Güləş üzrə dünya çempionatı start götürüb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-Olimpiya çəki dərəcələrində dünya çempionatı start götürüb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən məlumata görə, çempionatda ölkəmizin sərbəst, qadın və yunan-Roma pəhləvanları hər növdə 2 idmançı ilə iştirak edir.Sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun başçılığı altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) təmsil edir.Yunan-Roma güləşi üzrə pəhləvanlarımız Budapeştdə baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında yarışır. Heyətdə Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yer alıb.Qadın güləşi yarışlarında baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparır.Hakimlər briqadasında Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edir.İlk yarış günündə sərbəst güləşdə 61, qadın güləşində 55, yunan-Roma güləşində isə 71 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dekabrın 11-də isə sərbəst güləşdə 70, qadın güləşində 60, yunan-Roma güləşində isə 80 kiloqram çəkidə idmançılar mübarizə aparacaq.xeber100.com

Dekabr 10, 2016 1:43

Futbol üzrə qrup mərhələsinə yekun vurulub

Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında növbəti səkkiz matç keçirilib.“E” qrupunun lideri “Monako” (Fransa) səfərdə “Bayer”ə (Almaniya) 0:3 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq, fransızlar qrup birincisi kimi növbəti mərhələyə yüksəliblər. Qrupda ikinci yeri isə “Bayer” tutub.Qrupun digər oyunu Londonda “Tottenhem”lə Moskva “MOİK”i arasında keçirilib. Meydan sahibləri rəqiblərinə 3:1 hesabı ilə qalib gələrək Avropa Liqasında oynamaq hüququ qazanıblar.“F” qrupunun liderləri “Real” (İspaniya) ilə “Borussiya” (Almaniya) Madriddə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Bu nəticə hər iki komandaya növbəti mərhələyə yüksəlmək imkanı verib.Qrupun digər görüşündə Lissabonun “Sportinq” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğradan “Legiya” (Polşa) Avropa Liqasına vəsiqə qazanıb.“G” qrupunda “Porto” (Portuqaliya) qrupun şəriksiz lideri “Lester”i (İngiltərə) darmadağın edərək (5:0) Çempionlar Liqasında yoluna davam etmək hüququ qazanıb. “Kopenhagen” (Danimarka) isə səfərdə “Brügge”dən (Belçika) üstün olub,-2:0. Bu nəticə “Kopenhagen”ə Avropa Liqasında oynamaq imkanı verib.“H” qrupuna başçılıq edən “Yuventus” (İtaliya) bunadək xal qazanmayan “Dinamo”nu (Zaqreb) yenə də əliboş yola salıb,-2:0. Səfərdə “Lion”la (Fransa) heç-heçə oynayan (0:0) “Sevilya” (İspaniya) da qitənin ən nüfuzlu turnirində yoluna davam edir. “Lion” Avropa Liqasında mübarizə aparacaq.xeber100.com

Dekabr 8, 2016 11:29