11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir

Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.Bu gün kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov üçüncü yer uğrunda israilli cüdoçu Tohar Butbula qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb. Bununla da komandamız aktivinə ilk medalı əlavə edib.Mundial oktyabrın 13-də başa çatacaq.xeber100.com

Oktyabr 8, 2022 2:24

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.Görüşü baş hakim Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcək.Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.Dünya çempionatının seçmə mərhələsi oktyabrın 7-si saat 20:00 Bakı İdman Sarayında başlayacaq.xeber100.com

Oktyabr 7, 2022 10:54

Şahmatçılarımız Avropa kubokunda beşinci turda iştirak edəcəklər

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda beşinci turda iştirak edəcəklər."Vüqar Həşimov" komandası növbəti turda “Moravská Slavia Brno” (Çexiya) ilə qarşılaşacaq. Qadınların yarışında isə “Odlar Yurdu” İsrailin “Haifa-Nesher” komandasını sınağa çəkəcək.Qeyd edək ki, kişi şahmatçılarımız ötən turda İsveçin “SK Rockaden” komandasını 4,5:1,5 hesabla məğlub ediblər. Qadın təmsilçilərimiz isə Polşanın “BGK KS Gwiazda Bydgoszcz” komandasına 1:5 hesabı ilə uduzublar.Qeyd edək ki, "Vüqar Həşimov" komandası 4 turun nəticəsinə görə 6 xalla 8-18-ci, “Odlar Yurdu” isə 4 xalla 8-10-cu yerləri bölüşürlər.xeber100.com

Oktyabr 7, 2022 10:42

Yeniyetmələr arasında cüdo üzrə region birinciliyi keçirilib

Beyləqan şəhərində yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib.Beyləqan Olimpiya İdman Kompleksində baş tutan yarışda oğlanlar arasında 8, qızlar arasında isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Yarışda Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 101 cüdoçu medallar uğrunda mübarizə aparıb.Qızlar arasında Nurcahan Səlimova (36 kq), Rəvanə İsmayılova (40 kq), Nərgiz Şıxməmmədova (44 kq), Nuray Ağazadə (57 kq), Fatimə Əmrəliyeva (63 kq), oğlanların yarışında isə Nihat Mövlazadə (46 kq), İlkin Rzazadə (50 kq), İbrahim Əliyev (55 kq), Elvin Rəşidov (60 kq), Həsən Xəlilov (66 kq), Turan Rüstəmov (73 kq), Orxan Əhmədzadə (81 kq), Ramal Cavadov (90 kq) birinci yerləri tutublar.xeber100.com

Oktyabr 7, 2022 10:40

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.AFFA-nın saytı xəbər verir ki, avqust ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 1146 xalla 123-cü pillədə qərarlaşıb.Siyahıya 1841 xalla Braziliya millisi başçılıq edir. Belçika millisi 1816 xalla ikinci, Argentina 1773 xalla üçüncüdür.Növbəti reytinq cədvəli dekabrda açıqlanacaq.xeber100.com

Oktyabr 6, 2022 3:35

“Paris-2024” Olimpiya Oyunlarının marafonu açıqlanıb

“Paris-2024” Olimpiya Oyunlarının marafonu açıqlanıb.“Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsi (COJO) oyunların marafonunun marşrutunu açıqlayaraq, onun tarixə düşəcəyini bildirib. Qeyd edilib ki, 2024-cü il avqustun 10-da və 11-də baş tutacaq “Paris-2024” Olimpiya Oyunları marafonu Paris-Versal marşrutu ilə keçiriləcək. Belə ki, Olimpiya marafonu Paris şəhər meriyasının qarşısından başlayaraq, Versal sarayından keçərək “İnvalides” hərb muzeyinə çatacaq.Marafon Fransa paytaxtının ən gözəl tarixi abidələrini dolanacaqlar. Paris şəhər meriyası qarşısında yola düşəcək marafon Rivoli və Luvr küçələrindən keçərək, “Opera Garnier” opera binasına gələcək. Daha sonra Vandome meydanını dolaşıb, La Paix küçəsi ilə Karrusel və Luvr qarşısında piramidalara gələcək. Startda olan 160 idmançının 80-ni kişi, 80-ni qadın idmançılardır. Marafonçular Sena çayının sahili ilə Konkord və Alma körpülərini keçərək Trokaderaya gələcəklər. Eyfel qülləsini keçdikdən sonra Bulony-Billankurdan keçərək Versal sarayına doğru irəliləyəcəklər.xeber100.com  

Oktyabr 6, 2022 3:32

“Yuventus” və “İnter” klublarının sabiq futbolçusu karyerasını başa vurub

İtaliyanın “Yuventus” və “İnter” klublarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.Qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.A Seriyasında 279 oyun keçirmiş veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.Kvadvo Asamoa 2012-2018-ci illərdə “Yuventus”un, 2018-2020-ci illərdə isə “İnter”in formasını geyinib. “Udineze”də də oynamış futbolçunun son komandası İtaliyanın “Kalyari” klubu olub. O, Qana yığmasında da 74 oyuna 4 qol vurub.xeber100.com

Oktyabr 6, 2022 3:30

Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə

"Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə yarımfinal oyunları keçirilib.İlk qarşılaşma "NTD BK" - "AAAF Xırdalan BK" komandaları arasında keçirilib. Xırdalan basketbolçuları rəqibinə 80-65 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.İkinci görüşdə isə "Gəncə BK" komandası "Zirvə Astara BK" basketbolçularına 114-76 hesabı ilə qalib gələrək turnirin ikinci finalçısı olub.Qeyd edək ki, oktyabrın 6-da turnirin final və 3-cü yer uğrunda oyunları keçiriləcək.Finalda "Gəncə BK" - "AAAF Xırdalan", 3-cü yer uğrunda görüşdə isə "NTD BK" - "Zirvə Astara BK" komandaları üz-üzə gələcəklər.xeber100.com

Oktyabr 6, 2022 3:27

Avropa şahmat klub kuboku yarışı davam edir

Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku yarışı davam edir.Oktyabrın 4-də ikinci turun oyunları keçirilib.Ölkəmizi təmsil edən kişi şahmatçılardan ibarət "Vüqar Həşimov" komandası İsveçin “Stockholms” kollektivi ilə qarşılaşıb. Görüş “Vüqar Həşimov” komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.Qadınlardan ibarət "Odlar Yurdu" komandası Ukraynanın "Blue & Yellow" klubunu 3:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərənin "Şarks", "Odlar Yurdu" isə Fransanın "Filidor" komandasına qalib gəlib.xeber100.com

Oktyabr 5, 2022 3:42

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda

“Qarabağ” futbol klubu azarkeşləri Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün "Georgios Karaiskakis" stadionuna xüsusi avtobuslarla, mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər.Futbol klubundan bildirilib ki, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq."Qarabağ" azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com

Oktyabr 5, 2022 3:41
    Page 78 of 831« First«...102030...7677787980...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az