08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq turnirin püşkü atılıb

Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirin püşkü atılıb.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək 19 yaşadək futbolçulardan ibarət milli komanda “C” qrupuna düşüb. Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Litva, Slovakiya və Qazaxıstana rəqib olub.Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya “A”, Latviya, Belarus, Rusiya və Hindistan “B”, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə “F” qrupunda yer alıblar. Oyunların təqvimi yaxın günlərdə açıqlanacaq.Qeyd edək ki, turnir 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompeksində təşkil olunacaq.xeber100.com

Dekabr 17, 2016 12:50

“Zenit” – “Atletiko Paranaense” arasında müqavilə imzalanıb

Sankt-Peterburqun “Zenit” klubu Braziliyanın “Atletiko Paranaense” komandasının futbolçusu Ernanini heyətinə cəlb edib.Azərtac xəbər verir ki, futbolçu ilə beşillik müqavilə imzalanıb.Başa çatmış Braziliya çempionatında Ernani 24 oyunda meydana çıxıb və 4 qol vurub.Bu transferin reallaşmasından sonra “Zenit” belçikalı futbolçusu Vitseli “Yuventus”a sata bilər.xeber100.com

Dekabr 17, 2016 12:40

“Avro-2020”nin növbəti loqotipi təqdim edilib

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək daha bir şəhər loqotipini təqdim edib. Azərtac xəbər verir ki, bu şəhər Hollandiyanın paytaxtı Amsterdam olub. Bütün emblemlərdə olduğu kimi, loqotipin mərkəzində körpü yer alıb. Paytaxtda yerləşən "Amsterdam Arena" qrupun üç oyunu və dörddəbir final mərhələsinin bir matçını qəbul edəcək.Xatırladaq ki, “Avro-2020” Bakı da daxil olmaqla Avropanın on üç şəhərində keçiriləcək. Paytaxtımız loqotipini cari il sentyabrın 30-da Bakı Olimpiya Stadionunda təqdim edib.xeber100.com

Dekabr 17, 2016 12:35

“Neftçi” makedoniyalı müdafiəçi ilə müqaviləyə xitam verib

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi yenə əcnəbi oyunçu ilə vidalaşıb. Söhbət mövsümlərarası fasilədə komandaya gətirilən Vançe Şikovdan gedir. Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.“Austriya” klubundan transfer edilən 31 yaşlı oyunçu “Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.Qeyd edək ki, Vançe Şikovadək “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.xeber100.com

Dekabr 16, 2016 11:56

Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyun keçirilib

Dekabrın 15-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, “Azərreyl” komandası Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edib.Serbiyalı baş hakim İvan Lazareviçin idarə etdiyi oyunun ilk seti Bakı təmsilçisinin 25:21 hesablı üstünlüyü ilə başa çatıb.İkinci setdə “Dabrova Qornitsa” hesaba tarazlıq gətirib – 25:15.Təşəbbüsü ələ alan Bakı təmsilçisi ardıcıl iki setdə - 25:21 və 28:26 hesablı qələbə qazanıb.Beləliklə, görüş 3:1 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb.“C” qrupunun digər oyununda Fransanın “Sen-Rafael” komandası Türkiyənin “Fənərbağça” klubunu qəbul edəcək.xeber100.com

Dekabr 16, 2016 11:52

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi təqdim olunub

“Avro-2020”nin final mərhələsinin daha bir loqotipi İspaniyada təqdim olunub.Azərtac xəbər verir ki, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bilbao təqdimat mərasimi keçirən 11-ci şəhər olub.Bütün loqolarda olduğu kimi bu şəhərin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birlik nişanəsidir. Körpü ilə yanaşı Müqəddəs Antoni kilsəsi də loqoda yer alıb.Qeyd edək ki, Bilbao şəhəri qrup mərhələsinin üç, səkkizdəbir finalın bir oyununu qəbul edəcək.xeber100.com

Dekabr 16, 2016 11:46

VII beynəlxalq turnir start götürüb

Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq.xeber100.com

Dekabr 16, 2016 11:38

Gimnastika Federasiyasının məlumatına görə…

Belçikanın Antverpen şəhərində 18-ci GYMGALA (gimnastika üzrə qala gecəsi) keçirilib.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, tədbirin təşkilatçıları tərəfindən dəvət olunmuş ölkəmizin qrup hərəkətləri komandası da bu şouda maraqlı çıxışı ilə yadda qalıb. Belə ki, GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri olan Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət qrupumuzun 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə icra etdikləri kompozosiyalar Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.Şounun ulduz idmançıları arasında bu il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da yer alıblar.Ümumilikdə tədbirdə Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.xeber100.com

Dekabr 16, 2016 11:31

“Telekom” Çempionlar Liqasında ilk oyununu keçirib

Dekabrın 14-də Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Trevizo şəhərində İtaliyanın “Konegliano” komandasının qonağı olub.Belçikalı baş hakim Arturo di Giacomonun idarə etdiyi görüşün ilk hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Sonda sevinən tərəf İtaliya komandası olub – 31:29.İkinci setdə “Konegliano” 25:14 hesablı asan qələbə qazanıb. Üçüncü seti də İtaliya klubu öz xeyrinə başa vurub - 25:22.Beləliklə, görüş “Konegliano”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.“A” qrupunun digər oyunu Polşanın “Ximik” və İtaliyanın “Modena” komandaları arasında keçiriləcək.xeber100.com

Dekabr 15, 2016 11:00

“Beşiktaş” – “Qarabağ” yoldaşlıq görüşünə ciddi hazırlıq…

“Beşiktaş” futbol klubu “Qarabağ”la təşkil olunacaq yoldaşlıq görüşünə ciddi hazırlaşır.Azərtac xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Türkiyə mətbuatında “ağ-qaralar”ın dövrələrarası fasilədə Bakıya tam heyətlə gələcəkləri vurğulanıb. Səfər zamanı klub prezidenti Fikrət Orman da komanda ilə birlikdə olacaq.Onlar oyunla yanaşı, paytaxtımızda fəaliyyət göstərəcək “Qartal yuvası” mağazasının açılışında da iştirak edəcəklər. Həmin idman mağazasında isə yalnız “Beşiktaş”a aid formalar, geyim dəstləri və toplar satılacaq.xeber100.com  

Dekabr 15, 2016 10:51
    Page 775 of 831« First«...102030...773774775776777...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az