunu Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani açıqlayıb.O bildirib ki, ABŞ, Kanada və Meksika mundialın birgə təşkili üçün müraciət edəcək. Montalyani iştirakçıların sayının 48-ə qaldırılmasının bir ölkənin təşkilatçılığını mümkünsüzə çevirəcəyindən belə addım atılacağını da vurğulayıb. Qurumun başçısı turnirin KONKAKAF zonasında təşkilinə ümidvar olduğunu da bildirib.Qeyd edək ki, FIFA 2026-cı ildən mundialın final mərhələsinin iştirakçı sayını 48-ə yüksəltmək niyyətindədir.xeber100.com

Dekabr 29, 2016 11:55

2016-cı ilin ən yaxşı pleymeykerinin adı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı pleymeykerinin adını açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, federasiya tərəfindən keçirilən sorğunun qalibi İspaniyanın “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi olub. Belə ki, Messi 172 səs toplayıb. İkinci yeri “Barselona”nın digər üzvü Andres İnyesta (66), üçüncü pilləni isə “Real Madrid” komandasının və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos (45) tutub.Qadınlar arasında ən güclü oyun qurucusu isə 80 səslə Almaniya yığmasının və Fransanın “Lion” klubunun futbolçusu Cenifer Marozsan olub. Braziliyalı Marta 72 səslə ikinci, fransalı Kamille Abili isə 61 səslə üçüncü yerə layiq görülüb.xeber100.com

Dekabr 29, 2016 11:51

Futbol üzrə qış hazırlıq planı müəyyənləşib

Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib.Azərtac xəbər verir ki, hakimlər yanvarın 11-də Türkiyəyə üz tutacaqlar.Yanvarın 25-dək davam edəcək toplanışda Xaqani Məmmədovun rəhbərlik etdiyi qrup Antalyada məskunlaşacaq. Toplanış müddətində hakimlərin müxtəlif oyunların idarə etməsi nəzərdə tutulub.Hazırlıq prosesinə 30 hakim cəlb olunacaq.xeber100.com

Dekabr 28, 2016 12:03

XVIII açıq respublika çempionatı keçirilib

Bakı İdman Sarayında kyokuşin karate üzrə XVIII açıq respublika çempionatı keçirilib.Azərbaycan Kyokuşin Karate Federasiyasından Azərtac-a bildiriblər ki, çempionatda 50-dək klub və cəmiyyətin üzvləri, həmçinin İran idmançıları iştirak ediblər.Federasiyasının prezidenti A.Rüstəmov çempionatın açılışında çıxış edərək Azərbaycanda idmanın digər növləri kimi, kyokuşin karatenin də inkişafda olduğunu bildirib. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda klubların yarışında “Okinava” klubu birinci yeri tutub. “Kyokuşinkan” təşkilatı ikinci, İran komandası isə üçüncü sırada qərarlaşıb.Sonda qalib gələn idmançılar mükafatlandırılıblar.xeber100.com

Dekabr 28, 2016 11:59

2016-cı ilin ən yaxşı idmançısı müəyyənləşib

Avropa informasiya agentlikləri arasında keçirilən sorğuda İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo 2016-cı ilin ən yaxşı idmançısı seçilib.Azərtac xəbər verir ki, iyirmi yeddi informasiya agentliyinin iştirak etdiyi sorğuda 31 yaşlı hücumçu ingiltərəli tennisçi Endi Marreyi qabaqlayıb.Cari ildə K.Ronaldo İspaniyanın “Real Madrid” komandasının heyətində UEFA Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. Portuqaliyalı ulduz, həmçinin milli komanda ilə Avropa çempionu titulunu qazanıb.xeber100.com

Dekabr 28, 2016 11:54

İFFHS-in keçirdiyi sorğuya əsasən…

2016-cı ilin ən yaxşı qadın futbol klubunun adı müəyyənləşib.Azərtac xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən ənənəvi sorğunun qalibi “Lion” klubu olub.Fransa təmsilçisi (241 səs) ən yaxın izləyicisi “Volfsburq”u (Almaniya) 140 səs qabaqlayıb. Siyahıda üçüncü yeri isə “Bavariya” (Almaniya, 34 səs) tutub.xeber100.com

Dekabr 28, 2016 11:46

“Qalatasaray”a 20 milyon avroluq təklif…

Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Lukaş Podolski Çinin “Guangzhou Evergrande” komandasının transfer marağına düşüb.Azərtac xəbər verir ki, bu barədə Almaniyanın “Sport bild” qəzeti məlumat yayıb. Məlum olub ki, Çinin çempion klubu 31 yaşlı almaniyalı forvard üçün “sarı qırmızılara” 20 milyon avro təklif edib. Bundan başqa, “Guangzhou Evergrande” tərəfindən Podolskinin özünə isə ildə 9 milyon avro ödəməyə hazır olduqları açıqlanıb.Hazırda Podolskinin İstanbul təmsilçisi ilə müqavilə müddəti 2017/2018-ci il mövsümünün sonunadək nəzərdə tutulub.Carı mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Dekabr 28, 2016 11:41

“Neftçi” Georgi Navalovskini heyətinə cəlb edib

Namiq Ələsgərovu heyətinə qatan “Neftçi” daha bir futbolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın budəfəki transferi legioner olub.Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bildirib ki, “Neftçi” Gürcüstan yığmasının üzvü Georgi Navalovskini heyətinə cəlb edib. Tərəflər arasında münasibətlər artıq rəsmiləşdirilib.Azərbaycan Navalovski üçün yad ölkə deyil. Belə ki, 30 yaşlı müdafiəçi 2010-cu ildə icarə əsasında Bakı “İnter”inin formasını geyinib.Qeyd edək ki, 2008-ci ildən Gürcüstan yığmasına çağırılan Navalovskinin son klubu Yunanıstan təmsilçisi “Veria” olub. xeber100.com

Dekabr 27, 2016 10:54

“Barselona”nın futbolçusuna transfer təklifi

Çinin “Quançjau” klubu “Barselona”nın futbolçusu Arda Turanı transfer etmək istəyir.Azərtac xəbər verir ki, Çin təmsilçisi türk yarımmüdafiəçiyə 3 ilinə 50 milyon avro qazanacağı müqavilə təklif edib.Qeyd edək ki, A.Turan Kataloniya klubunda ilinə 5 milyon avro qazanır.xeber100.com

Dekabr 27, 2016 10:48

İFFHSin keçirdiyi sorğuya əsasən…

2016-cı ilin ən yaxşı futbol hakimlərinin adı müəyyənləşib.Azərtac xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub.Qurumun internet saytında 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda, İngiltərə referisi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə 55 səslə macarıstanlı hakim Viktor Kaşşai layiq görülüb. Türkiyəli FİFA referisi Cüneyt Çakır 28 səslə beşinci pillədə qərarlaşıb.İlin ən yaxşı qadın futbol hakimi də bilinib. Macarıstanlı Katalin Kulçsar 58 səslə birinci olub. Növbəti yerləri 53 səs toplayan ukraynalı Katarina Monzul və Bibiana Steynhaus bölüşüblər.xeber100.com

Dekabr 27, 2016 10:44
    Page 770 of 831« First«...102030...768769770771772...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az