06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat festivalı keçiriləcək

Dekabrın 15-23-də beynəlxalq qrossmeyster Vüqar Həşimov Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı keçiriləcək.Azərtac xəbər verir ki, festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqların qrupunda yarış (hər iki turnirdə FIDE reytinqi nəzərə alınacaq), rapid və blits turnirlər keçiriləcək.Xatırladaq ki, artıq 200-dən çox şahmatçı festivalda iştirak etmək üçün müraciət edib.xeber100.com

Dekabr 13, 2016 10:38

2016-cı il üzrə “Ballon d’Or” mükafatının qalibi seçilib

“France Football” nəşrinin 2016-cı il üzrə “Ballon d’Or” (Qızıl top) mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo seçilib.Mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi ilə müəyyənləşib.Xatırladaq ki, Kriştianu Ronaldo 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.Qalibin elan edilməsinə bir neçə saat qalmış Kriştianu Ronaldunun əlində mükafat olan şəklinin “France Football” jurnalının üz qabığında yayılması ilə artıq sosial şəbəkələrdə “Qızıl top”un sahibinin kim olacağına şübhə qalmayıb.“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və braziliyalı hücumçu Neymar da Silva Santos da “Qızıl top” mükafatına namizədlər arasında idilər.xeber100.com

Dekabr 13, 2016 10:34

Karate Federasiyasının məlumatına görə…

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunlarının proqramına daxil edilən beş idman növünün keçiriləcəyi yarış arenalarını müəyyənləşdirib.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, qarşıdakı Olimpiya Oyunlarında karate yarışları Tokionun “Nippon Budokan” arenasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena Olimpiadanın karate yarışları üçün heç də təsadüfən seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.Məlum olub ki, Olimpiya Oyunlarında kişilərdə -60 və -67 kiloqram çəki dərəcələri, eləcə də -84 və +84 kiloqram çəki dərəcələri birləşdiriləcək. Qadınlarda isə -50 və -55 kiloqram çəki dərəcələri, o cümlədən -68 və +68 kiloqram çəki dərəcələri birləşdiriləcək.Beləliklə, kişilər kumitedə -67, -75 və +75, qadınlar isə -55, -61 və +61 kiloqram çəki dərəcələrində fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Proqrama komanda yarışları daxil edilməyib.xeber100.com

Dekabr 13, 2016 10:31

Lionel Messi yubiley matçını keçirib

Futbol üzrə Argentina millisinin və “Barselona” futbol klubunun ulduzu Lionel Messi yubiley matçını keçirib.Azərtac xəbər verir ki, La Liqada “Osasuna”ya qarşı matç argentinalı hücumçunun klubun heyətində 550-cü oyunu olub.Messinin iki dəfə fərqləndiyi qarşılaşma “Barselona”nın 3:0 hesablı qələbəsi ilə bitib.Argentina millisinin üzvü “katalon”ların heyətində Xavi (767 oyun), Andres İnyesta (605) və Karles Puyoldan (593) sonra ən çox oyun keçirən dördüncü oyunçudur.xeber100.com

Dekabr 13, 2016 10:27

Taekvando Federasiyası 2016-cı ilə yekun vurub

Dünya Taekvando Federasiyası (DTF) 2016-cı ilə yekun vurub.Azərtac xəbər verir ki, bununla bağlı Bakıda keçirilən tədbirdə DTF-nin prezidenti Çunqvon Çu, müxtəlif ölkələrin taekvando federasiyalarının prezidentləri iştirak ediblər.Tədbirdə bu idman növü üzrə ilin “ən yaxşıları”nın adlarını elan edilib.xeber100.com

Dekabr 12, 2016 10:50

2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib

Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, ölkəmizi avrokuboklarda təmsil edəcək ən güclü 4 klubumuz – Azərbaycan Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-da öz rəqiblərini tanıyacaq. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar və Avropa liqası yarışlarının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.Çempionlar Liqası yarışlarının ilk mərhələsinin oyunlarına gələn il iyunun 27-28-də start veriləcək. Avroliqa isə iyunun 29-da başlayacaq.Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq.xeber100.com

Dekabr 12, 2016 10:45

23-cü Azərbaycan çempionatı keçiriləcək

Milli Gimnastika Arenası bu ilin son gimnastika yarışına ev sahibliyi edəcək. Dekabrın 16-17-də arenanın köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar 2008-2009, kiçiklər 2006-2007, balacalar 2003-2004, yeniyetmələr 2001-2003, gənclər 1998-2001, böyüklər 1998-ci il təvəllüdlülər və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər 2009, uşaqlar 2007-2008, balacalar 2006, gənclər və böyüklər 2002-ci il və daha böyüklər) çıxış edəcəklər.xeber100.com  

Dekabr 11, 2016 1:56

Stolüstü tennis turnirinə start verilib

Dekabrın 10-da İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turnirinə start verilib.Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) Azərtac-a bildiriblər ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda nazirliyin 40-dək əməkdaşı mübarizə aparır. Turnir şəxsi kateqoriyada beynəlxalq stolüstü tennis qaydaları əsasında keçirilir.Yarışın məqsədi nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin, o cümlədən stolüstü tennisin təbliğidir.Qaliblər İqtisadiyyat Nazirliyinin həmkarlar ittifaqı komitəsinin və ASTF-in diplom və mükafatları ilə təltif olunacaqlar.xeber100.com

Dekabr 11, 2016 10:39

2017-2018-ci il mövsümünün final qarşılaşması…

Futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün final qarşılaşması Fransanın Lion şəhərində keçiriləcək.Az'rtac UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Qitə miqyaslı turnirlərin final oyununa ilk dəfə ev sahibliyi edəcək “Stad de Lion” 58 min tamaşaçı tutumuna malikdir. 2019-cu ildə qadınlar arasında dünya çempionatının açılış mərasiminin və final matçının da bu stadionda keçirilməsi nəzərdə tutulub.Xatırladaq ki, UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena” stadionunda oynanılacaq.xeber100.com

Dekabr 11, 2016 10:34

Millətlər Kubokunun final mərhələsinin vaxtı müəyyənləşib

Futbol üzrə milli komandalar arasında keçiriləcək yeni beynəlxalq turnirin - UEFA Millətlər Kubokunun final mərhələsinin vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, turnir 2019-cu il iyunun 5-9-da keçiriləcək.Turnirin qaydalarına əsasən, meydan sahibi finala çıxmış 4 komanda arasından seçiləcək. Həmin ölkənin aralarındakı məsafəsi maksimum 150 kilometr olan və tutumu minimum 30 min nəfər olan iki stadionu olmalıdır.İldə iki dəfə keçiriləcək və beynəlxalq yoldaşlıq görüşlərini əvəz edəcək yarışın formatı UEFA tərəfindən 2014-cü ilin dekabrında təsdiqlənib.Azərbaycan millisinin də daxil olduğu 55 yığma komanda reytinqə əsasən dörd diviziona bölünəcək.Turnir qitə çempionatının final mərhələsinə düşmək üçün əlavə şanslar yaradacaq.xeber100.com

Dekabr 10, 2016 1:57
    Page 776 of 830« First«...102030...774775776777778...790800810...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az