08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Tbilisidə növbəti yoldaşlıq oyunu keçirilib

Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.Komandalar arasında təşkil olunan ilk oyunda yığmamız 2:3 hesabı ilə məğlub olmuşdu.xeber100.com

Dekabr 20, 2016 11:59

“Yuventus” klubu yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” klubu futbolçusu Leonardo Bonuççi ilə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 29 yaşlı italiyalı müdafiəçinin müqavilə müddəti 2021-ci il iyunun 30-dək uzadılıb. Yeni sözləşməyə əsasən, L.Bonuççi ilinə 4,5 milyon avro qazanacaq.Xatırladaq ki, İtaliya millisinin üzvü 2010-cu ildə B seriyasının “Bari” klubundan Turin təmsilçisinə transfer edilib.xeber100.com

Dekabr 20, 2016 11:55

Futbol turnirinin təqvimi məlum olub

Gələn ilin yanvarında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi futbol turnirinin təqvimi məlum olub.Azərtac xəbər verir ki, Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək. “C” qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, iki gün sonra isə Slovakiya ilə üz-üzə gələcək.Turnirin dörddəbir final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.xeber100.com

Dekabr 20, 2016 11:53

“İlin parlayan ulduz hakimi” mükafatının qalibi müəyyənləşib

Avropada ilin ən yaxşı hakimləri bəlli olub.Azərtac xəbər verir ki, UEFA-da beynəlxalq futbol hakimliyi sahəsində ixtisaslaşmış “The3rdTeam” bloqu tərəfindən aparılan seçimlərdə ingiltərəli Mark Klattenburq 110 xalla qitənin ən yaxşısı adına layiq örülüb.Polşalı Şimon Marçinyak 86 xalla ikinci, 70 xal toplayan sloveniyalı Damir Skomina isə üçüncü yeri tutub.Bu ildən etibarən hakimlərlə bağlı yeni mükafat da təsis olunub. 2016-cı il ərzində ən böyük inkişafa nail olan Avropa referisi üçün müəyyənləşdirilən “İlin parlayan ulduz hakimi” mükafatının da qalibi açıqlanıb. Azərbaycan hakimi Əliyar Ağayev bu mükafatın qalibi olub. İyirmi doqquz yaşlı hakim 2016-cı ildəki irəliləyiş üçün bu ada layiq görülüb. O, son bir ildəki inkişafına görə, Avropada ən yaxşı hesab edilib.xeber100.com

Dekabr 19, 2016 11:47

“Espanyol”la oyunda (4:1) fərqlənməklə…

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.Azərtac xəbər verir ki, 90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 12 dəfə fərqlənib.xeber100.com

Dekabr 19, 2016 11:44

Futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu məlum oldu

Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.Azərtac xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo layiq görülüb.Yaponiyanın “Kaşima Antlers” komandası ilə final matçında (4:2) het-trik edən portuqaliyalı forvarda “Qızıl top” mükafatı verilib. Bu nominasiyada ikinci yeri Madrid klubunun daha bir futbolçusu xorvatiyalı yarımmüdafiəçi Luka Modriç, üçüncü pilləni isə gündoğar ölkə təmsilçisinin 24 yaşlı yarımmüdafiəçisi Qaku Şibasaki tutub.Turnirin “fair-play” mükafatını “Kaşima Аntlers” qazanıb.xeber100.com

Dekabr 19, 2016 11:36

Beynəlxalq turnirdə uğurlu çıxış…

Azərbaycan cüdoçuları ilin sonunda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər.Azərtac xəbər verir ki, cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa “Qızıl Liqa” yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın “Sagaredjo FF Superstars” klubunun heyətində “Qızıl liqa”nın qalibi olub.Rusiyanın Qroznı şəhərində keçirilən yarışda Gürcüstan təmsilçisi əvvəl “Sportinq”i (Portuqaliya) 3:2, sonra “Abensberq”i (Almaniya) 5:0 hesabı ilə məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə “Yavara Neva”nı (Rusiya) üstələyib – 3:2.Millimizin Olimpiya mükafatçısı Rüstəm Orucov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda Portuqaliya təmsilçisi “Edelveys” (Qroznı) və “Nalçik” (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib.Yarışın mükafatlandırma mərasimində Nicat Şıxəlizadəyə Avropa “Qızıl Liqa”sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.xeber100.com

