Azərbaycan kuboku yarışlarında növbəti final matçları keçirilib

Dekabrın 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarında növbəti səkkizdəbir final matçları keçirilib.Azərtac xəbər verir ki, oynanılan dörd qarşılaşma ilə növbəti dörddəbir finalçıların adlarına aydınlıq gəlib.Bu dəfə də püşk I divizion təmsilçiləri ilə elita klublarını üz-üzə qoyub. Ötən gün olduğu kimi bu görüşlərdə də elita təmsilçiləri rahatlıqla mərhələ adlamağı bacarıblar.Qusarın “Şahdağ” klubu “Kəpəz”lə üz-üzə gəlib. Gəncə təmsilçisi I divizion klubunu böyük hesabla məğlub edərək dörddəbir mərhələyə adlayıb - 5:1.“Turan Tovuz” komandası “Zirə”dən zəif olub. Qonaqlar minimal hesabla meydan sahiblərinə qalib gəlməklə növbəti mərhələni təmin ediblər -1:0.“Zaqatala” isə “Qəbələ”nin qonağı olub. Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penalti seriyasında 6:3 hesabı ilə qalib gələn “Qəbələ” dörddəbir finala yüksələn tərəf olub.Püşkdə bəxti gətirməyən “Səbail” klubu “Qarabağ”ın darmadağını ilə üzləşib – 5:0. Ağdam təmsilçisi asan qalibiyyət ilə adını növbəti mərhələyə yazdırıb.Beləliklə, dörddəbir finalda "Zirə"–"Neftçi", “Qarabağ”–"Sumqayıt", "İnter"–"Kəpəz" və "Qəbələ"–AZAL görüşləri oynanılacaq. Bu mərhələnin ilk oyunları dekabrın 11-13-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.xeber100.com

Dekabr 3, 2016 6:21