05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi təqdim olunub

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi İspaniyada təqdim olunub.Azərtac xəbər verir ki, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bilbao təqdimat mərasimi keçirən 11-ci şəhər olub.Bütün loqolarda olduğu kimi bu şəhərin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birlik nişanəsidir. Körpü ilə yanaşı Müqəddəs Antoni kilsəsi də loqoda yer alıb.Qeyd edək ki, Bilbao şəhəri qrup mərhələsinin üç, səkkizdəbir finalın bir oyununu qəbul edəcək.xeber100.com

Dekabr 16, 2016 11:46

VII beynəlxalq turnir start götürüb

Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq.xeber100.com

Dekabr 16, 2016 11:38

Gimnastika Federasiyasının məlumatına görə…

Belçikanın Antverpen şəhərində 18-ci GYMGALA (gimnastika üzrə qala gecəsi) keçirilib.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, tədbirin təşkilatçıları tərəfindən dəvət olunmuş ölkəmizin qrup hərəkətləri komandası da bu şouda maraqlı çıxışı ilə yadda qalıb. Belə ki, GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri olan Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət qrupumuzun 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə icra etdikləri kompozosiyalar Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.Şounun ulduz idmançıları arasında bu il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da yer alıblar.Ümumilikdə tədbirdə Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.xeber100.com

Dekabr 16, 2016 11:31

“Telekom” Çempionlar Liqasında ilk oyununu keçirib

Dekabrın 14-də Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Trevizo şəhərində İtaliyanın “Konegliano” komandasının qonağı olub.Belçikalı baş hakim Arturo di Giacomonun idarə etdiyi görüşün ilk hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Sonda sevinən tərəf İtaliya komandası olub – 31:29.İkinci setdə “Konegliano” 25:14 hesablı asan qələbə qazanıb. Üçüncü seti də İtaliya klubu öz xeyrinə başa vurub - 25:22.Beləliklə, görüş “Konegliano”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.“A” qrupunun digər oyunu Polşanın “Ximik” və İtaliyanın “Modena” komandaları arasında keçiriləcək.xeber100.com

Dekabr 15, 2016 11:00

“Beşiktaş” – “Qarabağ” yoldaşlıq görüşünə ciddi hazırlıq…

“Beşiktaş” futbol klubu “Qarabağ”la təşkil olunacaq yoldaşlıq görüşünə ciddi hazırlaşır.Azərtac xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Türkiyə mətbuatında “ağ-qaralar”ın dövrələrarası fasilədə Bakıya tam heyətlə gələcəkləri vurğulanıb. Səfər zamanı klub prezidenti Fikrət Orman da komanda ilə birlikdə olacaq.Onlar oyunla yanaşı, paytaxtımızda fəaliyyət göstərəcək “Qartal yuvası” mağazasının açılışında da iştirak edəcəklər. Həmin idman mağazasında isə yalnız “Beşiktaş”a aid formalar, geyim dəstləri və toplar satılacaq.xeber100.com  

Dekabr 15, 2016 10:51

“Mundo Deportivo” qəzeti yazır…

Futbol üzrə Xorvatiya millisinin və Ukraynanın “Şaxtyor” klubunun müdafiəçisi Dario Srna İspaniyanın “Barselona” komandası ilə razılığa gəlib.“Mundo Deportivo” qəzeti  xəbər verir ki, qış transfer dönəmində xorvatiyalı futbolçu Kataloniya klubuna keçəcək.D.Srna ilə 2018-ci ilin yayınadək müqavilə imzalanacaq.xeber100.com

Dekabr 15, 2016 10:38

“Avro-2020”nin loqotipinin təqdimatı keçirilib

  Belçikanın paytaxtı Brüsseldə “Avro-2020”yə ev sahibi şəhərlərindən biri kimi loqotipin təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi E.Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri K.Mehtiyeva iştirak ediblər.Brüssel şəhərinin meriya binasında təşkil olunan mərasimə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.Noyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə isə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak ediblər.Xatırladaq ki, 2014-cü ildə UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə qitə turnirinin 13 şəhərdə keçirilməsinə qərar verilib.Belə ki, qrup mərhələsinin 3 oyunu və dörddəbir final mərhələsi görüşlərinə – Sankt-Peterburq, Roma, Münhen və Bakı ev sahibliyi edəcək. Növbəti səkkiz şəhər – Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqoda digər qrup matçları və səkkizdəbir final qarşılaşmaları təşkil ediləcək. Avropa çempionatının yarımfinal və final mərhələsi Londonun “Uembli” stadionunda keçiriləcək.xeber100.com

Dekabr 15, 2016 10:35

III “SENI Cup” respublika çempionatının açılışı olub

Azərbaycanda yeni yaranmış boccia idmanı üzrə III “SENI Cup” respublika çempionatının dekabrın 14-də açılışı olub.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İ.Rəhimov AMPK tərəfindən 2013-cü ildən ölkəmizdə boccia idmanının təbliğinə başlanıldığını vurğulayıb. O, boccianın Azərbaycanda sürətlə inkişaf etməsindən, çoxlu sayda fiziki imkanları məhdud gəncin idmanın bu növünə böyük maraq göstərdiyini bildirib.“SENI” firmasının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Mixail Kopaç, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov və boccia üzrə Türkiyə millisinin baş məşqçisi Nihat Yılmaz turnirin əhəmiyyətini yüksək qiymətləndirib, idmançılara uğurlar arzulayıblar.xeber100.com  

Dekabr 15, 2016 10:31

Şahmat üzrə yığmanın üzvləri ilə görüş keçirilib

Dekabrın 13-də Milli Məclisin gənclər və idman komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə komitənin sədri F.Muradov və sədr müavini Ü.Quliyev  idmanın inkişafından və dövlət idman siyasətinin uğurlarından danışıblar.Qeyd edilib ki,son illər ölkəmizdə idmanın digər növləri ilə yanaşı, şahmat da sürətlə inkişaf edir. Ötən il şahmat üzrə Dünya Kuboku yarışının, bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.xeber100.com

Dekabr 14, 2016 12:48

Almaniya klubu ilə yeni müqavilə imzalanıb

Polşa millisinin və Münxenin “Bavariya” komandasının hücumçusu Robert Levandovski Almaniya klubu ilə yeni müqavilə imzalayıb.Azərtac Münxen klubunun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, futbolçu qarşıdakı beş ildə də “Bavariya”nın formasını geyinəcək. Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.R.Levandovski bu barədə deyib: “Şadam ki, danışıqlar müsbət nəticə verdi və mən daha bir neçə il “Bavariya”da qalacağam. Qarşıda klubla birgə böyük hədəflərimiz var”.Polşa yığmasının kapitanı 2014-cü ildə Dortmundun “Borussiya” komandasından transfer olunub. İyirmi səkkiz yaşlı hücumçu “Bavariya”nın heyətində 122 oyunda 86 qol vurub.xeber100.com

Dekabr 14, 2016 12:42
    Page 775 of 830« First«...102030...773774775776777...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az