Dekabr 19, 2016 11:26

Futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, “Real Madrid” tarixində ikinci dəfə bu kuboka yiyələnib. İspaniya klubu final matçında meydan sahibi Yaponiyanın “Kaşima Antlers” komandasına 4:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin portuqaliyalı bombardiri Kriştiano Ronaldo komandasına qalibiyyət qazandırmağı bacarıb. Cari il dünyanın ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu əlavə vaxtda daha iki qol vuraraq het-trik edib. Beləliklə, kral klubu 2014-cu ildən sonra ikinci dəfə sözügedən turnirin qalibi olub.Qeyd edək ki, “Real Madrid”dən fərqli İspaniyanın digər nəhəngi “Barselona” bu kuboku 3 dəfə (2009, 2011 və 2015-ci il) qazanıb.xeber100.com

Dekabr 19, 2016 11:22

2016-cı ilin son oyunları keçirilib

Dekabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin və ikinci dövrənin son oyunları keçirilib.Azərtac xəbər verir ki, XIV tura “Qarabağ”–“İnter” görüşü ilə yekun vurulub.Qarlı havada oynanılan qarşılaşmada qapılara qol vurulmayıb.Beləliklə, Azərbaycan Premyer Liqasında ikinci dövrə başa çatıb. XIV turdan sonra 32 xal toplayan “Qarabağ” ili birinci pillədə yekunlaşdırıb. “Qəbələ” 31 xalla ikinci, Bakının “İnter” klubu isə 25 xalla üçüncü yerdə qərarlaşıb. Sumqayıtın eyniadlı təmsilçisi 17 xalla dördüncü, “Kəpəz” 15 xalla beşinci pillədə yer alıb. Hesabında 15 xal olan “Zirə” isə bir pillə geriləyərək 6-cı olub. “Neftçi” 9 xalla yeddinci, AZAL 8 xalla sonuncu pillədə qərarlaşıb.Qeyd edək ki, Premyer Liqada qış fasiləsi başlayıb. XV turun matçları isə 2017-ci ilin yanvarın 28-də oynanılacaq.xeber100.com

Dekabr 18, 2016 12:24

İngiltərə Premyer Liqasının XVII turunda…

Dekabrın 17-də Avropanın aparıcı ölkələrinin futbol çempionatlarında maraqlı qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, İngiltərə Premyer Liqasının XVII turunda “Çelsi” səfərdə “Kristal Palas” klubunu Dieqo Kostanın qolu ilə 0:1 hesabı ilə məğlub edib. Son çempion “Lester” klubu “Stok Siti”nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionluğa iddialı “Mançester Yunayted” isə səfərdə “Vest Bromviç” ilə qarşılaşıb. Z.İbrahimoviçin oyunda vurduğu iki qol qarşılaşmanın taleyini həll edib - “Vest Bromviç” 0 – 2 “Mançester Yunayted”.Almaniya Bundesliqasında XV turda çempionluğa iddialı iki komandanın qarşılaşmasında “Leyptsiq” klubu “Herta”nı 2:0 hesabı ilə məğlub edib.Fransa birinci liqasında XVIII tur çərçivəsində PSJ səfərdə “Genqam”a 1:2 hesabı ilə məğlub olub.İspaniya La Liqasında XVI turda bir sıra maraqlı qarşılaşmalar keçirilib. Turnir cədvəlində ilk üçlükdə yer alan “Sevilya” klubu “Malaqa”nı böyük hesabla məğlub edib - 4:0. “Atletiko” isə “Las Palmas” klubuna 1:0 hesabı ilə qalib gəlib.xeber100.com

Dekabr 18, 2016 12:20
    Page 774 of 831« First«...102030...772773774775776...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az