08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo Federasiyasının təşkilatçılığı ilə…

Dekabrın 22-də Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.Turnirin ilk günündə kişilər arasında 60, 66 kiloqram, qadın cüdoçuların mübarizəsində isə bütün - 48, 52, 57, 63, 70, 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Dekabrın 23-də isə kişi idmançılar 73, 81, 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mükafat uğrunda yarışacaqlar.Azərbaycan çempionatının açılış mərasimi dekabrın 22-də saat 17:00-da olacaq. Respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaqlar.xeber100.com

Dekabr 22, 2016 1:37

Cənubi Amerika kuboku təqdim edilib

Braziliyanın “Şapekoense” futbol klubuna Cənubi Amerika kuboku təqdim edilib.Azərtac xəbər verir ki, kubok komandaya Libertadores kubokunun püşkatma mərasimi zamanı verilib.Kolumbiyanın “Atletiko Nasional” klubu isə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) xüsusi “fair-play” mükafatı ilə təltif olunub.xeber100.com

Dekabr 22, 2016 1:34

Futbolçulardan ibarət millimizin heyəti açıqlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, U-19 yığmamıza 21 futbolçu dəvət olunub.Azərbaycan millisinin heyətində Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Şahin Zəkiyev, Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Xəqani Cəfərov (“Qarabağ”), Süleyman Əhmədov (“Sumqayıt”), Hüseyin Seyligli, Mətin Gülər, Ege Atlam (hamısı “Beşiktaş”, Türkiyə) və Barış Əkinciər (“Rot-Veyss Essen”, Almaniya) yer alıblar.Komanda turnirə hazırlıq məqsədilə dekabrın 22-30-da və 2017-ci il yanvarın 2-7-də Bakıda hazırlıq keçəcək.Qeyd edək ki, turnir 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompleksində təşkil olunacaq.xeber100.com

Dekabr 22, 2016 1:27

“Qəhrəmanların güləşi” yarışı keçirilib

Çin Xalq Respublikasının paytaxtı Pekində Çin güləşi üzrə “Qəhrəmanların güləşi” yarışı keçirilib.Turnirdə paytaxt ilə yanaşı, digər şəhərlərdən 15 Çin güləşi klubunun 90-dan çox idmançısı qalib olmaq üçün mübarizə aparıb. Pekin Xarici Dillər Universitetinin tələbəsi Ülvi Cəfərli (60 kq) peşəkar idmançıların yarışında gücünü sınayaraq ikinci olmağı bacarıb.xeber100.com

Dekabr 21, 2016 11:33

“İlin qalibləri-2016” layihəsi çərçivəsində…

Dekabrın 20-də İdman Araşdırmaları Mərkəzinin (İAM) “İlin qalibləri-2016” layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.Azərtac xəbər verir ki, mərasimdə idman ictimaiyyətinin 2016-cı ildə dünyasını dəyişmiş nümayəndələrinin və aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İAM-ın sədri E.Məmmədov bildirib ki, mərkəzin keçirdiyi tədbirlər arasında ardıcıl dörd ildir təşkil olunan “İlin qalibləri” layihəsi xüsusi yer tutur. İlk dəfə 2013-cü ildə cəmi 34 media nümayəndəsinin qatıldığı sorğuya növbəti il 41, ötən il isə 48 KİV qatılmışdı. Bu il artıq 57 media orqanı arasında səsvermə keçirilib. Digər tərəfdən, yenə 8 nominasiya üzrə 11 qalib səsvermə yolu ilə seçilib. Ötən illə müqayisədə İAM-ın xüsusi mükafatlarının sayı 3-dən 7-yə çatdırılıb.Sonra qaliblərə mükafatlar təqdim olunub.Daha sonra İAM-ın 7 xüsusi mükafatı sahiblərinə təqdim edilib.xeber100.com

Dekabr 21, 2016 11:29

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə…

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə qol güləşi üzrə respublika kuboku yarışı keçirilib.Azərtac xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənli 65 kiloqram çəki dərəcəsində sol qol üzrə yarışda birinci yeri tutub.Həm sağ, həm də sol qol üzrə birincilik uğrunda mübarizədə respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın idmançı 11 çəki dərəcəsində gücünü sınayıb.xeber100.com

Dekabr 21, 2016 11:24

Voleybol komandaları arasında VI tura start verilib

Dekabrın 20-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasında VI tura start verilib.Azərtac xəbər verir ki, turun ilk qarşılaşması Voleybol Mərkəzində “Azərreyl” və “Azəryol” komandaları arasında oynanılıb.Görüşün hər üç seti “Azərreyl”in xeyrinə yekunlaşıb - 25:22, 29:27, 25:20.Turun digər oyunu - “Lokomotiv”-“Telekom” isə dekabrın 28-də keçiriləcək.Hesabında 16 xal olan “Azərreyl” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Telekom” 15 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü yerdədir.xeber100.com

Dekabr 21, 2016 11:19

“Bakı Şəhər Halqası” xeyriyyə aksiyası keçirir

Dekabrın 20-də Formula-1 yarışının Azərbaycandakı promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında ehtiyac içində olanlara dəstək vermək məqsədilə xeyriyyə guşəsi açıb.BŞH-dən Azərtac-a bildiriblər ki, şirniyyatlar, şallar, papaqlar, corablar və digər əl işlərinin satışa çıxarıldığı aksiyadan əldə olunan vəsait ağır xəstəlikdən əziyyət çəkən azyaşlıların müalicəsinə sərf olunacaq. Aksiya dekabrın 26-dək davam edəcək.xeber100.com

Dekabr 20, 2016 3:33

“Neftçi” futbol klubu təlim-məşq toplanışı keçəcək

“Neftçi” futbol klubu yanvarın 4-dən 21-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində beş yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.“Flaqman”ın ilk rəqibi Türkiyənin I Liqa təmsilçisi "Sivasspor” komandası olacaq.Qarşılaşma yanvarın 8-də keçiriləcək.xeber100.com

Dekabr 20, 2016 12:06

FAIREX-in məlumatına görə…

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə keçirilən draytulinq üzrə ölkə çempionatına yekun vurulub.FAIREX-dən Azərtac-a bildiriblər ki, ölkə birinciliyinin keçirilməsində məqsəd ən güclü idmançıları müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır. Çempionatda iştirak üçün əvvəlcədən elan verilib, seçim müddətində daxil olan müraciətlər FAIREX-in dağ komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və yarışa qatılacaq şəxslər müəyyənləşdirilib.xeber100.com  

Dekabr 20, 2016 12:04
    Page 773 of 831« First«...102030...771772773774775...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az